Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Nurlu adamların” sirri

“Nurlu adamların” sirri

18.02.2022 [23:22]

Enerji vampirləri və enerji saçan adamlar kimlərdirlər

İlhamə RƏSUL

Kosmik enerji barədə bilmədiklərimiz

İnsan sadəcə fiziki varlıq deyil, həm də enerji sahəsidir. İnsan beyni elektrik şüaları, neytron və neytrinlər, eləcə də bioenerji və ya bioplazma yayır.

Bioenerji hər bir canlıda olan elektromaqnit enerjisidir. O, bütün canlılarda var və hər kəsdə müxtəlif tezliyə malikdir. Eyni tezlik dalğasında olan insanlar bir-biri ilə harmoniyada ola bilir, dalğaları uyğun gəlməyənlər eyni dildə danışsalar da, bir-birilərini anlaya bilmirlər.

Bioenerji mütəxəssisləri iddia edir ki, insanlar hər zaman, hətta yatdığı və ya səssiz olduğu vaxtlarda da aralarında enerji mübadiləsi baş verir. Başqasının energetika sahəsi ilə qarşılıqlı təsirini şüuraltı olaraq hiss edirik biz buna əhval-ruhiyyənin, dəyişməsi ilə reaksiya veririk. Əgər hər hansı insanla münasibət qurmaq asan və xoşdursa, deməli, enerji mübadiləniz əla gedir, bir-birinizi mənəvi baxımdan qidalandırırsınız. Əgər bir insanla görüşərkən  qıcıq, təşviş, hətta qəfil ağrı və ya gücünüzün birdən-birə yox olduğunu hiss edirsinizsə, deməli, fərqli dalğalardasınız və o, sizin enerjinizi “sorur”.

İnsanlarda enerji səviyyəsi müxtəlif səbəblərdən arta və azala bilər. Ağır xəstəlik, qocalıq, güclü yorğunluq, qəzəb, qıcıqlanma, həsəd, günah və qısqanclıq enerjinin düşməsinə, itkisinə səbəb olur.

Dava etməyi sevən adamlar var, belələrini siz də görmüsünüz. Yaxud bütün günü öz ağır taleyindən gileylənən, zarıyan, qan qaraltmağı sevən. Bu insanlar öz itmiş enerjilərini başqalarının enerjisini “əmməklə” bərpa etməyə çalışırlar. Belə mühitdən bəslənirlər.

Səbəbsiz yerə dava-dalaş edən ər-arvadın münaqişəsinin altında çox zaman enerji mübadiləsinin baş tutmaması dayanır. Fərqli dalğalardadırlar və bir-birilərinə zərər verirlər. Çarə boşanmaq deyil. Təlqin yolu ilə özünütərbiyə etməkdir, qarşı tərəfə dillə və fikir vasitəsilə sevgi ötürməkdir.

Yəqin dəfələrlə rast gəlmisiniz ki, balaca uşaqları qucaqlamaq, onların saçını sığallamaq insana enerji verir. Bu zaman siz özünüz də bilmədən uşağın enerjisindən bəslənirsiniz. Bu, bəzən uşağın xəstələnməsi ilə nəticələnir, yaxınları da uşağa “göz dəydi” deyirlər. Uşaqlarda enerji böyüklərə nisbətən daha sürətlə bərpa olunsa da, onların yaşlı insanlarla birlikdə çox vaxt keçirməsi tövsiyə olunur, çünki yaşlı insanların beyni öz enerji çatışmazlığını avtomatik olaraq asan əldə edə biləcəyi obyektlərdən, ən çox da uşaqlardan çəkib alır. 

Bəs itmiş enerjinizi necə bərpa edə bilərsiniz? Çox sadə. Bədbin fikirlərdən uzaq durun, özünüzü işə verin. Fiziki məşq əla vasitədir. Torpaqla təmasda olun, çəmənlikdə, torpaqda ayaqyalın gəzin, tonqala, günəşə baxın, təmiz hava, soyuq, axar su, ağaclar və bitkilər ağır enerjinizi alıb, sizi yenidən müsbət enerji ilə yükləyəcək. 

Auramız

Hər bir insanın qeyri-maddi bir qabığı, gözəgörünməz qoruyucu təbəqəsi var, buna aura deyilir. Aura ilə bağlı bilgilər qədim Çin təbabətindən gəlib. Auranın varlığı elmi sübutunu tapıb. Hər insanın aurasının forması və rəngi həmin şəxsin xarakteri, sağlamlığı və əhval-ruhiyyəsi ilə əlaqədar olaraq fərqlənir və tez-tez dəyişir. Auranın rəngləri göy qurşağının rəngləri ilə eynidir və 7 rəngə çalır. Əslində qorxudan saralmaq, həyəcandan rəngi ağarmaq, fikir eləməkdən qanı qaralmaq kimi ifadələr boşuna yaranmayıb. Rəngini dəyişən bədənimiz yox, auramızdır. İnsanın fərqli psixi - emosional vəziyyətlərində auranın rəngi dəyişir. Paxıllıq, intiqam, cinayət törətmək istəyi ilə yaşayan adamların aurası tünd rəngə çalmağa başlayır. Aura ağ rəngdə olanda bu insanın düşüncəsi, əməli düzgündür deməkdir. Əgər insan bəsit elmin çərçivəsindən kənara çıxıb ilahi dərkə keçirsə, o zaman ağ rəng maviyə keçir. Bu bilik dərinləşdikcə aura yaşıla çevrilir. (İslamın rəmzinin yaşıl olması da yəqin ki, təsadüf deyildi. Könül adamları görünməzləri də görürlər). Qırmızı rəngdə olanda isə insan əsəbi olur. Qırmızı rəng daimi və müvəqqəti ola bilər. Aurada qaranlıq hissələrin və ya qaraltıların olması xəstəlik əlamətidir. Aurası zədələnən insanlar  tez-tez xəstələnirlər. Gözdəymə, sevgi iztirabları auranı zədələyə bilir.  Uzunmüddətli xroniki yorğunluq və ya xəstəlik zamanı aura bütövlükdə qara rəngə çalır. Aurası pozitiv olan adamı digərləri tez qəbul edir və belə adamı sevirlər. Neqativ aura insanlar tərəfindən çətin qəbul olunur və insanlar ondan qaçırlar.

