/ / Azərbaycanda prokurorluq və məhkəmə sistemlərinin müasirləşdirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib
Azərbaycanda prokurorluq və məhkəmə sistemlərinin müasirləşdirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib
06.11.2019 [09:55]
Noyabrın 5-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Qırğızıstan Baş prokurorunun müavini Cəmilə Camanbayevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Ziyafət Əsgərov ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan sistemli tədbirlərin görüldüyünü, mütərəqqi antikorrupsiya qanunvericiliyinin formalaşdırıldığını bildirib. Qeyd edilib ki, Avropa Şurasının “Korrupsiyaya görə cinayət-hüquqi məsuliyyət haqqında” və “Korrupsiyaya görə mülki-hüquqi məsuliyyət haqqında” konvensiyalarına, Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı Konvensiyasına qoşulan ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb. “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlar və digər mühüm normativ hüquqi aktlar qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ hüquqi bazanın yaradılması, müasir informasiya texnologiyaları üzrə qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan yeni kadr siyasətinin reallaşdırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Qırğızıstan Baş prokurorunun müavini Cəmilə Camanbayeva Azərbaycanın prokurorluq və məhkəmə sistemlərinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, iki qardaş ölkə arasında bu sahədə sıx əlaqələrin olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Qonaq Azərbaycana bu səfərin təcrübə mübadiləsi baxımından çox faydalı olacağına və iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı hüquqi sahədə əməkdaşlıq üzrə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə, Hikmət Məmmədov, Aydın Mirzəzadə və digərləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

