Aprel şəhidi Murad Məmmədov haqqında "Şərəfli ad" sənədli filmi təqdim olunub
07.05.2018 [11:55]
"Nizami" Kino evində 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən "Şərəfli ad" sənədli filminin təqdimat mərasimi keçirilib. Jurnalist Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış filmin təqdimat mərasimində şəhid Murad Məmmədovun ailə üzvləri, döyüş yoldaşları, Qarabağ savaşının veteranları, media təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Film barədə məlumat verən jurnalist V.Əsgərov bildirib ki, sənədli filmin ərsəyə gətirilməsi üçün Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində, Biləsuvarda, Cəlilabadda çəkilişlər aparılıb, şəhid haqqında məlumatlar toplanılıb. Şəhidin qardaşı, hərbçi Rahim Məmmədov Muradla fəxr etdiyini, Azərbaycanın qəhrəman oğullarının ruhu qarşısında baş əydiyini bildirib, şəhid qardaşı kimi son damla qanına qədər torpaqlarımızın azad olunması uğrunda döyüşəcəyini bildirib.
Filmdə şəhid anasının çəkdiyi iztirabları, şəhid atasının övlad itkisinin yanğısına rəğmən qürurverici məzmunda çıxışının əhəmiyyəti, şübhəsiz ki, böyük hissləri oyatmaqla yanaşı, eyni zamanda tariximiz üçün çox ibrətamiz bir anlamda yaşarılıq qazanacaq. Şəhidin döyüş yoldaşlarının dilə gətirdiyi Murad Məmmədovun vətənpərvərlik mövqeyi və konkret olaraq bu mövqedən güc alan döyüş ruhu isə Azərbaycanın qəhrəmanlıq salnaməsinə əvəzsiz töhfələr bəxş edəcək.
Filmin təqdimatının sonunda şəhidin atası Vaqif Məmmədov tədbir iştirakçılarına və bu filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib. Digər çıxışçılar da filmin əhəmiyyətindən danışaraq onun vətənpərvərlik ruhunun inkişafında xüsusi rol oynayacağını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxİdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22

