/ / Daşkənddə “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçirilib
Daşkənddə “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçirilib
03.04.2018 [10:34]
Daşkənddə yazıçı-publisist Elmira Axundovanın özbək dilində nəşr olunmuş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçirilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan təqdimat mərasimində xarici ölkələrin səfirləri, diplomatlar, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər, müəllim və tələbələr, yerli azərbaycanlılar iştirak ediblər. Kitab Azərbaycanın Özbəkistandakı səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunub. Nəşrin tərcüməçiləri özbək alimləri Usman Kuçkar və Şokir Dolimovdur. Kitab Daşkənddəki “Mashur press” nəşriyyatında işıq üzü görüb.
Tədbirin əvvəlində yazıçı-publisist Elmira Axundovanın müəllifi olduğu kitabların, habelə özbək dilində nəşr edilmiş “İlhom Aliyev “Ozgarishlar jarayonidagi Prezident tasviri” kitabının sərgisi təqdim olunub.
Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundovanın yaradıcılığı haqqında məlumat verib. Səfir vurğulayıb ki, yazıçı postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında çoxsaylı faktları və materialları özündə əks etdirən kitabda Azərbaycanın dövlət başçısının dolğun portretini yaradıb. Kitabın Özbəkistanda da böyük maraqla qarşılanacağına əminlik ifadə edən səfir H.Quliyev deyib: “Müəllif dövlət başçısının uğurlu fəaliyyətini geniş təhlil edərək Onun müxtəlif istiqamətlərdə apardığı dərinməzmunlu siyasətin ən müxtəlif aspektlərinə işıq salıb”.
Daha sonra çıxış edən yazıçı-publisist, Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova müəllifi olduğu kitab haqqında danışaraq Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda böyük dəyişikliklərin baş verdiyini, ölkənin iqtisadi mənzərəsinin tamamilə yeniləşdiyini və Azərbaycanın heç vaxt indiki kimi qüdrətli olmadığını bildirib.
Müəllif Prezident İlham Əliyev tərəfindən reallaşdırılan neft kapitalının insan kapitalına çevrilməsi siyasətinin Azərbaycanı Qafqazın lider dövlətinə çevirdiyini nəzərə çatdırıb. “Azərbaycanın regionda nüfuzlu ölkə olaraq qlobal əhəmiyyət daşıyan nəhəng layihələri həyata keçirməsinin nəticəsində dünyada ölkəmizin nüfuzu artıb. Aparılan siyasət xalqın Prezidentə olan inamını, ümidlərini tam doğruldub”, - deyə E.Axundova vurğulayıb.
Təqdimat mərasiminin Azərbaycanda prezident seçkiləri ərəfəsində keçirildiyini söyləyən Elmira Axundova kitabın bu böyük işlərə kiçik bir töhfə olduğunu bildirib. O, ölkəmizdə görülən işləri, qazanılan uğurları nəzərə çatdıraraq bəzi şəxslərin öz Vətənləri əleyhinə apardıqları iyrənc kampaniyanı pisləyib, bu cür insanların sağlam düşüncəyə söykənmədiklərini və öz Vətənlərinə xəyanət yolu tutduqlarını qeyd edib.
Tədbirdə söz alan özbək tarixçi-araşdırmaçısı Şuxrat Salamov kitabın kifayət qədər maraqlı olduğunu və nəşrdə Azərbaycan-Özbəkistan münasibətlərinə dair Prezident İlham Əliyevin dəyərli fikirlərinin yer aldığını bildirib. Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək müşahidə edilməyən mühüm uğurlara imza atdığını vurğulayan Şuxrat Salamov tarix boyu güclü dövlət başçılarının fəaliyyətinə, onların irsinə tez-tez müraciət olunduğunu söyləyib. Şuxrat Salamov Elmira Axundovanın fikirlərinə dəstək verərək xarici ölkələrdə anti-Azərbaycan təbliğatı aparanlara səslənib, onların əməllərinin Vətənə, millətə, dövlətə xəyanət olduğunu bildirib.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, kitabın tərcüməçisi Şokir Dolimov, tərcüməçi-alim Babaxan Şərif və başqaları çıxış edərək müəllifin nəşrdə real faktlara və hadisələrə əsaslanaraq Prezident İlham Əliyevin parlaq obrazını yaratdığını vurğulayıblar. Onlar çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi, mədəniyyətlərarası dialoq sahəsində təşəbbüslərini yüksək qiymətləndirərək, kitabda multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunun, xalqımızın əsrlər boyu tolerantlıq, dözümlülük nümayiş etdirdiyinin, digər dinlərə və mədəniyyətlərə hörmətlə yanaşıldığının real faktlarla sübuta yetirildiyini qeyd ediblər.
Tərcüməçi Şokir Dolimov Azərbaycanın regionda milli maraqlara əsaslanan müstəqil siyasət aparan ölkə olduğuna diqqət çəkib. O, Azərbaycanda nəhəng infrastruktur layihələrinin reallaşdırılmasını, beynəlxalq tədbirlərə - birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, Qlobal forumlara uğurla ev sahibliyi etməsini ölkənin artan nüfuzunun göstəricisi kimi dəyərləndirib.
Ş.Dolimov əsərin Özbəkistan ictimaiyyəti, tədqiqatçılar üçün olduqca maraqlı bir mənbə olduğunu vurğulayaraq, müəllifə və kitabın çapına görə Azərbaycan səfirliyinə öz təşəkkürünü bildirib.
Tədbirin sonunda müəllif E.Axundova özbək dilində nəşr olunmuş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının nüsxələrini imzalayaraq oxuculara hədiyyə edib.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

