/ / AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv Avrasiya ölkələri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub
AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv Avrasiya ölkələri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub
03.03.2020 [09:41]
Martın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv Avrasiya ölkələri ilə əməkdaşlıq perspektivləri” mövzusunda müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə görüşüblər.
Prezident İlham Əliyevin elm siyasətinin həyata keçirilməsində AMEA-nın rolundan danışan akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlardan ətraflı bəhs edib. Azərbaycanla Rusiya, eləcə də digər MDB ölkələrinin elmi qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edən akademik Ramiz Mehdiyev Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə elmi əməkdaşlıq perspektivlərini xüsusi vurğulayıb.
AMEA rəhbəri fundamental və təcrübi tədqiqatları və ən son texnologiyaların tətbiqi ilə uğurlu inteqrasiyanı özündə birləşdirən dünyaca məşhur elmi mərkəzlə əməkdaşlığın əhəmiyyətini bildirib, bugünkü görüşün elmi əlaqələrimizi daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib.
Sonra Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini, akademik Qriqori Trubnikov son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı elmi əlaqələrin əhəmiyyətli dərəcədə artdığını bildirib. Rusiya-Azərbaycan elmi əməkdaşlıq münasibətlərini yüksək dəyərləndirən nazir müavini son illər Rusiyada bir sıra elmi istiqamətlər üzrə həyata keçirilən layihələr barədə danışıb.
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev və Qazaxıstan Respublikasının BNTİ-nin səlahiyyətli nümayəndəsi, müxbir üzv Erqazi Kenjin əməkdaşlıq perspektivləri barədə söz açıblar.
Sonra “Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) üzv Avrasiya ölkələri ilə əməkdaşlıq perspektivləri” mövzusunda müşavirə keçirilib.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq Azərbaycanla Rusiya arasındakı elmi əlaqələri yüksək qiymətləndirib. Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin birinci müavini, akademik Qriqori Trubnikov ölkələrimiz arasında qarşılıqlı elmi əməkdaşlığın perspektivlərindən söz açıb, AMEA-da keçirilən tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək müştərək elmi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini önə çəkib.
Müşavirədə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Qazaxıstanın BNTİ-dəki səlahiyyətli nümayəndəsi, müxbir üzv Erqazi Kenjin, akademik Adil Qəribov, özbəkistanlı nümayəndə Ənvər İnoyatov, BNTİ-nin Maliyyə-iqtisad idarəsinin rəis müavini, fizika-riyaziyyat elmləri doktoru Mixail Vasilyev və başqaları məruzələrlə çıxış ediblər.
Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Sonda Azərbaycan Milli Elmlər Akademiyası ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Görüşdə AMEA Rəyasət Heyətinin üzvləri, ali təhsil müəssisələrinin rektorları, bir sıra ölkələrin səfirləri, xarici ölkələrin səlahiyyətli nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

