Rumıniya səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub
12.03.2021 [09:11]
Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Komitə sədri iki ölkə arasında Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən başlanan əlaqələrin bütün sahələrdə uğurla davam etdiyini, Ermənistanın təcavüzkarlığına qarşı Azərbaycanın haqlı mövqeyinin Rumıniya tərəfindən müdafiə olunduğunu qeyd edib.
Ölkəmizdəki dini mühit barədə danışan DQİDK sədri Azərbaycanda hökm sürən tolerant və multikultural mühitin qorunub-saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətin qarşısına qoyduğu məqsədlərdən birinin bu mühiti qoruyub-saxlamaq və təşviq etmək olduğunu vurğulayan Komitə sədri ölkədə güclü tolerantlıq ənənələrinin tarixən mövcud olduğunu, Azərbaycanın dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bildirilib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 963 dini icmanın 37-si qeyri-islam təmayüllüdür və ölkəmizdə dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi dəyərlərini, mədəniyyətini, dilini və tarixi nailiyyətlərini qoruyub-saxlamaq imkanına malikdir.
Azərbaycanın tarixi ədaləti bərpa edərək ötən il 44 gün davam edən Vətən müharibəsində əzəli və əbədi torpaqlarını erməni işğalından azad etdiyini vurğulayan Komitə sədri Qarabağda və ətraf rayonlarda artıq quruculuq işlərinə başlanıldığını, erməni vandalizminə məruz qalmış maddi-mədəni, dini irs nümunələrimizin bərpası istiqamətində layihələrin həyata keçirildiyini bildirib.
Fəaliyyət müddətinin başa çatdığını qeyd edən Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku ötən dövr ərzində ölkəmizin bir çox - TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu və s. bu kimi mühüm beynəlxalq layihələri reallaşdırmasını, mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafına yönəlik tədbirlərə ev sahibliyi etməsini xüsusi vurğulayıb. Ötən il isə Azərbaycanın ən böyük uğura imza ataraq torpaqlarını işğaldan azad etməsinin mühüm hadisə olduğunu bildirib. Ölkələrimizin tolerant və multikultural dəyərlərə verdiyi önəm baxımından oxşar olduğunu bildirən səfir bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüş zamanı, eyni zamanda dini sahədə əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59

