Qazi Antep, Şanlı Urfa, Kahraman Maraş və əziz Şuşa
16.11.2021 [10:37]
Şəhərlərin də insanlar kimi taleyi var. Bəzilərinin qismətinə düşən yük, keçdiyi yol, verdiyi imtahan daha ağır olur.
Tarix boyu müharibələrdə düşmənə qarşı apardığı mübarizəyə görə fərqlənən, adı salnamələrə yazılan şəhərlər olub. Ötən yüzillikdən etibarən belə şəhərlərə göstərdiyi fədakarlığa görə, müxtəlif şərəf adlarının, ünvanların verilməsi ənənəsi yaranıb və bu gün də davam edir. Məsələn, qardaş Türkiyənin üç böyük şəhəri Kurtuluş Savaşında verdiyi mücadiləyə görə belə adlara layiq görülüb. 1921-ci ildə Antepə-Qazi Antep, 1973-cü ildə Maraş şəhərinə-Kahraman Maraş, 1984-cü ildə Urfa şəhərinə-Şanlı Urfa ünvanı verilib. 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhd edən silahlı qruplara qarşı apardığı mübarizəyə görə Ankaranın Kazan qəsəbəsinə də Kahraman Kazan adı verilib.
II Dünya müharibəsindən sonra Sovet İttifaqının on iki şəhərinə və bir qalasına da qəhrəman şəhər adı verilmişdi. Öz nefti ilə müharibədəki qələbədə böyük rolu olmuş Bakı isə bu mənada haqsızlığa uğradı, layiq olduğu adı qazanmadı.
44 günlük Şanlı Vətən Müharibəmizdə ürəyimiz Şuşa ilə döyündü. Onun azad edilməsi üçün elliklə dualar etdik, saatları, dəqiqələri saydıq. Dövlət başçısının Şuşanın azad edilməsi ilə bağlı çıxışını xalq olaraq bir nəfər kimi dinlədik və bu sözlər dilimizin əzbəri oldu: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. 44 günlük müharibədən sonra Şuşanın adı dövlət başçısının dediyi qaydada oturdu dilimizə - Əziz Şuşa. Uğrunda canlar fəda edilmiş, qanlar tökülmüş bu şəhərə “Əziz” ünvanı yaraşır. 2020-ci ilin sentyabr ayından biz-bütün azərbaycanlılar qarabağlıyıq, şəhid qanı tökülmüş Şuşa isə hamımız üçün Əzizdir, müqəddəsdir.
Şuşanın azad edilməsi ilə Azərbaycan tarixində yeni səhifə açıldı. Tarixin yazıldığı bu müqəddəs şəhərə “Əziz” ünvanının verilməsi həm Prezident İlham Əliyevin, həm də bu şəhər uğrunda döyüşmüş bütün əsgərlərin əməyinə sayğı, xatirə olar. Gələcək nəsillər Əziz Şuşa deyincə, bu günləri və tarixi öz əlləriylə yazan Şuşa fatehlərini sevgiylə xatırlayarlar.
İlhamə
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26

