Nağıllarda eşitdiyimiz gözəllik yuxusunun izində...
05.02.2022 [10:24]
Gözəgörünməz güclərdən istifadə edin, əbədi gəncliyin sirrini açın
İlhamə RƏSULOVA
Ayrıca bir orqan olmasalar da, hormonlar sonsuzluq, əsəb xəstəliklərindən tutmuş xərçəngə qədər müxtəlif problemlərin yaranmasına səbəb olur. Orqanizmdə hormon balansının pozulması vaxtından əvvəl qocalma, orqanların sıradan çıxması ilə nəticələnir. Bu gün gəncləşdirən və qocaldan o gözəgörünməz, böyük güclər barədə danışacağıq.
Yəqin ki, sevib-sevilərkən, yaxud nəyəcə çox sevinərkən simanızın gözəlləşdiyini hiss etmisiz. Ən yorğun anınızda belə, həyəcanverici hadisə baş verərkən, dərhal aktivləşib, yorğunluğu unutduğunuzu, problemi aradan qaldırmaq üçün yeni güclə çalışdığınızın fərqində olmusunuz. Bəzi insanların öz yaşıdlarından daha gənc və ya daha yaşlı göründüyünü də müşahidə etmiiniz. Bütün bunlar əlahəzrət hormonların “əl işidir”.
Hələ antik dövrlərdən bəllidir ki, yaşlandıqca insan bədənində hormonlar azalır. Qədim yunanlar, misirlilər, hindlilər, çinlilər yaşlandıqca azalan seksual gücü bərpa etmək üçün heyvanların cinsi orqanlarını bişirib yeməyi tövsiyə edirdilər. Uzaq Şərqdə bu ənənə indi də qalmaqdadır. Üstəlik, heyvan və insan plasentasının çox güclü gəncləşdirici minerallarla zəngin olduğunu bildikləri üçün ən bahalı delikotes də plasenta sayılır. Hormonal dəyişikliklər vaxtından əvvəl yaşlanma, əzələ kütləsinin azalması, piylənmə, hətta əqli kəmlik kimi nəticələr verir.
İnsan bədənindəki bütün hormonları anabolik və katabolik hormonlar olmaqla iki qrupa bölmək olar. Anabolik hormonlar toxumaların inkişafına cavabdehdir, başqa sözlə, möhkəm əzələ və sümüklərin olması onlardan asılıdır. Boldibilderlər möhkəm əzələyə sahib olması üçün sintetik steroid və anabollardan istifadə edirlər.
Cinsi hormonlar, boy hormonları və DEA (dehidroepiandosteron) təbii anabolik hormonlardır, müəyyən yaşdan sonra orqanizmdə onların istehsalı ya azalır, ya da tamamilə dayanır.
Katobolik hormonlar əksinə, toxumaların dağılmasına səbəb olur. Əsas katabolik hormonlar stress hormonu olan kortizol və insulindir. Kortizol bədənə adrenalin effekti də verə bilir və ya əksinə, orqanizmin bütün enerjisini çəkib ala bilir. Orqanizmi kortizoldan daha çox insulin məhv edir. İnsulin vaxtından əvvəl gələn qocalığa alınmış biletdir. İnsulin çoxluğu piylənməyə, kortizolun yüksəlməsinə səbəb olur, digər gənclik hormonlarının işini zəiflədir. Estrogen də bəzən katobolik hormonlar kimi təsir edr. Yaşlananda anabolik hormonlar azalır, katabolik hormonlar isə əksinə, artır.
Gəncləşdirən və qocaldan hormonlar
Testosteron, estrogen (qadınlarda), proqestron, boy hormonu, melatonin və DEA toxumaları böyüdür və gəncliyi qoruyur. Kortizol, insulin və estrogen (kişilərdə) qocalıq hormonları sayılırlar. Kortizol stress zamanı ifraz olunur, bu, ürək-damar sisteminin, ağciyərlərin işini sürətləndirir, immun sistemini zəiflədir, cinsi məhsuldarlığı azaldır, həzm sistemini pozur. Bu hormon hərəkəti sürətləndirir, qanda şəkəri qaldırır, əqli bacarığı sürətləndirir. Buna görə, gərgin anlarda insan qeyri-adi sürətlə qaça, divara dırmana bilir, kritik anlarda qeyri-adi, sürətli ideyalar yaranır. Bununla belə, davamlı kortizol hormonu hasilatı beynin işini məhv edir. Xronik stress, yəni davamlı kortizol Alzheimer xəstəliyinin yaranmasına səbəb olur. Gənclik hormonlarınızın qocalıq hormonları ilə nə dərəcədə yaxşı mübarizə apardığını DEA və kortizol hormonlarının nisbəti ilə bilmək olar. Bunu eləmək üçün böyrəküstü vəzilərin stress testini etmək lazımdır.
