Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
16.11.2019 [09:55]
Noyabrın 15-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılan heykəlin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi Azərbaycanı sevən insanların qəlbində daim yaşayacaq. Şöbə müdiri Azərbaycandakı tolerant və multikultural mühitin tarixən müxtəlif xalqların buraya gəlib məskunlaşmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Azərbaycanda digər yerlərdən fərqli olaraq antisemitizmin olmaması onların burada yaşamasını təmin edib. Yəhudi xalqı tarixən Azərbaycan xalqının həyatında yaxından iştirak edib. Onlardan biri də Albert Aqarunov olub. O, Şuşanın müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Onun Vətən sevgisi təsadüfi olmayıb, bu, ilk növbədə, Azərbaycan xalqının multikulturalizm mədəniyyətindən irəli gəlir. Albert Aqarunovun adı Azərbaycan dövləti tərəfindən əbədiləşdirilib. Onun heykəlinin açılışı bu diqqətin daha bir təzahürüdür.
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək bildirib ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb. O deyib ki, Albert hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir. Albertin harada doğulması, hansı milliyyətə mənsub olması önəmli deyil.
Nazir müavini qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsi, onların ailə üzvləri və qazilər daim Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir. Bugünkü tədbir də bunun əyani sübutudur. “Abidənin açılışında zəhməti olan hər kəsə Müdafiə Nazirliyinin rəhbərliyi və Azərbaycan Ordusunun şəxsi heyəti adından təşəkkür edirəm. Albert Aqarunovun və Vətən uğrunda şəhid olmuş digər insanların xatirələri qəlbimizdə əbədi yaşayacaq. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Azərbaycan Ordusu dövlət başçısının qarşımızda qoyduğu istənilən tapşırığı icra etməyə qadir və hazırdır”, - deyə o əlavə edib.
Açılış mərasimində iştirak etmək üçün İsraildən Bakıya gələn Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.
Sonra abidənin önünə əklil və gül dəstələri düzülüb.
Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.
Qeyd edək ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıdakı maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tankını, 7 ZTR-ni və bir çox texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alan Albert 1992-cu il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında həlak olub.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

