Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vətən müharibəsində yaralanmış 2500-ə yaxın hərbi qulluqçuya əlillik və müvafiq sosial ödənişlər təyin edilib

Vətən müharibəsində yaralanmış 2500-ə yaxın hərbi qulluqçuya əlillik və müvafiq sosial ödənişlər təyin edilib

25.12.2021 [14:00]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə işləri davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir.

İlk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir.

Yekun mərhələdə Agentlik əlilliyin qiymətləndirilməsini həyata keçirir.

Vətən müharibəsində yaralanmış 2500-ə yaxın hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin olunub.

Paylaş:
Baxılıb: 1068 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30