Şagirdlər məktəbə niyə at arabası ilə gedir?
14.10.2021 [10:12]
Problem millət vəkilinin nəzarətindədir
Saatlı rayonunun Qara Nuru kəndində şagirdlərin at arabası ilə məktəbə getməsinə dair yerli mediada, sosial şəbəkələrdə videogörüntülərin yayılması geniş müzakirələrə səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri sosial şəbəkələr vasitəsilə bu vəziyyəti tənqid edir, məktəblilərin belə çətin durumunu qəbulolunmaz sayırlar.
Günah yağan yağışdadır, yoxsa...
Qeyd edək ki, həmin video-görüntüdə söhbət Qara Nuru kəndində yeni yaşayış massivinin bir küçəsindən gedir. Həmin küçənin sakini olan Cəmilə Nəcəfova bildirir ki, onların yaşadıqları küçənin təmiri ilə bağlı heç bir iş görülməyib: “Övladlarımız uzaq məsafədə məktəbə getməkdə çətinlik çəkir, bəziləri isə ümumiyyətlə getmirlər. Yağış yağanda at arabası ilə uşaqları məktəbə aparırıq”. Cəmilə xanımın sözlərinə görə, bu yeni massivdə yolların vəziyyəti çox acınacaqlıdır. Bu səbəbdən də ora ictimai nəqliyyat verilmir.
Kəndin icra nümayəndəsi yolsuzluq problemini vergilərin ödənilməməsində görür
Saatlı rayonu İcra Hakimiyyəti Başçısının Qara Nuru kəndi üzrənümayəndəsi Həmid Qasımov qəzetimizə açıqlamasında bildirib ki, sözügedən yaşayış massivində təxminən 15 ailə yaşayır: “Qara Nuru Saatlı rayonunun ən böyük kəndlərindən biridir. 8 minə yaxın əhalisi olan kənddə 141 küçə var. Kənddə iki məktəb fəaliyyət göstərir. Onlardan biri natamam, digəri isə tam orta məktəbdir. Amma video-görüntüləri yayılan sakinlərin övladları isə qonşu Sarıcalar kəndindəki tam orta məktəbdə təhsil alırlar. Yollarının problemli olduğu yeni yaşayış massivi bizim kəndin tərkibində olsa da, sakinlər üçün məsafə baxımından Sarıcalar kənd tam orta məktəbi daha yaxındır. Yaşayış massivinin küçəsinin uzunluğu təxminən 1 kilometrdir. Bu yolda təmirə ehtiyac var. Biz daxili imkanlarımız hesabına öz dəstəyimizi göstərməyə çalışırıq. Amma bu işdə sakinlər də kömək etməlidirlər. Onlar bələdiyyə vergilərini versələr, küçədə müəyyən işlər apararıq. Yəni hər hansı küçədən vergi toplanan kimi yığılan vəsait hesabına bu işlər görülür. Ona görə də, yeni yaşayış massivinin sakinləri vergiləri ödəməlidirlər”.
Əvvəllər şagirdləri məktəbə aparmaq üçün avtobus ayrılmışdı...
İcra nümayəndəsi xatırladıb ki, kənd ərazi baxımdan böyük olduğuna görə sovetlər dönəmində ibtidai sinif şagirdlərininavtobusla məktəbə aparılması təmin olunurdu: “Bunun üçün sovxoz tərəfindən avtobus ayrılmışdı. İndi isə nə icra nümayəndəliyinin, nə də bələdiyyənin bu işləri həyata keçirmək üçün nəqliyyat vasitəsi yoxdur”.
Deputat məsələyə qarışdı
Saatlı rayonunu Milli Məclisdə təmsil edən millət vəkili Əziz Ələkbərli isə qəzetimizə bildirib ki, yaranmış bu problemlə əlaqədar dərhal rayon İcra Hakimiyyətinin başçısı və Qara Nuru kənd bələdiyyəsinin sədri ilə əlaqə saxlayıb: “Çünki Qara Nuru kəndinin sakinlərindən mən indiyə qədər belə bir problemlə bağlı müraciət almamışdım. Qara Nuru Saatlının ən böyük kəndidir və təbii ki, vətəndaşların narazılğı heç bir halda diqqətdən kənarda qala bilməz. Məsələni dərhal nəzarətimizə götürmüşük”. Millət vəkili hesab edir ki, problem qısa vaxtda həllini tapacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55

