“İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsinə start verib
05.07.2019 [09:20]
Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Goranboy rayonunda “Marş İrəli” layihəsinin icrasına başlanılıb. Layihə “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə artıq ikinci dəfədir ki, həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin məzarını və Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət ediblər.
Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən danışıb. Azərbaycan Silahlı Qüvvələrinin əsasının gənclərdən ibarət olduğunu deyən icra başçısı bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan ordusu həm maddi-texniki, nizam-intizam, həm də vətənpərvərlik baxımından dünyanın ən müasir ordularından birinə çevrilib.
Builki “Marş İrəli” layihəsinin təmas xəttinə yaxın bölgədə - Goranboy rayonunda keçirildiyini xatırladan “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bunun heç də təsadüf olmadığını deyib. O bildirib ki, “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə 10 günə yaxın müddətdə keçiriləcək layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında 150-yə yaxın gənc iştirak edir. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyünü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında mənəvi cəhətdən möhkəmlənəcək və xüsusi təlim modulları vasitəsilə daha çox maariflənə biləcəklər. Taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlar da layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə aiddir.
Qeyd edilib ki, layihə çərçivəsində gənclər ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, onlar üçün peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlim-məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər və müzakirələr təşkil ediləcək. Həmçinin gənclər bir sıra fiziki, psixoloji və sosial fəaliyyətlərə cəlb olunacaq, nizam-intizamlı, bilikli və bacarıqlı bir vətəndaş kimi formalaşmaq yolunda təkan əldə edəcəklər. Hərbi simulyasiya formatında keçiriləcək düşərgə gənclərə hərbi mühitin aşılanması, milli ruhun formalaşması, həmçinin onların fiziki və mənəvi möhkəmlənməsi üçün şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

