“Gənc istedadlar” liseyi 10 illik fəaliyyəti dövründə böyük uğurlar qazanıb
28.12.2017 [09:31]
“Gənc istedadlar” liseyi fəaliyyət göstərdiyi 10 il müddətində xeyli uğurlar əldə edib. Bu təhsil müəssisəsinin fəaliyyəti dövründəki doqquz buraxılışında məzunların hamısı nüfuzlu ali məktəblərə qəbul olunub. Liseyi bitirən 330 məzundan 85-i qəbul imtahanlarında 600-dən artıq bal toplayıb. Məzunlardan 72-si Bakı Dövlət Universitetində (BDU), 40-ı xarici ölkələrin ali məktəblərində təhsil alır. Məzunlardan beşi Prezident təqaüdünə, 25-i qızıl, beşi isə gümüş medala layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 10 illik yubileyinə həsr olunmuş tədbirdə səslənib.
Dekabrın 27-də keçirilən tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov liseyin fəaliyyətindən, qazandığı uğurlardan danışıb.
A.Məhərrəmov Ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıb, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən rektor ölkəmizdə bu sahələrə xüsusi diqqət göstərildiyini söyləyib. Akademik A.Məhərrəmov BDU-da və bu ali məktəbin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində təhsilin inkişafı istiqamətində reallaşdırılan uğurlu layihələrdən söz açıb.
“Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov bu təhsil müəssisəsinin nailiyyətləri, beynəlxalq olimpiada və bilik yarışlarında uğurları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, liseyin məqsədi gənc istedadları aşkara çıxarmaq, onların inkişafına şərait yaratmaq, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik vətənpərvər gənclər yetişdirməkdir. Liseydə tədris Azərbaycan və rus dillərində aparılır, V-XI siniflərdən ibarət olan bu məktəbdə hazırda 600 şagird təhsil alır.
Məzunlardan 40-ı Türkiyə, Kanada, Macarıstan, Almaniya, Polşa, Fransa, Rusiya və digər xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin tələbəsidir.
Dövlət İmtahan Mərkəzinin elmi-statistik məlumatlarına əsasən, liseyin məzunları qəbul imtahanlarında topladıqları orta bala, həmçinin fənlər üzrə düzgün cavabların faizinə görə həmişə yüksək göstəricilərə nail olublar. 2010-cu, 2011-ci və 2013-cü illərdə lisey məzunların qəbul imtahanlarında topladıqları orta bala görə qabaqcıl liseylər və orta ümumtəhsil müəssisələri arasında birinci olub.
Təhsil müəssisəsinin şagirdləri respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə, müxtəlif intellekt, bilik və idman yarışlarında yüksək nailiyyətlər əldə ediblər.
“Gənc istedadlar” liseyi Prezident İlham Əliyevin 2013-cü il 6 avqust tarixli Sərəncamına əsasən 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olub.
Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ikitərəfli konfrans və seminarların təşkili məqsədilə lisey ilə “Kaspi” Təhsil Şirkəti, Nərimanov rayonundakı “Bağça-məktəb-lisey” kompleksi və digər təhsil müəssisələri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva Ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük diqqət və qayğı göstərdiyini, dahi rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ölkədə təhsilin inkişafı ilə bağlı fikirlərini bildirən S.Vəliyeva “Gənc istedadlar” liseyinin uğurla fəaliyyət göstərdiyini, şagirdlərin respublika və beynəlxalq olimpiadalarda ürəkaçan nailiyyətlər qazandıqlarını diqqətə çatdırıb.
S.Vəliyeva lisey ilə “Kaspi” Təhsil Şirkəti arasındakı əməkdaşlığın təhsilə töhfə verəcəyinə əminliyini vurğulayıb, müəllim və şagirdlərə uğurlar arzulayıb.
Bakıdakı 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Əlövsət Rəcəbli, akademik Ağadadaş Əliyev, liseyin məzunu, kimya fənni üzrə Beynəlxalq Mendeleyev Olimpiadasının və Respublika Olimpiadasının üçqat qalibi Sona Quluzadə, “Gənc istedadlar” liseyinin XI sinif şagirdi, “Sabahın alimləri” respublika müsabiqəsinin qalibi Lalə Muradlı çıxış edərək təhsilin inkişafında liseyin rolundan bəhs ediblər.
Yubiley mərasimində “Gənc İstedadlar” liseyi ilə 6 nömrəli məktəb-lisey arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Sənəddə iki təhsil müəssisəsi arasında əlaqələrin genişləndirilməsi, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi üzrə ikitərəfli konfransların və seminarların, təcrübi məşğələlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirdə şagirdlər mahnılar oxuyub, şeirlər söyləyib, rəqslər ifa ediblər.
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

