Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan polisinin 100 illik yubileyi Bakının Nərimanov rayonunda qeyd edilib

Azərbaycan polisinin 100 illik yubileyi Bakının Nərimanov rayonunda qeyd edilib

03.07.2018 [09:44]

İyunun 30-da Azərbaycan Polisi Günü və Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib. Bu barədə AZƏRTAC-a rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon İcra Hakimiyyətinin və rayon Polis İdarəsinin rəhbərliyinin, idarənin əməkdaşlarının iştirak etdikləri tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib, Azərbaycan polisinin Ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq qaldığını bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.
Azərbaycan polisinin 100 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını deyən rayon İcra Hakimiyyətinin başçısı, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusi vurğulayıb.
Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov çıxışında hüquq-mühafizə orqanlarına göstərdiyi dəstəyə, diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirib.
Rayon prokuroru Vüqar Əliyev və rayon Ağsaqqallar Şurasının üzvü Həmid Cəfərov çıxış edərək Azərbaycan Polisinin keçdiyi şərəfli inkişaf yolundan danışıb, Azərbaycanda dövlətçilik və ictimai asayişin qorunmasındakı rolundan söhbət açıblar.
Sonda səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Nərimanov Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim edilib.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31