Dünya Bankının missiyası AzTU-da logistika layihəsi üzrə əməkdaşlığı müzakirə edib
31.10.2019 [09:41]
Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Bankının “Azərbaycanda dəmir yolu və logistikanın inkişafı” layihəsini reallaşdırmaq üzrə hazırlıqlara başlayan missiyası ilə görüş keçirilib.
Missiyanın üzvləri - Dünya Bankının Nəqliyyat və İKT Departamentinin infrastruktur üzrə baş mütəxəssisi Nicat Vəliyev, “Transport Europe” sektorunun nəqliyyat üzrə baş iqtisadçısı Viktor A.Araqones və gender üzrə mütəxəssisi Nato Kurşitaşvili layihənin təşəbbüsçüsünün “Azərbaycan Dəmir Yolları” QSC-nin olduğunu bildirərək qeyd ediblər ki, onun komponentlərindən biri dəmir yolu və logistika sahəsində kadr potensialını, mütəxəssis hazırlığını gücləndirməklə bağlıdır. Missiya bu istiqamətdə AzTU-nun imkanlarını dəyərləndirmək niyyətini açıqlayıb.
Görüşdə AzTU-nun rektoru, professor Vilayət Vəliyev son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi yolunda atılan addımlardan danışaraq qeyd edib ki, əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturunun qlobal çağırışlara uyğun qurulması sahəsində görülən işlər ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadəyə imkanlar açır. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin hədəflərindən biri ölkəmizin beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilməsidir.
Rektor AzTU-nun Azərbaycanda nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən və kadr hazırlayan yeganə ali təhsil ocağı olduğunu, bu yaxınlarda universitetdə ölkə ali məktəbləri praktikasında ilk olan “Nəqliyyat və logistika fakültəsi”nin yaradıldığını vurğulayıb.
Maraqlıdır ki, logistika sahəsində kadr problemi olduğunu deyən Viktor A.Araqones görüşdə logistika ixtisası ilə bağlı müzakirə açmağı planlaşdırdıqlarını və AzTU-da artıq belə fakültənin açılmasından məmnun qaldıqlarını bildirib.
Professor V.Vəliyev qonaqların diqqətinə çatdırıb ki, rəhbərlik etdiyi universitetin iqtisadiyyatın müxtəlif sahələri üçün kadr hazırlamaqla bağlı ciddi potensialı var. AzTU-nun bir ay əvvəl müəyyənləşdirdiyi elmi araşdırma istiqamətləri sırasında logistika sisteminin qurulması və tranzit yükdaşımaları mövzuları da var.
Missiya üzvləri görüşdə layihə üzrə ilkin hazırlıqlar barədə geniş məlumat veriblər. Qeyd edilib ki, Azərbaycanda bütün nəqliyyat növləri üzrə kadr potensialını artırmaq, maarifləndirməni gücləndirmək, bu işləri, o cümlədən logistikanı beynəlxalq səviyyəyə çatdırmaq lazımdır.
Görüşdə layihə üzrə əməkdaşlığın forma, mexanizm və istiqamətləri ətrafında müzakirələr aparılıb, işbirliyi üçün AzTU-nun geniş imkanlara sahib olduğu qeyd edilib.
Gender üzrə mütəxəssis Nato Kurşitaşvili Azərbaycanın nəqliyyat sektorunda gender bərabərliyinə dair fikirlərini bölüşüb və Dünya Bankının öz layihələrinin icrasında bu məsələni diqqət mərkəzində saxladığını qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

