Xüsusi karantin rejiminin yumşaldılmasından sonra yoluxma hallarında artım qaçılmaz ola bilər
18.09.2020 [09:13]
Ekspertlərin fikrincə, payız-qış mövsümündə respirator xəstəliklərlə paralel olaraq COVID-19-a yoluxmanın sayının yenidən artması ehtimal edilir
Məlum olduğu kimi, payızda dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar artıq özünü doğrultmaqdadır. Belə ki, hətta indiyə qədər yoluxmanın az olduğu ölkələrdə belə statistik rəqəmlər artır və bu da həmin dövlətlərin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni sərt tədbirlər görməsinə yol açır. Bu vəziyyəti nəzərə alan bir sıra tibbi ekspertlər bildirirlər ki, ölkəmizdə də Nazirlər Kabinetinin yenidən bir sıra yumşalmalarla bağlı verdiyi qərar arxayınlıq yaratmamalıdır. Vətəndaşlar sanitar-gigiyenik qaydalara daha çox riayət etməlidir. Əks halda, payız-qış mövsümündə respirator xəstəliklərlə paralel olaraq COVID-19-a yoluxmanın sayında yenidən artım ola bilər. Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Sevinc Hüseynovanın sözlərinə görə, xarici ölkələrin təcrübəsi göstərir ki, tətbiq olunan yumşalmalar koronavirus infeksiyasına yoluxma hallarının artmasına səbəb olur: “Tibbi ekspertlərin proqnozlaşdırdığı kimi, sentyabr ayından bir çox ölkələrdə koronavirusa yoluxanların sayında kəskin artım başlayıb. Məsələn, Gürcüstanda pandemiyanın “ikinci dalğası” elan olunub. İsraildə COVİD-19-a yoluxmada rekord rəqəmlər qeydə alınıb. Hökumət 3 həftəlik sərt karantin elan edib. Avstriyada da pandemiyanın “ikinci dalğa”sının başladığını rəsmən bəyan edilib. Bundan əlavə, Çexiya, Türkiyə, Rusiya və digər ölkələrdə yoluxma hallarının artması yeni məhdudiyyətlərin tətbiqini qaçılmaz edib”.
S.Hüseynova deyib ki, COVID-19-la bağlı dünya statistikasına nəzər yetirəndə ölkəmizdə əldə edilmiş nəticələrin qənaətbəxş olduğunu görürük: “Azərbaycanda son iki ayda müşahidə edilən müsbət dinamika karantin rejiminin yumşaldılmasını və bəzi məhdudiyyətlərin aradan qaldırılmasını şərtləndirib. Amma yumşalma addımları elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Məhz bu səbəbdən sentyabrın 30-dək bəzi regionlarda xüsusi karantin rejimi dövründə tətbiq olunan müəyyən məhdudiyyətlər hələ də qüvvədə saxlanılır”.
Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Paşayeva ölkəmizdə indiki durumda koronavirusa qarşı mübarizədə əldə edilən nəticələri müsbət qiymətləndirib: “Ölkəmizdə elə ilk günlərdən başlayaraq virusla mübarizədə ciddi addımlar atıldı. Həmişə olduğu kimi, dövlətimiz üçün insan amili, vətəndaşın sağlamlığı yenə hər şeydən öndə oldu. Prezident İlham Əliyevin vaxtında aldığı qərarlar, xüsusi karantin rejiminin tətbiqi və digər tədbirlər başqa ölkələrlə müqayisədə bizdə kütləvi insan tələfatının qarşısını aldı”.
Xüsusi karantin rejiminin yumşaldılması yönündə atılan addımlardan sonra payız aylarında ölkəmizdə yoluxma hallarında artım ehtimalına münasibət bildirən T.Paşayeva deyib ki, SOVID-19 hələ də dünya üçün təhlükə olaraq qalır: “Payızın gəlişi ilə dünyanın bir çox ölkələrində yoluxma sayı artmaqdadır. Xüsusən sentyabr-oktyabr aylarında infeksion xəstəliklər artır. Bunu da nəzərə alaraq, hesab edirəm ki, virusa yoluxma sayı yenidən arta bilər. Xüsusi karantin rejiminin yumşaldılmasının müsbət tərəfləri olduğu kimi, mənfi yönləri də var. İş yerlərinin fəaliyyətə başlaması, məktəblərin açılması kütləvi insan təmasları deməkdir”.
“Dövlətimiz təbii ki, mövcud vəziyyəti stabil saxlamaq üçün bütün önləmləri alır, görülən tədbirlər barədə KİV-dən yetərincə məlumat alırıq və bu insanlarda yetəri qədər inam yaradır. İndi daha diqqətli olmalıyıq. Belə ki, fəsil dəyişikliyi insanlara təsirsiz ötüşmür. lk növbədə tibbi-profilaktik qaydalara, şəxsi gigiyenaya riayət edilməlidir. Karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün vətəndaşlardan qoyulan qaydalara ciddi əməl olunması tələb edilir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11