Superhormon- Superulduz
DEA orqanizmdə hasil olan, daha geniş yayılmış steroid hormondur. Bu superhormonların içində superulduz sayıla bilər. DEA 25 yaşda öz pik həddinə çatır, 50 yaşda 40 faizə enir, 85 yaşda insanda 5 faiz qalır. DEA səviyyəsi çox olan kişilərin daha az ürək xəstəliyinə tutulduğu bilinir, bu hormon iltihabi xəstəliklərə qarşı dirənc yaradır, bədəndəki təhlükəli viruslara qarşı mübarizə aparır. Britaniyalı tibb professoru Regelsonun araşdırmaları göstərib ki, DEA xərcəng hüceyrələrinin yaranmasına mane olur, ürək-damar xəstəlikləri riskini azaldır, stresslə mübarizə aparır, immun sistemini gücləndirir, depressiyanı azaldır, yaddaşı gücləndirir, menopauza simtomunu aradan qaldırır, sümüklərin zəifləməsinin qarşısını alır, libidonu gücləndirir, insulin və qlükozaya qarşı həssaslığı, bədənin yağsız kütləsini artırır.
DEA əlavəli dərman və qidalar qidanın enerjiyə çevrilməsinə kömək edir və yağ yandırır. Bu hormonun kişilərdə 300, qadınlarda 250 səviyyədə olması normaldır. Kişilər gündə 15-25 milliqram, qadınlar 5-10 milliqram qəbul etməklə başlayıb, sonra artıra bilərlər. Lakin həddən artıq DEA qəbulu onun kişi hormonu olan testosterona çevrilməsinə səbəb olur.
Gözəllik yuxusuna yatmaq
Gözəllik, ilk növbədə, sağlamlıqdan başlayr. Yuxu ilə orqanizm təzələnir, yeni güc toplayır. Melatonin işığa həssas hormondur, beyinin dərinliyində, gecə saat 10-da ifraz olunur. O, insanın daxili bioloji saatını tənzimləyir. Qaranlıq sevən bu hormon qışda daha çox ifraz olduğuna görə qışda insan daha yuxulu olur, buludlu havalarda orqanizmin yuxu tələbi melotoninlə bağlıdır. 7 yaşa qədər uşaqlarda o daha çox olur, yeniyetməlik yaşlarında kəskin azalır. 60 yaşlı insanlarda 50 faiz az hasil olduğuna görə, yaşlılar yuxusuzluqdan əziyyət çəkirlər. Melatonin güclü antioksidantdır və xərçəngin bəzi növləri ilə mübarizədə, məsələn, məmə xərçəngində yaxşı köməkçi vasitədir. Əslində bir çox xəstəliklər zamanı yataq və yuxu rejiminin tövsiyə edilməsi məhz yatarkən viruslara qarşı daha dirəncli olmağımızdan irəli gəlir.
Melotonin az olanda orqanizm sürətlə qocalmağa meyillənir, qocalma da öz növbəsində melotoninin daha az hasil olmasına səbəb olur, melotonin azlığı bütün orqanlara xəbər verir ki, dincəlmək zamanıdır. Buna görə, qadınlarda yumurtalıqlar fəaliyyətini dayandırır və menopauza dövrü başlayır. Kişilərdə isə testosteron azalır. Hər iki cinsdən olan insanların immun sistemi zəifləyir, bu da xərçəng daxil olmaqla autoimmun xəstəliklərinin (immun sisteminin öz orqanizminin toxumalarını məhv etməyə yönəlmə halı) yaranmasına gətirib çıxarır.
Hər gün az dozada melotonin qəbul etməklə bunun qarşısını almaq olar. Melotonin ucuz preparatdır, lakin orqanizmə güclü təsir edir. Yuxu problemi olmayan sağlam adamlar gənc qalmaq xatirinə yatmazdan öncə 0,5 -1 mq melotonin qəbul edə bilərlər. Yuxusuzluqdan əziyyət çəkənlər üçün bu doza 3-5 mq qəbul edə bilərlər. Melotoninin çox qəbul edilməsi problem yaratmır. Saat qovşağı dəyişiləndə yaşanan jetlaq problemini də melotonin vasitəsilə həll etmək olar.
Unutmaq olmaz ki, hormonal preparatların qəbuluna yalnız həkim nəzarəti altında başlamaq olar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39

