/ / Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11.12.2019 [09:46]
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, ətraf mühitə zərərli tullantıların azaldılması istiqamətində reallaşdırılan tədbirlər, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi respublikamızda ekoloji mühitin əsaslı şəkildə sağlamlaşmasını təmin edib
Ekoloji problemlər müasir dünyada getdikcə daha çox narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Çin, Hindistan kimi böyük dövlətlərin iri şəhərlərində ekoloji problemlər, havanın, suyun çirklənməsi böhran həddinə çatıb. Canlılar aləmini təhdid edən qlobal istiləşmənin sürətlənməsində də ekoloji problemlərin, atmosferdəki zərərli qazların artmasının rolu artıq geniş miqyasda qəbul olunur.
Təsadüfi deyil ki, ekoloji tarazlığın və ətraf mühitin qorunması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə bu sahədə görülən işlər daha intensiv və genişmiqyaslı xarakter alıb.
AZƏRBAYCANDA NƏHƏNG YAŞILLAŞDIRMA KAMPANİYALARI HƏYATA KEÇİRİLİR
Yaşıllıqların artırılması və meşə zolaqlarının salınması ətraf mühitin qorunması sahəsində ən təsirli tədbirlərdən hesab olunur. Genişmiqyaslı yaşıllaşdırma kampaniyalarının keçirildiyi Azərbaycan bununla özünün ekoloji vəziyyətini yaxşılaşdırmaqla bərabər, qlobal iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə də töhfəsini vermiş olur.
Meşə örtüyünün bərpası sahəsində görülən işlər sayəsində meşə ilə örtülü sahələr respublika ərazisinin 11,4 faizindən 11,8 faizinədək çoxalıb. Yaşıllaşdırma sahəsində ən irimiqyaslı layihələrdən biri 2017-2018-ci illərdə gerçəkləşən Yeni Azərbaycan Partiyasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihəsi olan “700 min ağac əkək” kampaniyası oldu.
Bu günlərdə isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində 2019-cu il dekabrın 6-da ümumilikdə 83 şəhər və rayonda 38 növdə 650 mindən çox ağacın əkilməsi ilə daha bir möhtəşəm aksiya reallaşdı. Bir çox dövlət qurumları, iri şirkətlərin qatıldığı bu aksiya atmosferdə istilik effekti yaradan qazların aradan qaldırılması yönündə Azərbaycanın dünyaya bir töhfəsidir.
Yaşıllaşdırma ilə yanaşı, Azərbaycanda biomüxtəlifliyin qorunmasına da böyük diqqət yetirilir. Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq 2006-cı ildə Azərbaycanda Altıağac Milli Parkının nəzdində yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq milli parkların ərazisində brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə məqbul sayılan alətlərlə balıq ovu qaydalarını təbliğ və təşviq etmək məqsədilə həvəskar balıqçıların turnirlərini təşkil edir.
Bundan başqa, ətraf mühitin qorunmasına xüsusi diqqət ayıran Heydər Əliyev Fondu tərəfindən Zirə qəsəbəsində Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı yaradılıb. Eko-Parkda 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib.
Xüsusi olaraq qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlayan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi gənc könüllülərin iştirakı ilə ətraf mühitin, təbiətin mühafizəsinə dair çoxsaylı layihələr həyata keçirir, bu sahədə geniş ictimai maarifləndirmə işi aparır. IDEA gənc ekoloqlar və tələbələrin cəlb olunduğu ağacəkmə aksiyaları təşkil edib, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqə, “Yaşıl həftə” konfranslar silsiləsi və digər layihələr həyata keçirib.
ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TULLANTILARIN AZALDILMASI TƏDBİRLƏRİ GÖRÜLÜR
Ölkəmizdə ekoloji mühitin qorunması istiqamətində görülən tədbirlər sırasında atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi üçün reallaşdırılan layihələrin də əhəmiyyəti xüsusi qeyd edilməlidir. Son illərdə ölkənin böyük şəhərlərində bu məqsədlə 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub.
Sirr deyil ki, ötən əsrlərdə nizamsız neft hasilatı və təmizlənmədən axıdılan tullantılar Xəzər sularının çirklənməsinə səbəb olub. Xəzər dənizinə daxil olan tullantı sularının 60 faizi Volqa çayının payına düşür. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları da Kür çayı vasitəsilə Xəzərə daxil olur.
