Ənənəvi iş yerləri daha lazım olmayacaq - Yeni dünyaya hazırıqmı?
21.01.2022 [23:11]
İlhamə RƏSULOVA
Hələ orta məktəbdə oxuyarkən müəllimlərimiz “gələcəkdə insan əməyini robotlar əvəz edəcək, insan əməyinə ehtiyac qalmayacaq” kimi utopiyalar danışardılar. İllərlə yolu gözlənən o romantik gələcək rəqəmsal texnologiyaların sayəsində artıq qapımıza gəlib.
Ancaq elm və texnologiyanın üstünlüklər ilə yanaşı fəsadları da var. Bu fəsadların ən böyüyü insan əməyini əvəzləyən yüksək texnologiyaların doğurduğu işsizlik problemidir. Bir sıra sənət sahəsi var ki, onlara daha ehtiyac qalmayıb, növbəti onilliklərdə isə həmin peşələr tamamilə unudulacaq. Elə sənət sahələri də var ki, onların cəmiyyətdə tətbiqi üçün peşəkar kadrlara ehtiyac olacaq, bizsə hələ buna hazır deyilik. İqtisadçı ekspert Mirzə Rəşad Bakuvi ilə yeni dünyaya keçidin bizdən nələr istədiyi barədə danışırıq.
“Əmək dünyası yeni qüvvələrin təsiri altında formalaşır. Bu da keçid müddətində hökumətlərdən qəti addımlar atılmasını tələb edir. İşgüzar həyatın keyfiyyətini yaxşılaşdırmaq, seçim fürsətlərini artırmaq, gender fərqini azaltmaq, qlobal bərabərsizliklərin ümumi gedişata vurduğu zərərləri aradan qaldırmaq kimi saysız-hesabsız məsələlər qarşımızda öz həllini gözləyir.
Bir şeyi nəzərə almalıyıq ki, bu məsələlərin çözülməsi öz-özünə baş verməyəcək. Qəti qərarlar verib addımlar atmasaq, qeyri-müəyyən bir dünyanın içinə düşmüş olacağıq. Texnoloji tərəqqi - süni intellekt, avtomatlaşdırma və robot texnologiyası sayəsində yeni iş yerləri yaranacaq, fəqət belə bir keçid dövründə ənənəvi iş yerlərini itirənlər, ola bilsin, yeni imkanlardan yararlana bilmək üçün qlobal dəyişimin tələb etdiyi transformasiyaya az hazırlıqlı olsunlar. Bu, onları tələbləri dəyişmiş dünya qarşısında əli-qolu bağlı vəziyyətdə qoyacaq.
Bir sözlə, artıq o dünyaya qədəm qoymuşuq ki, bu gün tələb olunan peşə bacarığı, vərdişləri sabahkı işlər üçün yaramaya bilər, üstəlik, yeni qazanılmış bacarıqlar tez bir zamanda köhnəlir”, - deyə ekspert qeyd edir.
Lakin vəziyyət çox ümidsiz də deyil. Yeni dünya üçün bir o qədər də “köhnəlmiş” insanlar deyilik.
Ekspertin fikrincə, iqtisadiyyatın yaşıl dəhlizlərə qədəm qoyduğu ölkələrdə, təbii olaraq, davamlı istehsal üsullarının və ekoloji təmiz texnologiyaların tətbiqi ilə milyonlarla iş yeri yaradılacaq, ancaq ölkələr karbondan asılı və resurs tutumlu sənaye sahələrindən imtina etdikcə digər iş yerləri tədricən öz cazibədarlığını itirərək sıradan çıxacaq.
“Demoqrafik proseslərdə də az əhəmiyyət daşımayan dəyişikliklər baş verməkdədir. Dünyanın bir ucunda artan gənc əhali, o biri ucunda isə qocalmaqda olan əhali əmək bazarlarına və sosial rifah sistemlərinə təbii şəkildə ciddi təzyiq göstərir. Bununla belə, yeni çağırışlar və nailiyyətlər özlüyündə yeni imkan və fürsətlərə qapı açır ki, bu da sosial qruplara münasib qiymətlər qarşılığında məhsul, xidmət, qayğı təklif etməyə, habelə inklüziv və aktiv cəmiyyətin formalaşmasına təkan verir.
Fərqliliklərin qavrandığı və qəbul olunduğu, özünü daha xoşbəxt, daha dəyərli sanan insan toplumunun formalaşdığı, bərabər şəraitin yaradıldığı, eyni zamanda, öz potensialını reallaşdırmaq istəyənlərin daha çox fürsət tapdığı bir ölkə, cəmiyyət olmağa hazırıqmı? Sualı bir az da kəskin qoyaq: biz bu düzəni yarada biləcək potensiala malik toplumuq, yoxsa yolunu müəyyənləşdirməkdə aciz qalmış bir kütləyik?
Məsələ burasındadır ki, sakini olduğumuz Azərbaycanda da karbondan asılı və resurs tutumlu sənaye sahələri ölkənin əsas gəlir mənbələri sırasındadır. Ölkəmiz gələcək iyirmi beş ilin şəkillənməsində mühüm rol oynayacaq yeni qlobal iqtisadi və sosial çağırışlara nə qədər hazırdır, bəlli deyil. Ölkəmizin ümumi faydalı yeni dəyərlər yarada biləcək sosial-iqtisadi, mədəni, etik-mənəvi inqilaba ehtiyacı var. Bizi narahat edən bu dumanlı mənzərə ölkənin və xalqın rifahını, sabit sosial müdafiəsini, ləyaqətli yaşam standartı ilə zəmanət altına alınan parlaq gələcəyini arzulayan bütün ağıllı başları düşündürməlidir”.
Mirzə Rəşad Bakuvinin fikrincə, bu yeni yolun yaradılması həm hökumətdən, həm institutlaşmış siyasi, ictimai qurumlardan, həm də işəgötürən təşkilat və işçilərdən ciddi qətiyyət tələb edir.
“Kompleks yanaşmanı zəruri edən bu işləri kim görəcək?” sualımıza ekspertin cavabı belə oldu:
“Bu, xalqımıza xoş, mənalı və təminatlı həyat arzulayan hər bir şüurlu fərdin papağını qabağına qoyub üzərində düşünməli olduğu məsələdir. Biz bu yükü, məsuliyyəti, cavabdehliyi daşımaqla ciddi nəticələr əldə etməyə qadir olan potensialımıza bələdik, odur ki, geniş kütlələrdən etimad gözləyirik. Kimsə yaxasını kənara çəkməsin, hər bir kəsin bu daşın altına əl qoyması vacib şərtdir! Çünki heç bir dəyişiklik öz-özünə baş verməyəcək!”
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

