Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir
24.02.2018 [09:19]
Hər il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə regionların turizm potensialının və milli adət-ənənələrin təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişafı ilə əlaqədar yerlərdə müxtəlif festivallar keçirilir. Bu festivallar yerli və xarici turistlərin böyük marağına səbəb olmaqla yanaşı, ölkəmizin milli adət-ənənələrinin və milli kulinariya nümunələrinin təbliği baxımından yeni imkanlar açır. Bu baxımdan 2017-ci il də yaddaqalan olub.
Belə ki, ötən il bölgələrimizdə keçirilən çeşidli festivallar yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş turistlərin də marağına səbəb olub. Bu tədbirlər Azərbaycan xalqının əsrlərdən bəri qoruyub gələcəyə daşıdığı zəngin dəyərlərin yaşadılmasıdır.
Göyçayın narı dillər əzbəridir
Beləliklə, 3-4 noyabr 2017-ci il tarixində Göyçay rayonunda Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə XII Nar festivalı keçirilib. 2005-ci ildən keçirilən festivalda ölkəmizdə akkreditasiya olunan diplomatik korpusun nümayəndələri, yerli və xarici turistlər və media işçiləri iştirak edir. Festivalda nardan hazırlanan maraqlı əl işləri, milli musiqi, muğam və folklor nümunələri nümayiş olunur.
Nar bayramında rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin mallarından ibarət yarmarka, yerli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil edilir.
Balakəndə ilk dəfə Xurma festivalı keçirilib
Noyabrın 4-5-də Balakən rayonunda İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk dəfə Xurma festivalı təşkil olunub. Festival çərçivəsində ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların folklor kollektivlərinin çıxışları, rayonun adət-ənənələrini özündə əks etdirən mədəniyyət nümunələrinin geniş sərgilərinin təşkili və maraqlı konsert proqramı təqdim edilib.
Festivalda yerli və xarici qonaqlar üçün xurmadan hazırlanmış kulinariya məhsulları və kompozisiyaları, kənd təsərrüfatı məhsullarının sərgiləri təşkil olunub. Tədbirin gedişində yun darayan, xalça toxuyan xanımların əl işləri, folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qəbələdə “şirin” festival...
Azərbaycanın əsas turizm mərkəzlərindən sayılan Qəbələ rayonu bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bölgənin turizm imkanlarını geniş şəkildə nümayiş etdirir. Ötən il avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Festivala 25 ölkədən komandalar, eləcə də ölkəmizdən 35-ə yaxın mürəbbə istehsal edən müəssisə qatılıb.
Respublikamızın mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb, rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş etdirilib.
Gəncədə keçirilən festival da maraqla qarşılanıb
Dekabrın 19-da Gəncə şəhərində IV Beynəlxalq Şərab Festivalı keçirilib. Festivalda Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl və Abşeron rayonlarında yerləşən şərab istehsalı müəssisələri ilə yanaşı, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Fransa, İtaliya, Bolqarıstan kimi ölkələrdən qonaqlar da iştirak ediblər.
Festival Azərbaycanda şərab istehsalı ilə məşğul olan bir sıra istehsal müəssisələrinə də öz məhsullarını nümayiş etdirmək üçün geniş imkanlar yaradıb. Tədbirdə dünyanın şərabçılıq sahəsində qabaqcıl ölkələrindən olan nümayəndələrin iştirakı festivala olan marağın göstəricisidir.
Qubada bayram bayrama qarışıb
Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında isə V Alma bayramı və I Xalça festivalı keçirilib. Oktyabrın 7-də təşkil olunan Alma festivalında 30-dan çox xarici ölkədən 80 nümayəndə iştirak edib. Quba meydanında milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar, müxtəlif viktorinalar və yarışlar maraqla qarşılanıb.
Tədbir çərçivəsində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Qonaqlara ölkəmizin şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Festival iştirakçılarına Azərbaycan xalçaları və onların toxunma prosesi nümayiş etdirilib. Azərbaycan xalçalarının zənginliyi qonaqların marağına səbəb olub. Tədbirin gedişində xalçaların satışı da həyata keçirilib.
Xəbər lenti
Hamısına baxİdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50

