Azərbaycan multikulturalizmi Braziliyada tədris olunacaq
28.06.2019 [09:51]
2019-2020-ci dərs ilindən etibarən “Azərbaycan multikulturalizmi”nin tədris olunduğu xarici universitetlər sırasına Braziliya Federal Universitetinin də (Universidade de Brasilia) adı əlavə olunacaq. Beləliklə, Multikulturalizm Mərkəzi 21-ci xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirəcək. Artıq universitet rəhbərliyinin təklifi müsbət dəyərləndirilib və BBMM ilə Braziliya Federal Universiteti arasında qarşılıqlı anlaşma memorandumu bağlanıb. “Azərbaycan multikulturalizmi” fənnini Braziliya Federal Universitetinin professoru Leila Bijos tədris edəcək. Onu da əlavə edək ki, Leila Bijos 2018-ci ilin yayında BBMM-də Azərbaycan multikulturalizmi ilə bağlı araşdırmalar aparıb. Üç ay müddətində aparılan tədqiqatlar Braziliyada “Azərbaycan multikulturalizmi” adlı kitab şəklində nəşr olunub. Portuqal dilində işıq üzü görən kitabda tədqiqatçı Azərbaycan multikulturalizmi modelinin uğurundan, eləcə də ölkəmizdəki multikultural və tolerant mühitdən ətraflı şəkildə bəhs edib.
BBMM bu günədək dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini həyata keçirsə də, Braziliya Federal Universiteti ilə Latın Amerikası ölkələrində bu sahədə ilk addımı atmış olacaq. Yeni dərs ilində Azərbaycanın Braziliyadakı səfirliyinin nümayəndələri, eləcə də həmin ölkənin nüfuzlu elm xadimləri “Azərbaycan multikulturalizmi” fənninin ilk tədris günündə iştirak edəcəklər. BBMM-in hər il təşkil etdiyi Beynəlxalq Qış və Yay Multikulturalizm məktəblərinə Cənubi Amerika ölkələrindən qatılan gənclərin sayının artması, eləcə də Mərkəzlə Braziliya universitetləri arasındakı qarşılıqlı münasibətlərin uğurlu inkişafı nəticəsində “Azərbaycan multikulturalizmi” fənninin nüfuzlu Rio-de-Janeyro Federal Universitetində də tədris edilməsi planlaşdırılır. Artıq həmin universitetin professoru Aleksandr Jerbit Azərbaycan multikulturalizmi sahəsində araşdırma aparmaq üçün BBMM-ə müraciət edib.
Bütün bunlar göstərir ki, Azərbaycan multikulturalizmi modelinə xarici ölkələrdə maraq gündən-günə artmaqdadır. Bu modelin elmi müstəvidə öyrənilməsi və araşdırılması BBMM tərəfindən uğurla davam etdiriləcək. Yaxın gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə universitetlərinin qoşulması mümkün olacaq.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda bu layihə çərçivəsində dünyanın 20 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. Bununla yanaşı, Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə “Azərbaycan multikulturalizmi” fənni əsas fənn kimi tədris olunacaq.
BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra, sözügedən layihəyə start verilib. Artıq fənnin tədrisində xeyli müsbət təcrübə əldə olunub. Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunan “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradıb.
Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirilir. Dərslər üçün qeydiyyatdan keçən tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr həm də Azərbaycanda BBMM tərəfindən təşkil edilən Beynəlxalq Qış və Yay Multikulturalizm məktəblərində iştirak etmək üçün şans qazanırlar. Bu da öz növbəsində, tələbələrə stimul verən amillərdən biridir. Göründüyü kimi, Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün real həllini tapması məqsədilə BBMM-in apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.
Xəbər lenti
Hamısına baxSiyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07

