“Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının təqdimatı olub
02.11.2018 [09:29]
Noyabrın 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” (“Kidsafe”) proqramının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kidsafe” proqramı Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, “Kapital Bank” ASC-nin dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində yaradılıb.
Tədbiri açan Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, informasiya-kommunikasiya texnologiyaları gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Müasir dünyanı internetsiz və qlobal kiberməkansız təsəvvür etmək çətindir. İKT-nin cəmiyyətin demokratikləşdirilməsində, insan hüquqlarının qorunmasında və söz azadlığının təminatında böyük rolu var. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir.
Hicran Hüseynova qeyd edib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri də müasir texnologiyaların inkişafına şəraitin yaradılmasıdır. Müasir cəmiyyətlər informasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan uğurlu fəaliyyət göstərə bilməz. Bütün bunlar tərəqqinin müsbət tərəfidir. Ancaq biz başa düşməliyik ki, yüksək texnologiyaların inkişafı insan psixikasına, xüsusən də tam formalaşmamış uşaq psixikasına mənfi təsir göstərə bilər.
Komitə sədri deyib ki, uşaqlar kompüter yeniliklərini sürətlə mənimsəyirlər. Bu, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. Nəzərə alsaq ki, bu gün internetdə xeyirli məlumatlarla bərabər, ziyanlı informasiyalar da mövcuddur və bu məlumatlardan uşaqlar da istifadə edirlər. Uşaqların internet təhlükəsizliyinin təmin olunması olduqca önəmli məsələdir. Bu mövzuda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Məlumdur ki, uşaqlar evdə, məktəblərdə, internet klublarda da internetə qoşulur və informasiya əldə edirlər. İnformasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətləri bilavasitə təsir göstərir. İnternetin istifadəçiləri olan uşaq və yeniyetmələr bu təsirə daha çox məruz qalırlar.
“İlk növbədə, uşaqlar internetdən istifadə edərkən sakit qaldıqları üçün onların həm zehni, həm də mənəvi inkişafına böyük təhlükə yaranır. Uşaqlar valideynlərin diqqətindən yayınaraq şiddət, müxtəlif pis vərdişlər aşılayan videolara asanlıqla çıxış əldə edirlər. Bu isə uşaqlarda hələ kiçik yaşlardan aqressiya, şiddətə meyillilik və mənəvi travmalara gətirib çıxarır. Əsas təhlükələrdən biri onların cinayətkarların hədəfinə düşmələridir. Araşdırmalar göstərir ki, dünyada internet istifadəçilərinin 50 faizi 8-15 yaşlı uşaqlardır. Onların hər 5 nəfərindən biri cinayətkarların qurbanına çevrilir. Eyni zamanda, uşaqlar pornoqrafiya, pedofiliya, uşaq alveri, zorakılıq, narkomaniya, terrorizm, milli, dini ayrı-seçkiliyi təbliğ edən informasiyalar da alır və onların təsirinə düşürlər. Uşaqlar üçün ifrat dərəcədə zərərli ola bilən, qəddarlığı təbliğ edən oyunları da misal göstərə bilərik. Bu, nəticədə xoşagəlməz halların yaşanmasına, psixoloji problemlərin yaranmasına, hətta intiharlara gətirib çıxarır. Bütün bunlar uşaq hüquqlarının pozulması deməkdir”, - deyə H.Hüseynova bildirib.
Komitə sədri, həmçinin qeyd edib ki, ölkəmizdə uşaqların internet təhlükəsizliyinin təmin edilməsi məqsədilə silsilə tədbirlər keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən internetdə uşaq hüquqlarının müdafiəsi məqsədilə milli qanunvericilik təkmilləşdirilir, maarifləndirici tədbirlər keçirilir, təhlükəsizlik proqram sistemləri yaradılır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Bu günlərdə Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Bu qanun 2020-ci ildə qüvvəyə minəcək.
