Akademik Zərifə Əliyeva haqqında kitabın və elektron məlumat bazasının təqdimatı olub
03.05.2018 [09:45]
Mayın 2-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli oftalmoloq-alim, Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevaya həsr edilmiş “Zərifə Əliyeva. Biblioqrafiya” kitabının və “Zərifə xanım Əliyeva - 95” adlı elektron məlumat bazasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli alimin keçdiyi həyat yolu haqqında məlumat verib. Biblioqrafiyanın əhəmiyyətindən danışan direktor deyib ki, bu nəşr Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi əsasında ərsəyə gəlib. “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından oxuculara təqdim olunan bu yeni biblioqrafiyaya yeni bölmələr və yarımbölmələr əlavə edilib. Yeni nəşrdə son illərin materialları da öz əksini tapıb. Biblioqrafiya alimin 1958-2018-ci illərdə Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş kitabları, elmi konqres, sessiya və konfrans materiallarında və dövri mətbuatda dərc edilmiş məqalələri haqqında materialları əhatə edir. Nəşrdə “Görkəmli şəxsiyyətlər Zərifə Əliyeva haqqında”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Zərifə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi” bölmələri yer almaqla yanaşı, ilk dəfə olaraq “Zərifə Əliyeva dünya kitabxanalarında” bölməsi əlavə edilib. Vəsaitə daxil edilmiş materiallar xronoloji ardıcıllıqla, daxildə isə əlifba sırası ilə qruplaşdırılıb. Qeyd edilib ki, vəsaitin sonunda oxuculara kömək göstərmək və biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə köməkçi bölmələr - “Zərifə Əliyevanın əsərlərinin əlifba göstəricisi”, “Zərifə Əliyeva haqqında yazan müəlliflərin əlifba göstəricisi və “Həmmüəlliflərin əlifba göstəricisi” də tərtib olunub.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev böyük alim, akademik Zərifə Əliyevanın elmi fəaliyyətindən, onun ömür-gün yoldaşı Ulu öndər Heydər Əliyevə olan böyük sevgisindən danışıb. Nazir müavini deyib ki, Azərbaycanın səhiyyəsinə böyük töhfələr vermiş bu insanı xatırlayanda hər bir azərbaycanlının gözü önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan, əziz xatirəsi milyonlarla insanın qəlbində yaşayan, insanların gözlərinə nur verən görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, biz nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt, geniş erudisiya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayır. Zərifə xanım kövrək çiyinlərində böyük məsuliyyət və fədakarlıqla Ümummilli liderlə çiyin-çiyinə getmək, Onun dayağı olmaq, qayğısına qalmaq və ağır günlərdə dərdinə şərik olmaq yükünü daşıdı. O övladlarını layiqli vətəndaşlar kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Əliyev görkəmli alimin yaradıcılığından, insani keyfiyyətlərindən söz açıblar. Bildirilib ki, onun mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etməsi danılmazdır. Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Tədbirdə digər çıxış edənlər də alimin yaradıcılığı və gördüyü işlərlə bağlı fikirlərini bölüşüblər.
Sonra “Zərifə xanım Əliyeva - 95” elektron məlumat bazasının təqdimatı olub.
Tədbir çərçivəsində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Zərifə Əliyeva” adlı kitabının yenidən çap olunmuş variantı da təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

