Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycanın koronavirusa qarşı mübarizə təcrübəsi dünya miqyasında yüksək qiymətləndirilir”

“Azərbaycanın koronavirusa qarşı mübarizə təcrübəsi dünya miqyasında yüksək qiymətləndirilir”

19.05.2020 [12:27]

“Cənab Prezidentim, bu minnətdarlıq məktubunu Sizə yazmağı özümə borc bilirəm. Sizin rəhbərliyiniz ilə başlanmış hüquqi, institusional və kadr islahatları 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Aparılan islahatların əsas istiqamətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir”. Bu sözlər Nəsimi rayonundan təhsil işçisi Nərgiz Əliyevanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunda əksini tapıb. 
müəllifi ölkəmizdə rüşvətxorluq, korrupsiya kimi neqativ əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan bəzi vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun hüquqi tədbirlərin görülməsinin, onların qanunun tələbləri əsasında cəzəlandırılmalarının, bu istiqamətdə atılmış addımların əhəmiyyətindən söz açıb.  
Məktubunda dünyanı bürümüş koronovirus (COVİD-19) pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması, dövlətimizin bu bəlanın öhdəsindən minimum itkilərlə gəlməsi məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də bəhs edən Nərgiz Əliyeva Azərbaycanın koronavirusa qarşı mübarizə təcrübəsinin nümunəvi xarakter daşıdığını və dünya miqyasında yüksək qiymətləndirildiyini qeyd edib. 
Məktub müəllifi daha sonra Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında görülmüş işlərin önəmindən, xüsusi karantin rejimi günlərində Nazirlər Kabinetinin nəzdində yaradılmış Operativ Qərargahın səmərəli fəaliyyətindən bəhs edib: “Bu ağır və şərəfli yolda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Prezidentimizlə çiyin-çiyinə, yorulmadan xalqa xidmət etməkdə davam edir. Görülən tədbirlər sırasında COVİD-19-la mübarizə məqsədilə qısa bir zamanda modul tipli xəstəxana, klinika və bir sıra müəssisələrin istifadəyə verilməsini xüsusi qeyd etmək olar. Həmişəki kimi bu çətin və şərəfli işdə Heydər Əliyev Fondu da öz dəstəyini əsirgəməmişdir”. 
Məktub “Mən sevinirəm ki, dünyanın siyasi xadimləri arasında xüsusi nüfuza malik Prezidentim var. Sizə və ailənizə möhkəm cansağlığı arzulayıram” sözləri ilə tamamlanıb.
Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30