/ / Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir
Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir
18.07.2021 [09:44]
Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin mühüm prioritetlərindəndir. İstər Birinci Qarabağ müharibəsindən, istərsə də Vətən müharibəsindən sonra şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət dəstəyi müxtəlif istiqamətləri əhatə etməkdədir. Şəhid ailələri, o cümlədən müharibədə sağlamlıqlarını itirmiş şəxslərin mənzil şəraitinin yaxılaşdırılması, onların avtomobillərlə təmin edilməsi, eləcə də bu kateqoriyadan olan şəxslərə verilən müavinət və pensiyaların davamlı artırılması bu baxımdan xüsusi qeyd edilməlidir. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin, bütün qruplar üzrə müharibə əlillərinin, eləcə də Milli Qəhrəmanlarımızın təqaüdləri artırılıb, “Vətən Müharibəsi Qəhrəmanı”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, ölkəmizdə həm şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, həm də müharibə əlillərinin reabilitasiyası istiqamətində ardıcıl tədbirlər görülür. Millət vəkili qeyd edib ki, bu sahədə şəhid ailələrinin və qazilərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutur: “Qeyd edim ki, 1997-ci ildən bu günə kimi 10 mindən çox, o cümlədən 2020-ci ildə 1572, 2021-ci ildə 850 mənzil bu kateqoriyadan olan insanlara verilib. Eləcə də 2021-2025-ci illərdə nəzərdə tutulan mənzil-ev təminatı 11 minədəkdir. Təbii ki, görülən işlər yalnız bununla bitmir. Ölkə başçısının bu ilin yanvarında imzaladığı Sərəncama əsasən, yeni proqramlar təsdiq edilib. Proqrama əsasən, şəhid ailələrinə və müharibə əlillərinə 2021-ci ildə verilməsi nəzərdə tutulan 3000-dək mənzilin 2500-ü Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Samux rayonlarında tikilmiş yaşayış komplekslərində, 500 fərdi ev isə digər rayonlarda olacaq. Yeri gəlmişkən, iyulun 14-də Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Nəticə etibarilə, həyata keçirilən tədbirlər ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rifahı və mənafeyinin dayandığını bir daha təsdiqləyir”.
Milli Məclisin deputatı Anar Məmmədov da Vətən uğurunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və sağlamlıqlarını itirmiş qazilərimizin sosial müdafiəsinin təmin edilməsinin, onların rifahının yüksəldilməsinin və problemlərinin həllinin dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil etdiyini deyib. Millət vəkilinin sözlərinə görə, bu istiqamətdə bir çox sosial proqramlar həyata keçirilib və keçirilməkdədir. İyulun 14-də Prezident İlham Əliyevin iştirakı ilə Binəqədi rayonu Xocasən qəsəbəsində 810 mənzilin, eləcə də avtomobillərin şəhid ailələrinə və qazilərə təqdim edilməsini dövlətimizin bu kateqoriyadan olan insanlara diqqət və qayğısının təzahüru kimi dəyərləndirən A.Məmmədov onu da əlavə edib ki, ölkəmizdə ötən ilin dekabrından müharibə əlillərinin yüksəktexnologiyalı protezlərlə təminatı işləri də yüksək səviyyədə təşkil edilib: “Vurğulanmalıdır ki, dövlətimiz tərəfindən indiyədək 7200-dən çox əlilliyi olan şəxsə avtomobil verilib. O cümlədən 2019-cu ildə 600, 2020-ci ildə 400 avtomobil müharibədə sağlamlıqlarını itirmiş insanlara hədiyyə olunub. 2021-ci ildə isə 150 avtomobilin verilməsi nəzərdə tutulur. Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra istər şəhid ailələrinin, istərsə də müharibə əlillərinin sosial müdafiəsi ilə əlaqədar mühüm sosial dəstək layihələri reallaşdırılır. Ümumilikdə, sosial dəstək tədbirləri 24 000 şəxsi əhatə edir. Bundan başqa, 8 400 nəfərə 16 000 sosial ödəniş həyata keçirilib. 7 401 şəhid hərbi qulluqçunun ailə üzvlərinə 14 014 sosial ödəniş, 206 mülki şəhidin ailə üzvlərinə 400 sosial ödəniş, 836 müharibə əlilinə 836 sosial ödəniş edilib. Adıçəkilən kateqoriyadan olan insanların 5 096 nəfəri özünüməşğulluğa cəlb edilib. Ümumilikdə, atılan bu addımlar bir daha onu göstərir ki, dövlətimiz üçün vətəndaşların sosial problemlərinin həlli ilk sırada qərarlaşıb”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10

