/ / Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
28.01.2020 [10:16]
Türkiyənin zəlzələ baş verən bölgələrindən təxliyə edilən 102 azərbaycanlı tələbə və bir uşaq yanvarın 26-da səhər saatlarından etibarən 3 avtobusla Naxçıvana gətirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, vətəndaşlarımız Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıb və 15:30-da təyyarə ilə Naxçıvandan Bakıya yola salınıb.
Təxliyə olunanlardan Malatyada təhsil alan Fuad Həsənov bildirib ki, zəlzələdən sonra digərləri kimi, o da yaşadığı yeri tərk edib. Azərbaycana qayıtmaq istəsə də buna maddi imkanı olmayıb. Lakin sonradan Türkiyədəki səfirliyimizdən tələbələrə zəng edilərək bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, onlar heç bir vəsait ödəmədən avtobuslarla Naxçıvana aparılacaq, buradan isə Bakıya yola salınacaqlar. O deyib: “Bizim tələbələrimiz arasında pasportları itən və ya dağıntılar altında qalanları da olub. Oradakı konsulluğumuz bunu nəzərə alıb və həmin tələbələr lazımi sənədlərlə təmin ediliblər. Bizə bu şəraiti yaradan, bizi xilas edən Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.
Malatyada təhsil alan digər tələbə Mələkxanım Alıyeva da dövlətimizin başçısına minnətdarlığını bildirib. Qeyd edib ki, zəlzələdən sonra hər kəs binalardan uzaq yerlərdə qalmağa üstünlük verib. Havaların şaxtalı keçməsi insanların çətinlik çəkməsinə yol açıb. Türkiyə dövləti və xalqı fəlakətdən zərər çəkənlərə hər cür dəstəyi göstərir. O, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının, o cümlədən tələbələrin təxliyə edilməsi barədə göstərişini sevinclə qarşıladığını vurğulayıb. Bunun dövlətimizin vətəndaşlarına verdiyi yüksək dəyərin ifadəsi olduğunu qeyd edib.
Mələkxanım Alıyeva deyib: “Dövlətimizin öz vətəndaşlarını himayəyə götürərək fəlakət bölgəsindən uzaqlaşdırması Azərbaycan Prezidentinin insanlarımıza verdiyi dəyər kimi həmişə yaddaşımızda qalacaq”.
İnönü Universitetinin tələbəsi İlham Məmmədov da tələbə yoldaşlarının fikirləri ilə tam razı olduğunu vurğulayaraq qeyd edib ki, zəlzələ hər kəs kimi onu da qorxudub. O deyib: “Belə vəziyyətlərdə insan nə edəcəyini, hara gedəcəyini bilmir. Çünki qorxu, həyəcan buna imkan vermir. Məhz belə bir vəziyyətdə Prezidentimizin bizi unutmaması, bizim təxliyə olunmamız barədə göstəriş verməsi bizə, sanki, yenidən həyat bəxş etmiş oldu. Səmimiyyətlə minnətdarlığımı bildirirəm. Dövlətimiz var olsun!”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

