Azərbaycan ilə Latviya arasında hüquqi əlaqələr inkişaf edir
24.07.2018 [09:28]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsinə, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin, o cümlədən Avropa İttifaqı dövlətlərinin ədliyyə qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilir. Ötən il Azərbaycan və Latviya Ədliyyə nazirliklərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu sahədə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, memorandumun implementasiyası çərçivəsində nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədris tədbirləri keçirilir, qarşılıqlı müsbət təcrübələr öyrənilir.
Əməkdaşlığın davamı kimi, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada səfərdə olub.
Səfər zamanı Azərbaycanın və Latviyanın ədliyyə nazirləri Riqada “Azadlıq” abidəsini ziyarət edib, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolu qeyd edilib, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Dövlətimizin başçısının təsdiq etdiyi Strateji Yol xəritələrindən irəli gələn vəzifələrə uyğun olaraq mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutunun yaradılması prioriteti nəzərə alınaraq, nümayəndə heyətimiz bu ölkənin Mediasiya Şurasının rəhbərliyi ilə görüşüb. Görüşdə bu sahədə Latviyada işin təşkili ilə maraqlanılıb, mediasiyanın tətbiqi imkanları, onun vətəndaşlar üçün üstünlükləri, mediatorların hazırlanması və s. məsələlərlə bağlı təqdimat keçirilərək səmərəli fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamına əsasən, azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrasının təşkili məqsədilə Probasiya xidmətinin yaradılması, o cümlədən elektron nəzarət vasitələrinin tətbiqinə başlanılması nəzərə alınaraq bu sahədə zəngin təcrübəyə malik Latviyanın Dövlət Probasiya xidmətinin rəhbərliyi ilə görüş keçirilib, qurumun fəaliyyətinə dair müzakirələr aparılıb, xidmətin regional qurumları, elektron monitorinq sistemi ilə əyani tanışlıq olub.
Eyni zamanda məhkəmə qərarlarının səmərəli icrasının əhəmiyyəti nəzərə alınaraq, bu sahədə Latviyanın təcrübəsi öyrənilib, o cümlədən icra zamanı uşaq hüquqlarının qorunmasına dair yeni mexanizmlərin tətbiqi üzrə müzakirələr aparılıb və təqdimatlar keçirilib.
Həmçinin səfər zamanı hər iki dövlətdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və yeniliklərdən bəhrələnmək imkanları araşdırılıb, ədliyyə fəaliyyətində “süni intellekt”in tətbiqi, vətəndaşlara xidmətlərin videokonfrans vasitəsilə göstərilməsi xüsusi maraq doğurub.
Tədbirlərdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

