Təhsil kreditləri: gələcəyə qoyulan sərmayə
01.12.2021 [10:20]
Azərbaycanda təhsil kreditlərinin verilməsi necə tənzimlənəcək?
Mübariz ABDULLAYEV
Bu günlərdə tələbələr xoş müjdəyə seviniblər. Bu müjdə respublikamızda təhsil tələbə kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlanılması ilə bağlıdır. Qeyd edək ki, dünyada tələbələrə təhsil kreditlərinin verilməsi təcrübəsi geniş yayılıb. Ayrı-ayrı ölkələrdə tələbələrin təhsil kreditləri ilə təminatına ötən əsrin altımışıncı illərindən başlanılıb. Hazırda dünyanın 60-dan çox ölkəsində bu təcrübədən istifadə olunur. Təbii ki, uzun illər ərzində tələbələrə təhsil kreditlərinin verilməsində ümumi qaydalar formalaşıb. Eyni zamanda, hər bir ölkə öz imkanlarından, dövlət siyasətinin prioritetlərindən və bu kimi digər amillərdən çıxış edərək tələbələrə təhsil kreditlərinin verilməsində özünün fərdi yanaşmasını da tətbiq edir. Bəs Azərbaycanda təhsil kreditlərinin verilməsi necə tənzimlənəcək?
Ölkəmiz üçün yenilik: bəs qanunvericilik bazası necədir?
Qeyd olunduğu kimi, tələbələrə təhsil kreditlərinin verilməsi ölkəmiz üçün bir yenilikdir. Buna görə də müvafiq qanunvericilik bazası hazırlanarkən dünyadakı qabaqcıl təcrübədən istifadə olunub. Müvafiq qanunvericilik bazası Prezident İlham Əliyevin 17 iyun 2021-ci il tarixində imzaladığı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana əsasən formalaşıb. Fərmanın icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” ayrıca Qərar qəbul edib. Qaydada təhsil tələbə kreditinin növləri və kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyənləşdirilib.
Kreditlərin verilməsi Fondla müvəkkil bank arasında imzalanan baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürüləcək. Tələbələrdən girov və zaminlik tələb olunmur. Təhsil tələbə kreditləri sığortalanır. Kreditin maksimal məbləğini və kredit faizlərini Fondun Himayəçilik Şurası təsdiq edəcək. Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyənləşdirilməsi və sair əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək.
Təhsilin hamı üçün əlçatanlığı təmin ediləcək
Hazırda respublikamızda bütün əyani təhsil alan tələbələrin 59,5%-i ödənişli təhsil alan tələbələrdir. O cümlədən tələbələrin bakalavriat səviyyəsi üzrə 58,5%-i, magistratura səviyyəsi üzrə 62.8%-i və subbakalavriat səviyyəsi üzrə 61%-i ödənişli təhsil alır. Tədris müəssisələrində təhsil haqqı təhsil səviyyələrindən asılı olaraq 400 - 10000 manat aralığında dəyişir.
Yeri gəlmişkən, təhsil nazirinin müavini İdris İsayev nazirlikdə baş tutan brifinqdə deyib ki, təhsil krediti tələbələr üçün geniş imkanlar açacaq və təhsilin hamı üçün əlçatanlığını təmin edəcək. Onun sözlərinə görə, kredit almaq istəyən tələbə əvvəlcə notariat qaydada kredit müqaviləsinin bağlanması ilə əlaqədar bir sıra razılıqları təsdiq etməlidir. Tələbə müvafiq prosedurları həyata keçirdikdən sonra kredit almaq üçün e-ttkf.edu.az portalına daxil olub müraciətini göndərir, təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra sistem tələbənin kredit almaq hüququnu müəyyənləşdirir. Dövlət başçısının imzaladığı Fərmanda vurğulandığı kimi, təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsil alana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.
Hansı tələbələrə təhsil kreditləri veriləcək?
