Peyvənd olunan şəxs virus infeksiyasına yoluxarsa, bu zaman pnevmoniya yaranma ehtimalı az olur
19.08.2021 [09:49]
Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayının sürətlə artdığı müşahidə edilir. Mütəxəssislərin fikrincə, vətəndaşların istirahət üçün xarici ölkələrə üz tutmaları və sosial məsafəni qorumamaları COVID-19-un yenidən sürətlə yayılmasına səbəb olur. Yoluxmanı artıran səbəblərdən biri də qapalı məkanlarda tibbi maskadan istifadə edilməməsi və peyvəndləməyə meyilin azalmasıdır.
Məsələ ilə bağlı açıqlama verən Bakıdakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanası Uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova bildirib ki, peyvənd edilənin yoluxduruculuq qabiliyyəti də azalır: “Koronavirus infeksiyasının yoluxma sayındakı sürətli artım təkcə ölkəmizdə deyil, bir çox region ölkələrində də müşahidə olunur. Bu, ilk növbədə, yay mövsümü zamanı qohum və yaxınların bir-biri ilə görüşü, uşaqların yay tətili ilə əlaqədardır. Yumşalma zamanı təşkil olunan məclislərin də buna təsiri var. Təəssüf ki, belə tədbir və mərasimlər zamanı iştirakçılar sosial məsafəyə əməl edilməsi tələbini gözləmirlər. Halbuki, virus infeksiyası üçün sosial məsafənin gözlənilməsi və mərasim zallarında havalandırmanın düzgün qurulması ən vacib şərtlərdən biridir. Koronavirus daim mutasiyaya uğrayır. İndiyə qədər də həmin infeksiyanın yeni ştamları müşahidə olunub. Hazırda daha çox yayılan “delta” ştamının sürətli yoluxduruculuq qabiliyyəti var. ABŞ nəşri olan jurnalda dərc olunan bir məqalədə göstərilir ki, peyvənd olunan şəxs virus infeksiyasına yoluxarsa, bu zaman onun ağciyərlərində pnevmoniya yaranma ehtimalı az olur”.
Pediatr-infeksionist onu da vurğulayıb ki, virusun müxtəlif ştamları dolaşır. Vaxtında peyvənd olunanlar özünü, ailəsini və cəmiyyəti qorumuş olur. Nəzərə almaq lazımdır ki, peyvənd edilənin yoluxduruculuq qabiliyyəti də azalır: “Peyvənd olunan virusa yoluxsa, xəstəliyi kliniki olaraq yüngül keçirir, xəstəlik yüksək hərarət olmadan, üst tənəffüs yolu infeksiyası kimi yüngülvarı boğaz və baş ağrıları kliniki əlamətlərlə ötüşür və pnevmoniya yaranma riski olmur. Bu, çox əhəmiyyətli məsələdir, çünki xəstəni reanimasyon vəziyyətə sala biləcək hallar baş vermir. Peyvənd olunmaq, xüsusilə xroniki xəstəliyi olanların həyatını xilas edir”.
MÜŞFiQƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