Adətən aura insanın ətrafında müəyyən qat şəklində işıq təbəqəsi kimi görünür. Aura əsasən başın ətrafında və çiyinlərdə daha yaxşı nəzərə çarpır. Bu təbəqənin qalınlığı, rəngi və işığın aktivliyi o insanın enerjisinin aktivliyindən asılıdır. İnsanın 7 enerji mərkəzi və 14 enerji kanalı var (çakralar). Əgər bu mərkəzlər və kanallar düzgün işləyirsə, insan kosmik enerjini fəal alır və bu enerji insan vücudunda dövr edir. Sağlam və pozitiv insanların aurası 5-10 sm qalınlıqda görünür.

Əşyaların da aurası var. Otaqda əşyaların, mebellərin yerləşməsi müəyyən enerji harmoniyası yaradır. Bunu öyrənən xüsusi sahə var, fen-şuy. Fen-şuya görə, əşya və mebellərin yerini tez-tez dəyişdirmək lazımdır. Çünki dəyişməz qalan enerji harmoniyası da adamı yorur.

Enerji vampirləri

Ünsiyyət hər zaman rahatlıq, xoşbəxtlik gətirmir. Birbaşa və ya dolayı yolla əlaqədə olduğumuz bəzi insanların mənfi niyyətlərinin, məram və düşüncələrinin düşüncə kanalları ilə bizə toxunduğunu hiss etsək də, inanmırıq. Amma bu, həqiqətdir. Belə insanlar ünsiyyətdən mənəvi təzyiq, təsir altına salma, təlqin və təktərəfli diktə vasitəsi kimi istifadə etməyə çalışırlar. Onlar enerji vampirləridirlər. Enerji vampirləri enerjimizi sorur, həyat gücümüzlə qidalanır və öz boşluqlarını doldururlar. Onlar adətən mənfi enerji ilə yüklənmiş insanlardır. Onlarla ünsiyyətdən sonra yorulur, əzginləşir, hətta fikirləşmək qabiliyyəti bir neçə dəfə aşağı düşür.

Enerji vampirləri ailəmizdə, iş yerimizdə, yaxın dostlarımızın arasında da ola bilər. Onlar iki kateqoriyaya bölünürlər. Bir qismi vampir olduqlarının fərqində deyillər, bəziləri də qəsdən “ova çıxanlardırlar”. Hər bir insan həyatının çətin anlarında - uğursuzluq, yaxın insanların itkisi, xəstəlik və s. zamanlarında enerji vampirinə çevrilə bilər.

Emosional, aqressiv təbiətli, sevgidən məhrum, eqoist, xəbis insanlardır. Belələri başqalarının uğursuzluğundan zövq alırlar və qarşı tərəfin duyğularına qarşı mərhəmətsiz olub enerji əmənlər isə qəsdən ova çıxanlardırlar.

Enerji vampirləri ilə mübarizədə, ilk növbədə, emosional zəkamızı  gücləndirməliyik. İnkişaf etmiş emosional zəkaya sahib insanlar özləri ilə ahəng içərisində yaşayırlar, davamlı şəkildə güclü və zəif tərəflərini təhlil edib, lazımi nəticələri çıxara bilirlər. Onlar pozitivdirlər, qarşılarına çıxan mənzərədə əvvəlcə müsbət və faydalı olanları görüb, seçə bilirlər.

Qorunmaq üçün ünsiyyətdən qaçın, dediklərinə ??əmiyyət verməyin. Şəxsi enerjinizi qorumağa və gücləndirməyə çalışın. Aranızda məsafə saxlayın. Əslində dini kitablarda tövsiyə olunan hicab, örtünmə bədənin bioenerjisinin zədələnməməsi, bəd nəfsin qarşısının alınması məqsədini də daşıyıb. Odur ki, “çılpaq” gözəllik daha çox risk daşıyır.

Bəs bizim mənfi enerjimizdən başqalarına zərər gəlirmi?

Bunu təyin etmək üçün özünüzə bu sualları verin. Həyatdan zövq alırsınızmı? Gündəlik söz lüğətinizdə ən çox hansı sözlər yer alır? Ətrafınızdakı insanlar sizinlə ünsiyyətdən həqiqətən xoşlanırmı? Siz insanlarla ünsiyyətdən zövq və ruh yüksəkliyi alırsınızmı?

Əgər enerjinizin aşağı olduğunu hiss edirsinizsə, özünüzə kömək edin. Necə?

Lüğətinizdən “bacarmaram”, “alınmır”, “gücüm çatmaz”, “yoruldum”, “camaat nə deyər” və s. kimi sözləri çıxarın.  Hər şey düşüncə ilə başlayır. Zaman keçdikcə düşündüklərimizə daha çox inanmağa başlayırıq və onlar da davranışlarımıza çevrilir. Mənfi düşüncələr mənfi davranışları, müsbət düşüncələr də müsbət davranışları doğurur. Həyatınıza gözəllikləri çağırın. Auranızı ağ tutun ki, üzünüzə baxanlar da “nə nurlu insandır” deyə bilsinlər. İşığınızdan özünüzə də, özgələrə də pay düşsün. Gününüz ağ olsun.

Paylaş:
Baxılıb: 943 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31