Su mənbələrinin çirklənməsinin qarşısının alınması tədbirləri, çirklənmə baş verən ərazilərdə təmizləmə işlərinin həyata keçirilməsi, bu məqsədlə ən müasir texnologiyadan istifadə olunması ölkəmizdə gerçəkləşdirilən ekoloji siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu sahədə fəaliyyətin əsas hüquqi bazasını “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Su Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunları və bu qanunların icrasına xidmət edən “Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə təşkil edir.
Həmçinin Bakı şəhəri ərazisində Buzovna və Şüvəlan qəsəbələrində bioloji təmizləmə qurğuları tikilib istismara verilib, Hövsan Aerasiya Stansiyası rekonstruksiya edilərək yeni bioloji təmizləmə qurğuları ilə təmin olunub. Sumqayıt şəhərində də yeni bioloji təmizləmə qurğuları tikilərək istismara verilib. Bundan başqa, dənizdə fəaliyyət göstərən neft-qazçıxarma müəssisələrində, “Neft Daşları”nda bioloji təmizləmə qurğuları tikilib. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə tullantıların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilib. Qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi olaraq təhlillər aparılır.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci və 2008-ci illərdə imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamlardan irəli gələn məsələlərin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsait hesabına modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan və Pirşağı qəsəbələrində qurulub.
Görülən işlər sayəsində Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə ən irimiqyaslı tədbirlər həyata keçirən dövlət hesab olunur. Bu tədbirlərin məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir. Bu tədbirlərin davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.
Həmçinin, Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında Bakı Buxtası, Bibiheybət zonası, Bakı Beynəlxalq Hava Limanının ətrafı, Abşeron yarımadasındakı göllər, neftlə çirklənmiş torpaqlar, lay suları altında qalmış sahələr və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilər təmizlənərək onların yerində parklar, yaşıllıqlar salınır.
EKOLOJİ CƏHƏTDƏN TƏMİZ ALTERNATİV ENERJİDƏN İSTİFADƏ İMKANLARI GENİŞLƏNDİRİLİR
Məlumdur ki, bütün dünyada geniş istifadə olunan ənənəvi enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitin çirklənməsi alternativ enerji mənbələrindən istifadə məsələsinin aktuallığını artırır. Bu səbəbdən də bir sıra inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrindən geniş istifadə həyata keçirilir. Bərpa olunan alternativ enerji mənbələri dedikdə, əsasən günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, qabarma və çəkilmə, biokütlə enerjisi başa düşülür.
Alternativ enerji mənbələrinin bir çoxu üzrə Azərbaycanda ekoloji mühitə zərər vermədən enerji hasilatı mümkündür. Bu məqsədlə, Prezident İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq olunub. Bu Proqramda elektrik enerjisinin istehsalında alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi, Azərbaycanda alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsi kimi vəzifələr qarşıya qoyulub.
Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlətimizin başçısının Fərmanına əsasən 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və bu sahənin inkişafını nəzərdə tutan bir sıra sənədlər imzalanıb, proqramlar qəbul olunub.
2014-cü ildə Agentliyin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyası istismara verilib. Stansiyanın idarəetmə mərkəzindən Qobustan Hibrid Elektrik Stansiyası, Suraxanı Günəş Elektrik Stansiyası, Biləsuvar qaçqın şəhərciyi, Masallı İdman Kompleksi, həmçinin Bakı şəhərində 5 məktəb və 2 poliklinikanın üzərində quraşdırılan günəş panellərinin fəaliyyətinə nəzarət olunur. Günəş enerjisindən istifadə olunması sayəsində təbii qazdan istifadəyə qənaət olunur.
Elektrik enerjisinin istehsalında su elektrik stansiyaları da ekoloji cəhətdən əlverişli hesab olunur. Qeyd edək ki, respublikada ümumi enerji sistemində SES-lərin istehsal gücünün ümumi çəkisi 20 faizə yaxındır.
Bütövlükdə alternativ və bərpa olunan enerjidən səmərəli istifadə, bu sahədə müasir infrastrukturun yaradılması baxımından mühüm işlər görülüb. Bütün bu işlər iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini genişləndirməyə imkan verib, bu cür enerjinin istehsalı, istehlakı və səmərəliliyi ilə bağlı tədbirlərin həyata keçirilməsinə hərtərəfli şərait yaradıb. Hökumət tərəfindən bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub.
Göründüyü kimi, Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər, dövlət siyasəti bir çox ölkələr üçün nümunə hesab oluna bilər.
Zahid İLHAMOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