“Kapital Bank” ASC İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib ki, son illər müasir həyatda rəqəmsallaşma artıq hər birimizin həyatında xüsusi yer alaraq tendensiyaya çevrilib. Bizim uşaqlarımız və gənclərimiz təhlükəsiz internetdən istifadə etməlidirlər. İnternet böyük tədris və təlim bazasıdır. Bu bazadan biz öz uşaqlarımızı və gənclərimizi təcrid etməməliyik, onları sadəcə istiqamətlədirməliyik. “Kidsafe” layihəsi sırf buna xidmət edəcək. Valideyn kimi gələcəkdə rahat olacağıq ki, bizim uşaqlarımız təhlükəsiz internetdən istifadə edirlər. Sosial layihələrimiz çərçivəsində uşaqların, gənclərin təhsili, inkişafı və gələcəyi yolunda uğurlu layihələrə imza atmışıq. Bu layihə də o sırada öz layiqli yerini tapacaq.
BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, internet özü-özlüyündə uşaqlar və gənclər üçün bir çox geniş imkanlar yaradır. İnternet vasitəsilə həm bilik almaq, həm yeni mədəniyyətlər haqqında məlumat toplamaq, habelə əylənmək və yeni münasibətlər qurmaq mümkündür. Odur ki, biz internetdən qorxmamalı, onu məhdudlaşdırmamalıyıq, əksinə, gənclər üçün yaratdığı geniş imkanlardan daha məharətlə istifadə etməliyik. Eyni zamanda, təəssüflə onu etiraf etməliyik ki, cəmiyyətdə elə təbəqələr var ki, onlar internetdən sui-istifadə edib digərlərinə zərər yetirmək, istismar etmək və həmçinin uşaqlara qarşı zorakılığı tətbiq etməkdə maraqlıdırlar. Biz öz tərəfimizdən bu halların baş verməsinin qarşısını almaq üçün müvafiq qabaqlayıcı tədbirlər görməliyik.
Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin nümayəndəsi Gülnur Rzayeva bildirib ki, dövlətimiz tərəfindən uşaqlara daim diqqət və qayğı göstərilir. Həyata keçirilən tədbirlər nəticəsində uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm nailiyyətlər əldə edilib, xüsusən də qanunvericilik təkmilləşdirilib. Bildiyimiz kimi, uşaqların informasiya əldə etmək hüququ var, eyni zamanda, zərərli məlumatlardan qorunmaq hüququ da var. İnternetin təqdim etdiyi ziyanlı məlumatlardan uşaqların müdafiə olunması diqqət ediləsi məsələlərdəndir və “Kidsafe” kimi proqramın yaradılması da bu prosesə öz müsbət töhfəsini verəcək, uşaqların mənəvi sağlamlığının qorunmasında yerini tutacaq.
Daxili İşlər Nazirliyinin Baş İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəblərdə filtrlənmiş internetdən istifadə edilir. Lakin internet klublar haqqında bunu deyə bilmərik. Buna görə də uşaqların internet təhlükəsizliyinin təminində atılacaq addımlardan biri də uşaqlara bu mövzunun düzgün çatdırılmasıdır. Şöbə rəisi əlavə edib ki, Azərbaycanda uşaqların onların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunmaları üçün telekommunikasiya operatorları və internet provayderlərinin məsuliyyəti artırılıb. Uşaqlar tez-tez aqressiya və zorakılığı təbliğ edən şəkillərlə rastlaşırlar. İnternetdə heç nəyə senzura qoyulmur. Onları bu cür saytlardan qorumaq məqsədilə 2001-ci ildə nazirlik Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasına qoşulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Nigar Hüseynova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Aysel Hadıyeva, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz çıxış edərək təklif və rəylərini bildiriblər. Çıxışçılar bu cür layihələrin davamlı olaraq həyata keçirilməsinin vacibliyinə diqqət çəkiblər.
E-box şirkətinin rəhbəri Şamo Salayev “Kidsafe” proqram təminatı haqqında təqdimatla çıxış edərək proqramın əsas xüsusiyyətləri və istifadə qaydaları haqqında məlumatları diqqətə çatdırıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kapital Bank arasında ikiillik əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi sahəsində proqram sistemlərinin yaradılması, sosial çarxların çəkilməsi və bu sahədə konfransların və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Tədbirdə uşaqların internet təhlükəsizliyinə aid videoçarx nümayiş olunub.
Qeyd edək ki, proqram təminatının yaradılması “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin edir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

