/ / Oğuzun Calut və Xaçmaz kəndlərinin dağlıq ərazilərində 10 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib
Oğuzun Calut və Xaçmaz kəndlərinin dağlıq ərazilərində 10 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib
26.11.2019 [09:56]
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən həyata keçirilən ekoloji tədbirlərin davamı olaraq, noyabrın 25-də Oğuz rayonunun Calut və Xaçmaz kəndlərinin dağlıq ərazilərində sakinlərin, kənd ağsaqqallarının, məktəblilərin, rayon İcra Hakimiyyəti rəsmilərinin, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə əvvəllər qırılmaya və yanğına məruz qalmış meşə sahələrinə ağaclar əkilib, toxumlar səpilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərə ETSN-in əməkdaşları ilə yanaşı, 100-dən çox rayon sakini qoşulub.
Aksiyada iştirak edən Calut kənd sakini Bahad Mustafayev jurnalistlərə müsahibəsində deyib: “Vaxtilə bilmədən meşəyə əlavə qazanc yeri kimi baxırdıq, ağacları kəsib kömür edirdik. İndi başa düşürük ki, bu meşə kəndimizin sərvətidir, gözəlliyidir. Meşələr seyrəldikcə çaylarımız, bulaqlarımız da quruyur. Biz hara gedirik, kimə ziyan vururuq? Nazirlik tərəfindən gəlib kəndimizdə görüşlər keçirildi və biz də hamılıqla qərar verdik ki, daha ağacları kəsməyəcəyik, ağac əkəcəyik. Mən bu gün 25-dən çox ağac əkdim. Kənd camaatından da xahiş edirəm ki, meşələri qırmaqdan əl çəksinlər”.
Calut kənd sakini Rövşən Əhmədov: “Bu gün mən burada ağac əkərkən kəsdiyim ağaclara görə çox peşman oldum. Uşaqlarımla birgə 50-dən çox ağac əkdim. Onlara başa saldım ki, ağacları kəsməklə biz ən böyük ziyanı elə özümüzə vurmuş oluruq. Ona görə də bu gündən sonra bacardığım qədər çox ağac əkəcəyəm. İndi burada əkdiyimiz ağaclarla yəqin ki, kəndimizin meşəsinə ailəlikcə töhfə vermiş olduq”.
ETSN-in departament direktoru Ağaqardaş Qaraşov jurnalistlərə bildirib ki, payız mövsümündə planlaşdırılan meşəbərpa tədbirləri davam edir və bütün bölgələrdə belə aksiyalar keçirilir. “Bu gün keçirdiyimiz aksiya zamanı rayonun Calut və Xaçmaz kəndləri yaxınlığındakı, ümumilikdə, 10 hektar sahədə 10 minədək müxtəlif meşə cinsli, əsasən də palıd ağacının toxumları səpilib və tinglər əkilib. Ümumilikdə bu ilin payız ağacəkmə mövsümündə 9000 hektar sahədə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub və növbəti illərin ağacəkmə mövsümlərində də bu kimi tədbirlər ardıcıl olaraq davam etdiriləcək”.
Nazirlik rəsmisinin sözlərinə görə, keçirilən bu cür kütləvi ağacəkmə tədbirləri sayəsində meşə sahələrinin yerli əhali və ictimaiyyət nümayəndələri ilə birgə mühafizəsi, meşə örtüyünün daha da artırılması, yaşıllıqlara qayğı ilə yanaşılması təşviq olunur, yerli əhali ilə birlikdə meşəbərpa tədbirlərinin aparılması ənənəsinin başlanğıcı qoyulur.
“ETSN ekoloji məsələlərlə bağlı ictimai fəallığın artmasını, vətəndaşların meşə sahələrinin genişləndirilməsi işlərinə dəstək göstərməsini təqdir edir və ağacəkmə aksiyalarında iştirak edən bütün sakinlərə təşəkkürünü bildirir”, - deyə Ağaqardaş Qaraşov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

