Superkütləvi “qara dəlik”
18.05.2022 [10:34]
Onun haqqında nə bilirik?
Nicat
“Qara dəlik” haqqında fikirlər, məlumatlar bu gün də insanlar arasında böyük marağa səbəb olur. İlkin təsəvvürlər qədim zamanlara qədər gedib çıxsa da, Albert Enşteynin “Nisbilik nəzəriyyəsin”dən sonra bu mövzu öz aktuallığını daha da artırdı. İlk dəfə “Qara dəliyi” elmi olaraq izah edən amerikalı alim Con Veler olmuşdur. “Ümumi nisbilik nəzəriyyəsi”nə görə, kifayət qədər kompakt kütlə fəza-zamanı deformasiya edərək bir qara dəlik formalaşdıra bilər. Bir çox cəhətdən, qara dəlik işığı əks etdirmədiyi üçün ideal qara cisim kimidir.
Molekulyar müqayisədə ölçüləri ilə “Qara dəliyin” kütləsi tam fərqlənir. Belə ki, kiçik ölçülü olsa belə, “Qara dəliyin” ağır kütləsi olur. Ona ağırlıq verən isə, onun daxilində 300 000 km/saat sürətlə hərəkət edən işıq fotonlarının cazibə qüvvəsidir. “Qara dəlik” “sinqulyar qravitasiya” adlanan bir nöqtəyə cəmlənmiş kütləyə sahibdir. Bu kütlə mərkəzi sinqulyar qravitasiya olan və qara dəliyin hadisə üfüqü adlanan bir kürəsini yaradır. Bu kürə qara dəliyin fəzada tutduğu yer kimi də başa düşülə bilər. Kütləsi Günəşin kütləsinə bərabər olan bir qara dəliyin radiusu təxminən 3 km-dir. “Qara dəlik”ləri müqavimət göstərilə bilməyən bir kosmik “aspirator” olaraq düşünmək düzgün deyil. Məsələn, Günəşin yerində onunla eyni kütləyə sahib bir qara dəlik olsa, Günəş sistemindəki planetlərin orbitlərində hər hansı bir dəyişiklik olmayacaq.
Çox sayda “qara dəlik” növü mövcuddur. Bir ulduzun daxilinə (öz içinə) çökməsi ilə yaranan “qara dəliyə” “ulduz qara dəliyi” deyilir. Bu “qara dəlik”lər qalaktikaların mərkəzində olsa, bir neçə milyardlıq günəş kütləsi kimi nəhəng bir kütləyə sahib ola bilər. Və bu vəziyyətdə nəhəng qara dəlik (və ya qalaktik qara dəlik) adını alar. Alimlər 2004-cü ilə kimi ulduzların daxilindəki “Qara dəliklər”in bir və ya birdən çox olduğunu bilmirdilər. Lakin daha sonra kosmik araşdırmalar və orbitlərlə müşahidə zamanı bu günə qədər aşkar edilmiş 7 nəhəng “Qara dəlik”li ulduzun daxilində 1300-ə qədər kiçik ölçülü “Qara dəliklər”in olduğu müəyyən edildi.
Bir “qara dəliyi” birbaşa müşahidə etmək mümkün deyil. Bilirik ki, bir cismin görünməsi üçün özündən işıq çıxmalı və ya özünə gələn işığı əks etdirməlidir. Lakin “qara dəlik”lər üzərinə düşən işıqlarla yanaşı çox yaxınından keçən işıqları da udur. Qara dəliyin varlığı ətrafındakı cazibə performansından (məhsuldarlığından), xüsusilə, mikrokvazarlarda və aktiv qalaktika nüvələrində qara dəlik üzərinə düşən yaxınlıqdakı maddənin yüksək dərəcədə qızmış olmasından və güclü bir şəkildə rentgen şüaları yaymasından başa düşülür. Beləliklə, müşahidələr nəhəng və ya kiçik ölçülərdəki bu cür cisimlərin varlığı fikrini irəli sürür. Bu müşahidələrə uyğun gələn və ümumi nisbilik nəzəriyyəsinə tabe olan cisimlər yalnızca “qara dəlik”lərdir.
Bir neçə gün öncə isə astronomlar Süd Yolunun mərkəzində superkütləvi qara dəliyin ilk şəklini təqdim ediblər. Bu isə obyektin həqiqətən də “qara dəlik” olduğuna inandırıcı sübutlar təqdim etməklə yanaşı, onun parametrlərini dəqiqləşdirməyə və bəzi struktur xüsusiyyətlərini ayırmağa imkan verir. Belə ki, “Event Horizon” teleskopu Süd Yolunun mərkəzi obyektinin - Oxatan bürcü istiqamətində Yerdən 26 min işıq ili məsafəsində yerləşən superkütləvi qara dəliyin - Oxatan A* obyektinin mikrodalğalı şəklini çəkə bildi. Bu araşdırma “The Astrophysical Journal Letters”də dərc olunan altı məqalədə təqdim olunub. Avropa Cənub Rəsədxanasının (ESO) və EHT layihəsinin astronomları ESO-nun Münhendəki baş qərargahında keçirilən xüsusi mətbuat konfransında ən güclü alətin əldə etdiyi yeni nəticələri açıqlayıblar. ESO 10-dan çox ştatı birləşdirən və əsasən Çilidən olmaqla cənub yarımkürəsində səmanı müşahidə edən güclü teleskopları idarə edən beynəlxalq təşkilatdır. “Event Horizon Telescope” layihəsi radioteleskopların müştərək qlobal şəbəkəsidir. Bu isə superkütləvi qara dəliklərin məhəllələrini müşahidə etməyə imkan yaradır. Alimlərin qənaətinə görə, mövcud və yeni müşahidələr təhlil və nəzəri modelləşdirmədəki yeniliklərlə birlikdə qara dəlik fizikasında yeni kəşflərə töhfə verəcək.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31

