Qrant müsabiqəsinin qalibləri olan QHT-lərlə onlayn görüş keçirilib
19.08.2020 [09:19]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirilən qrant müsabiqəsinə öncədən nəzərdə tutulduğundan daha artıq vəsait ayırmasının QHT-lərin bu sahədəki fəaliyyətinə xüsusi önəm verməsinin göstəricisi olduğunu bildirib.
Şura sədri, deputat Azay Quliyev Şuranın 2020-ci il ikinci qrant müsabiqəsinin tərəfdaş qurumlarından birinin də Diasporla İş üzrə Dövlət Komitəsi olduğunu deyərək bu əməkdaşlıqda əsas məqsədin QHT-lərlə hökumət qurumları arasında münasibətləri yeni keyfiyyət mərhələsinə çatdırmaq, ictimai nəzarəti gücləndirmək və dövlət vəsaitinin daha şəffaf və səmərəli istifadə olunması məqsədi daşıdığını vurğulayıb. Azay Quliyev bildirib ki, birgə qrant müsabiqəsində vəsaiti Şura ayırsa da, QHT layihələrinin icrasının effektivliyini artırmaq üçün mərkəzi icra qurumları və digər əlaqəli tərəfdaşların da potensialından yararlanmaq vacibdir. A.Quliyev son illərdə Azərbaycan diasporunun fəaliyyətinin yenidən və köklü şəkildə qurulduğunu deyib: “Xüsusilə Ermənistanın 12 iyuldan başlayaraq Tovuza etdiyi son hərbi təcavüzü zamanı Azərbaycanın diaspor təşkilatları dünyanın müxtəlif şəhərlərində mütəşəkkil aksiyalar keçirdilər, ermənilərlə üz-üzə gəldilər və onları üstələdilər. İndiyədək mövcud olan dövlət-vətəndaş birliyinə həm də diaspor birliyi qoşuldu. Bu gün dünyada güclü, beynəlxalq nüfuzu artan Azərbaycan dövləti var. Bu cəhətdən QHT-lərin də, diaspor qurumlarının da fəaliyyəti dövlətin milli maraqlarımızın qorunması istiqamətindəki siyasətinə adekvat olmalıdır. Hesab edirəm ki, həm Şuranın, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin məqsədi eynidir. Dövlətimizə, millətimizə xidmət etmək, qarşımızdakı dövlət vəzifələrini uğurla icra etmək, ölkə başçısının etimadını doğrultmaq”.
Azay Quliyev Tovuza son hücumu zamanı Azərbaycan əleyhinə olan bütün qüvvələrin vahid şəbəkə halında fəaliyyət göstərdiyini bildirib. Şuranın Qarabağla bağlı maliyyələşdirdiyi layihələrin 5-ci kalonun xüsusi hədəfində olduğunu qeyd edən Azay Quliyev belə xəyanətkarları geniş ictimaiyyətin, o cümlədən QHT və diaspor fəallarının ifşa etdiyini deyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın hər zaman birgə və səmərəli əməkdaşlığın təşəbbüskarı olduğunu bildirib. Komitə sədri Şuranın yaratdığı şəffaf idarəçilik sisteminin layihələrin qiymətləndirilməsi zamanı hər hansı subyektivliyi istisna etdiyini deyib. Şuranın indiyədək göstərdiyi fəaliyyətlə dövlətin QHT-lərə effektiv və nümunəvi dəstək mexanizmi modeli yaratdığını bildirən Fuad Muradov ictimai təşkilatların cəmiyyətin həyatında, milli maraqların qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Komitənin 2019-2024-cü illər üzrə yol xəritəsinin qəbul olunduğunu deyən Fuad Muradov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diaspor fəaliyyətinin gücləndirilməsini xüsusi diqqətdə saxladığını bildirib: “Bu gün Azərbaycan diasporunun 25 ölkəni əhatə edən 12 koordinasiya şurası fəaliyyət göstərir. Ermənistanın Tovuza son hücumundan sonra diaspor təşkilatlarımız dünyanın 39 ölkəsində 72 böyük aksiya keçiriblər. Bu tədbirlərdə 20 min şəxs iştirak edib. Birmənalı şəkildə bildirmək istəyirəm ki, Ermənistan diasporu fəaliyyətini əsasən təhdid, güc və terror yolu ilə qurur. Buna baxmayaraq Diaspor Komitəsi üzərinə düşən mühüm vəzifənin üzərindən əzmlə gəlməkdədir. Sevindiricidir ki, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, anti-Azərbaycan dairələrin ifşa olunmasında diaspor təşkilatlarımız böyük fəallıq nümayiş etdirirlər”.
Komitə sədri QHT-lərə ölkə daxilində və xaricdə təşkilati-texniki dəstək verəcəklərini və onlarla əməkdaşlıqda maraqlı olduqlarını deyib.
QHT rəhbəri Ramil İsgəndərli, Tailət Əliyev, Tahir Əmiraslanov, Xoşbəxt Səidova, Aqil Camal, Yusif Bəkirov, Toğrul Allahverdi, Nüşabə Məmmədova, Tofiq Əlizadə, Nadir İsmayılov, Xanlar Məmmədov, Samir Adıgözəlli və Vüsal Məmmədov çıxış edərək layihələri barədə məlumat veriblər. QHT rəhbərləri müqavilə öhdəliklərinə məsuliyyətlə əməl edəcəklərini və layihələrin icrasını səmərəli şəkildə həyata keçirəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Dünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35