Təbii ki, tələbələrin heç də hamısına təhsil kreditləri verilməyəcək. Akademik borcu olan tələbələr bu hüquqdan məhrum qalacaqlar. Çünki müraciət vaxtı son semestr üçün olan nəticələr əsas götürülür. Normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kreditlər verilməyəcək. Bəs təhsil tələbə kreditlərini almaq xoşbəxtliyi kimlərə nəsib olacaq?
Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsilinin birinci tədris ilinin ilk semestrindən etibarən standart kredit almaq hüququna malikdirlər. Bu qrupa birinci tədris ilinin ilk semestri üçün tələbə qəbulu imtahanında toplanan ümumi balının Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddən yuxarı olanlar, digər semestrlər üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar) və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər daxildirlər. Təhsil krediti göstərilən təhsil pillə və səviyyələri, eləcə də həmin pillə və səviyyələrin hər tədris semestri üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir.
Daha yaxşı oxuyanlara daha çox güzəştlər
Həm sosial, həm də standart paketlər üzrə tələbələri daha yaxşı oxumağa sövq edəcək, bütövlükdə təhsilin keyfiyyətini stimullaşdıracaq bir sıra güzəştlər də nəzərdə tutulub. Sosial kreditlər paketi üzrə ÜOMG-si 71 bal və yuxarı olan tələbəyə müvafiq tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır. Təhsil dövründə bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr təhsil müddətində aldığı tələbə kreditinin 50 faizi hissəsinin ödənişindən azad olunurlar. Standart tələbə kreditindən istifadə edənlər üçün ÜOMG-si 91 bal və yuxarı olan tələbəyə müvafiq tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır. Standart paket üzrə təhsil dövründə bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr təhsil müddətində aldığı tələbə kreditinin 25 faizi hissəsinin ödənişindən azad olunurlar.
Kreditlər nə vaxt geri qaytarılacaq?
Hamını düşündürən vacib suallardan biri də təhsil kreditlərinin geri ödənilməsi müddəti ilə bağlıdır. Bəli, kredit götürən tələbə həm də onun qaytarılması barədə düşünməlidir. Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdıraraq təhsil tələbə kreditləri üzrə aşağıdakı faizləri təsdiqləyib. Bu faizlər sosial paket üzrə illik 2%, standart paket üzrə isə illik 6%-dir. Kreditlərin təhsil, güzəşt və möhlət müddətində geri qaytarılması nəzərdə tutulub. TTK-nın geri qaytarılma müddəti tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Beləliklə, ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbələr aldıqları kreditləri 18-22 il, magistratura səviyyəsində təhsil alan tələbələr 15-18 il, subbakalavr səviyyəsinin tələbələri isə 16-19 il ərzində ödəyə biləcəklər. Tələbə təhsil illərində aldığı krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytaracaq. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur.
Bu addım Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğundur
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, respublikamızda təhsil tələbə kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlanılması Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğundur: “Məlumdur ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq “qara qızıl”ın insan kapitalına çevrilməsi siyasəti həyata keçirilir. Son illərdə ölkə üzrə müasir təhsil infrastrukturunun qurulması, rəqəmsal texnologiyaların təhsil sistemində geniş tətbiqi bu sahədə keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını şərtləndirib. Ölkəmizdə təhsilin inkişafını hədəfləyən bir neçə Dövlət Proqramının icrası yüksək səviyyədə təmin olunub. Eyni zamanda, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Hazırda bu proqram da uğurla icra edilir. Yaxın gələcəkdə tələbələrə təhsil kreditlərinin verilməsi ölkəmizdə təhsil sahəsində aparılan islahatların yeni mərhələyə yüksəldiyini təsdiqləyir”.
Onun sözlərinə görə, təhsil kreditlərinin verilməsi Azərbaycanın sosial dövlət fəlsəfəsi ilə uzlaşır: “Təhsil ölkəmiz üçün həmişə prioritet olub. Tələbələrə təhsil kreditlərinin verilməsinə başlanılması Azərbaycan dövlətinin sosial siyasətin əhatə dairəsini daha da genişləndirdiyini və təhsilə həssas yanaşma sərgilədiyini təsdiqləyir”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

