COVID-19-la bağlı 26-40 yaşarası olan insanlar daha çox psixoloji dəstəyə ehtiyac duyur
13.08.2020 [08:26]
“COVID-19 pandemiyası zamanı insanların, xüsusilə də əhalinin əsas risk qruplarının psixi sağlamlığının qorunması üçün karantin şəraitində yaşam” adlı onlayn Beynəlxalq Konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə, Gürcüstan, Sloveniya və digər ölkələrin mütəxəssislərinin, eləcə də Qızıl Aypara və Qızıl Xaç Cəmiyyətinin fərqli ölkələr üzrə nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və səhiyyə sahəsində Beynəlxalq proqramlar üzrə ölkə əlaqələndirmə Komissiyasının dəstəyi ilə reallaşıb.
Sloveniyadan səhiyyə üzrə mütəxəssis Ciril Klajnscek, Gürcüstandan psixi Qızıl Xaç Cəmiyyətinin Psixi sağlamlıq üzrə koordinatoru Nino Siradze əhalinin əsas risk qruplarının psixi sağlamlığının qorunması istiqamətində dünya təcrübəsini bölüşüblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) psixoloji dəstək qrupunun əlaqələndiricisi Nərmin Osmanlı COVID-19 pandemiyası dövründə əhalinin və tibb işçilərinin psixi sağlamlığı və göstərilən psixoloji dəstək xidmətləri” mövzusunda danışıb. O, TƏBİB-in təşəbbüsü ilə karantin rejiminin ilk dövrlərində psixoloji dəstək komandasının yaradıldığını və Türkiyənin təcrübəsindən faydalanaraq könüllü psixoloqların iştirakı ilə beş gün ərzində təlimlərə başladıqlarını bildirib.
Konfransda ilk psixoloji yardım, stres modelləri, böhran hallarında detallı çalışmalar, onlayn dəstək xidməti, etik prinsiplər, öhdəliklər də müzakirə olunub. Vebinar boyunca TƏBİB-in dəstəyi ilə pandemiya ilə mübarizəni əks etdirən 10-a yaxın fərqli mövzuda videoçarx təqdim olunub. Bura COVID-19 pandemiyası və sosial izolyasiya tədbirlərinin psixi sağlamlığa təsiri, pandemiya dövründə yaşlılara yanaşma tərzi, psixoloji sağlamlıq kimi mövzular daxildir.
Tibb işçiləri üçün psixoloji dəstəyin təmin edildiyi istiqamətində reallaşan layihə barədə də məlumat verilib. Eləcə də 15-42 psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi də diqqətə çatdırılıb. Psixoloji dəstək xəttinə müraciətlərin statistikası barədə qeyd edilib ki, paytaxt Bakı ilə yanaşı Gəncə, Şəmkir, Şəki, Sumqayıt, Ucar, Bərdə, Gədəbəy, Xaçmaz kimi bölgələrdən də müraciətlər daxil olur. Ən çox 26-40 yaşarası müraciət edənlər ilk yerdədir, daha sonra 41-65 yaşarası olanlar müraciət edir. Ən çox əsəb və gərginliklə, daha sonra təşviş və həyəcan yaşayanlar müraciət edənlər arasında çoxluq təşkil edir.
Ailədaxili münasibətlərlə bağlı problemlər, depressiyadan əziyyət çəkənlər də müraciət edənlər sırasındadır. Pandemiya ilə bağlı aparılan araşdırmalarda o da məlum olub ki, qadınlar kişilərə nisbətən daha yüksək təşviş və həyəcan yaşayırlar.
Tədbirin sonunda gələcəkdə görüləcək işlər barədə təkliflər səslənib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46

