/ / BSU-da “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda müzakirələr aparılıb
BSU-da “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda müzakirələr aparılıb
11.12.2018 [09:44]
Dekabrın 10-da Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə bu ali məktəbdə “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Yunanıstan, Avstriya, Bolqarıstan, Belarus və Ukraynanın ölkəmizdəki səfirləri, Rusiya və Polşanın Azərbaycandakı səfirliyinin müşavirləri, bir çox rəsmi dövlət strukturlarının rəhbərləri, universitetin tələbə və müəllimləri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Kanellosun moderatorluq etdiyi tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva Ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. N.Əliyeva BSU-nun slavyan ölkələri, o cümlədən Yunanıstan və Türkiyə ilə sıx əlaqələrindən danışıb. O, universitetin inkişaf yolu barədə məlumat verərək, bu ali təhsil ocağının Ulu öndər Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə yaradıldığını vurğulayıb.
N.Əliyeva hər bir ölkənin və cəmiyyətinin tərəqqisinin təhsilin səviyyəsi ilə bağlı olduğunu bildirib və bugünkü Azərbaycan gəncliyinin beynəlxalq aləmə inteqrasiya olunmasından, beynəlxalq layihələr vasitəsilə onların müasir dünyaya çıxış imkanı əldə etməsindən danışıb.
Rektor BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri vasitəsilə tələbələrin slavyan ölkələrinin mədəniyyəti, tarixi, etnoqrafiyası, siyasi-iqtisadi vəziyyəti ilə yaxından tanış olduqlarını deyib.
Azərbaycanın multikultural ölkə olduğunu, multikulturalizm siyasətinin dövlət tərəfindən hərtərəfli dəstəkləndiyini və bu ideyanın bütün ali məktəblərdə gənclərə aşılandığını bildirən N.Əliyeva ölkə başçısının “Multikulturalizm Azərbaycanda həyat tərzidir!” fikrinin tədrisin bütün mərhələlərində özünü doğrultduğunu qeyd edib.
Vurğulanıb ki, Azərbaycandakı xarici ölkə səfirlərini maraqlandıran əsas məsələlərdən biri də təhsil sahəsinin inkişafıdır. N.Əliyeva çıxışında səfirlik rəhbərlərini və nümayəndələrini universiteti müvafiq ixtisas üzrə bitirən gənclərimizin işlə təmin edilmələrinə dəstək olmağa çağırıb.
Sonra təhsil və müasir dünya, təhsilin problemləri, beynəlxalq layihələr və s. mövzularda müzakirələr aparan diplomatlar təhsil sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini bildirib və bu sahəyə öz töhfələrini verməyə hazır olduqlarını qeyd ediblər.
N.Kanellos beynəlxalq konfransa ev sahibliyi etdiyinə və yüksək təşkilatçılığa görə BSU-nun rəhbərliyinə minnətdarlığını bildirib. Səfir konfransın aktual məsələyə həsr olunduğunu diqqətə çatdıraraq, “dəyirmi masa”nın Azərbaycanın digər ölkələrlə humanitar istiqamətdə münasibətlərinə yeni töhfələr verəcəyinə əmin olduğunu deyib.
Sonra diplomatlarla gənclər arasında təhsilin müxtəlif problemləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04

