Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Tərcümə Mərkəzində
14.06.2018 [09:09]
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycan Tərcümə Mərkəzində olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda sülh və əmin-amanlıq şəraitində birgə yaşayan xalqların səmərəli əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.
Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsud qərb və şərq sivilizasiyaları arasında özünəməxsus körpü rolunu oynayan ölkəmizin tarix boyu dünya mədəniyyətlərini bir-birinə qovuşduran unikal məkan kimi tanındığını, bu amilin mədəniyyətimizdə də mehriban qonşuluq, din azadlığı, millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinin əsasını qoymağa imkan yaratdığını qeyd edib.
Afaq Məsud deyib: “Uzun əsrlərdən bəri Azərbaycan ərazisində müxtəlif xalqların, etnos, konfessiya və dini icmaların nümayəndələri sülh şəraitində yaşayırlar. Onların mədəniyyəti, adət-ənənələri tarix boyu dövlət səviyyəsində qorunur, tarixi abidələr, məscid, kilsə və sinaqoqlar yenidən bərpa edilir. Belə icmalardan biri də Dağ Yəhudiləri Dini İcmasıdır”.
Milix Yevdayev bu gün Azərbaycanda yaşayan bütün xalqların, çoxlu sayda konfessiyaların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini vurğulayıb.
“Azərbaycan, bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq. Xeyir-şərimizdə bir olmuşuq. Dünyada elə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda qovuşdurub, doğma övladıtək yaşatsın”, - deyə icma rəhbəri söyləyib.
Afaq Məsud, həmçinin mərkəzin, Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda təbliği və tanıdılması istiqamətində həyata keçirdiyi beynəlxalq nəşr layihələrindən, tanınmış İsrail yazıçılarının dilimizə çevrilmiş və nəşr edilmiş əsərlərindən danışıb.
Sonda mərkəzin nəşrlərindən olan, yəhudi əsilli dünya şöhrətli yazıçı Şolom Aleyxemin “Seçilmiş əsərləri” və qədim sufilərin fəlsəfi-dini traktatlarının toplandığı “Xilas yolunun yolçuları” kitabları qonağa təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

