/ / “Cənab Prezident, inanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycanımız qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq”
“Cənab Prezident, inanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycanımız qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq”
20.05.2020 [22:03]
"Möhtərəm cənab Prezident! Sizin Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artırılması, Azərbaycan mədəniyyətinin inkişafı və dünya arenasında tanıdılması, Azərbaycan xalqının sağlamlığının qorunması, həyat səviyyəsinin durmadan yaxşılaşması, insanların firavan yaşaması naminə titanik fəaliyyətiniz, sözün əsl mənasında, heyranlıq doğurur". Bu fikirlər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor, Əməkdar jurnalist Qafar Cəbiyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubunda yer alıb.
Məktubda daha sonra qeyd edilib: "Siz Azərbaycan xalqı və Azərbaycan dövləti üçün, bu günümüz və gələcəyimiz üçün nə lazımdırsa, ən yaxşısını, ən faydalasını edirsiniz. Sizin Azərbaycan Respublikasının Prezidenti olduğunuz 15 il ərzində gördüyünüz heyrətamiz işlər barədə hələ 2018-ci ildə yazmış olduğum portret-oçerki o zaman nə yaxşı ki, «Qurucu Prezident» başlığı altında dərc etdirdim (Xalq qəzeti, 25 iyul, 2018-ci il). Bəli, həyat göstərdi və bu gün də göstərməkdədir ki, Siz həqiqətən Azərbaycanın qurucu Prezidenti oldunuz və tarixdə də elə məhz bu adla xatırlanacaqsınız. Ona görə ki, çoxşaxəli fəaliyyətinizin əsas qayəsi məhz böyük quruculuq missiyasından ibarətdir. Siz yeddi ay öncə, daha doğrusu, 22 oktyabr 2019-cu il tarixdə «Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında» sərəncam imzaladınız. Bu, Ağsu rayonunun timsalında tarixi-mədəni irsin qorunaraq yaşadılmasına, bu yerlərin cəlbedici turizm məkanına çevrilməsinə xidmət edən tarixi bir qərar oldu. İnanın səmimiyyətimə, arxeoloq alim üçün onun tədqiq etdiyi hər hansı bir obyektin Dövlət Qoruğu elan edilməsindən böyük, bəlkə də başqa mükafat ola bilməz. Sonsuz minnətdarlıq hissilə deməliyəm ki, Orta əsr Ağsu şəhərinin Dövlət Qoruğu elan olunması Mustafa xanın hakimiyyəti dövründə Şirvanın paytaxt şəhərinə çevrilən, Rusiya və İran ordu birləşmələrinin aramsız hücumlarına mərdliklə sinə gərən bir Azərbaycan şəhərini arxeoloji cəhətdən tədqiq edərək üzə çıxarmış olan elmi heyətin rəhbəri kimi mənim həyatımın ən əlamətdar hadisələrindən biri oldu.
Zati aliləri! 18 may 2020-ci il tarixdə Siz Ağsu rayonu ilə bağlı daha bir tarixi sərəncam imzalamısınız. «Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» olan həmin sərəncama əsasən rayon ərazisindəki «Qazanarx kanalının yenidən qurulması» nəzərdə tutulur. Bu kanalın bərpası Cənubi Şirvan düzünün, daha dəqiq desək ki, Ağsu rayonunun Gəgəli, Bico, Qəşəd, Ləngəbiz, Kesdiməz, Şamaxı rayonunun Bağırlı, Ovçulu və Çöl Göylər kəndlərini əhatə edən minlərlə hektar əkin və biçənək sahələrinin suvarılmasına təminat deməkdir. Tarixçi alim olaraq onu da deməliyəm ki, Qazanarx kanalının bərpasının həm də çox mühüm tarixi əhəmiyyəti vardır. Tarixdən məlumdur ki, Qazanarx Elxani hökmdarı Qazan xanın (1271-1304) hakimiyyəti dövründə çəkilib və onun şərəfinə də adlandırılıb. Xatırladaq ki, Qazan xanın hakimiyyəti dövründə ölkənin idarə olunmasını təkmilləşdirmək məqsədilə bir sıra çox ciddi islahatlar aparılıb. Qazan xanın həyata keçirmiş olduğu Torpaq islahatı çərçivəsində görülən ən mühüm işlərdən birisi sahibsiz torpaqların və becərilməyən torpaqların dövlət torpaqlarına qatılması və ya yeni sahibkarlara verilərək onların mülkiyyət hüquqlarının rəsmiləşdirilməsindən ibarət olub. Bütün bu tədbirlər onu deməyə əsas verir ki, Elxani hökmdarının hakimiyyəti illərində Azərbaycanda torpaqların becərilməsi və onların məhsuldarlığının yüksəldilməsi məsələsinə xüsusi önəm verilib. Elə tarixə Qazanarxı kimi düşən Qazanarx kanalı da XIII əsrin sonu – XIV əsrin əvvəlində məhz bu məqsədlə inşa olunub. XIV əsrin ortalarında isə Qazanarx kanalından ayrılan və daha çox Qarasov düzü əkin sahələrinin suvarılmasına xidmət edən Ömərlaici kanalı çəkilib. Beləliklə, Qazanarx və Ömərlaici kanalları Orta əsrlərdə Azərbaycan ərazisində əkinçilik mədəniyyətinin inkişafına xidmət edən mükəmməl suvarma sistemləri şəbəkəsinin olduğundan xəbər verir. Bütün bunlar isə onu deməyə əsas verir ki, cənab Prezident, Sizin Qazanarx kanalının bərpası ilə bağlı imzalamış olduğunuz sərəncam həm də çox mühüm tarixi əhəmiyyət kəsb edir. Əmin olmaq istərdim ki, Qazanarx kanalının bərpa layihəsi həyata keçirilərkən bu qurğunun Azərbaycanın Orta əsr tarixini özündə yaşadan önəmli bir abidə olduğu nəzərdən yayınmayacaqdır. Yəni, Qazanarx kanalı sadəcə sırf təsərrüfat təyinatlı bir su qurğusu kimi deyil, həm də tariximizdə xüsusi yeri olan olduqca mühüm əhəmiyyətli tarixi-mədəni miras olaraq bərpa ediləcəkdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Qədim İpək Yolu üzərində olan mühüm xalq təsərrüfat əhəmiyyətli bu möhtəşəm tarixi qurğunun bərpa olunaraq işlək vəziyyətə gətirilməsi turistik baxımından da olduqca aktual bir işdir. Diqqətəlayiq haldır ki, hazırda cənab Prezident məhz Sizin tapşırığınız əsasında Ağsu dolaylarında da böyük quruculuq və yenidənqurma işləri görülməkdədir. Düşünürəm ki, fürsət yarandıqca tədricən Qazanarx kanalı keçən ərazilərdəki arxeoloji və memarlıq abidələrinin tədqiqi və konservasiyası da bütövlükdə Ağsu rayonunu lap yaxın gələcəkdə olduqca cəlbedici turizm regionuna çevrilməsi ilə nəticələnəcəkdir.
Bütün bunlara görə, cənab Prezident Sizə dərin minnətdarlığımı və xoş arzularımı bildirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz, təşəbbüsünüz və hərtərəfli dəstəyinizlə doğma Azərbaycanımız qarşıdakı illərdə daha böyük uğurlara imza atacaqdır. Ulu Tanrı özü bu yolda Sizə yardımçı olsun!".
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

