Avtomobil bazarı...
03.06.2022 [10:31]
Artan qiymət, azalan müştəri
Nicat PAŞA
Koronavirus pandemiyasının təsirinə məruz qalan sahələrdən biri də avtomobil bazarıdır. Bəzi qadağaların tətbiq edilməsi səbəbindən avtomobil bazarında ani dəyişikliklərin baş verməsi müşahidə edilirdi. Hətta dünyanın bir çox avtomobil şirkətləri istehsal həcmini azaltdı. Bu da təbii olaraq çeşid müxtəlifliyinin azalmasına səbəb oldu. Ötən il aparılan araşdırmaların nəticələrinə görə, satılan hər beş avtomobildən biri elektrik mühərrikli avtomobillərin payına düşürdü. Sevindirici hal ondan ibarətdir ki, bazarda elektrik mühərrikli avtomobillərin qeydiyyat sayı dizel avtomobillərin qeydiyyat sayından daha çoxdur. Hazırda koronavirus pandemiyası səbəbindən tətbiq edilən qadağaların əhəmiyyətli hissəsi artıq aradan qaldırılıb. Belə olduğu halda əsasən, ikinci əl avtomobillərin alqı-satqısında aktivlik müşahidə edilir. Bununla yanaşı, rəsmi satış dillerlərinin təklif etdikləri avtomobillərin qiymətində də azalma müşahidə edilmir. “Yeni Azərbaycan” mövzunu araşdırıb.
Rəsmi dillerlər
Son illər vətəndaşlarımız əsasən “Toyota” şirkətinə müraciət edirlər. Bu isə sözügedən markanın istehsal etdiyi avtomobillərin dözümlü, etibarlı, eyni zamanda, sərfiyyat baxımından əlverişli olduğuna görədir. Məhz bu səbəbdən də artıq 2-3 ildir ki, “Toyota”ya məxsus avtomobillərin qiymətində artım müşahidə edilir. Belə ki, cari ildə istehsal edilmiş “Toyota” avtomobillərinin satış qiyməti təxminən 27000 dollardan başlayır. Bu isə təxminən 46000 manat təşkil edir. Lakin modellərə və mühərrikin həcminə uyğun olaraq qiymətlər artan xətt üzrə hərəkət edir. Mühərrik həcmi 3.3 L və daha çox olan modellərin qiyməti 116 min dollara qədər yüksəlir. Bu isə 198 min manata yaxın vəsait deməkdir.
İkinci ən maraq göstərilən avtomobil markası isə “Mercedes” modelləridir. Yerli dillerlərin “Mercedes” həvəskarları üçün 2022-ci ildə istehsal edilmiş modellərinə təqdim etdiyi minimal qiymət təxminən 123 min manatdır. Lakin model və mühərrik həcminə görə bu qiymət 300 min dollara qədər arta bilər. Bir çox avtomobil həvəskarlarının arzusunda olduqları, avtomobil bazarında illərdir öz görünüşünü, aktuallığını qoruyub-saxlayan, modelləri arasında ilk sıralarda qərarlaşan Mercedes G 63 AMG (Qalenvagen) modelinin hazırkı bazar qiyməti 305 min ABŞ dolları təşkil etməkdədir. Bu, təxminən 520 min Azərbaycan manatı deməkdir.
Sürət həvəskarlarının sevimli markası - “BMW” modellərinin qiymətləri də əl yandırır. 2022-ci istehsal ilinə məxsus “BMW” modellərini əldə etmək üçün minimum 78 min dollara sahib olmalısınız. Bugünkü məzənnə ilə bu, 132 min 756 manat deməkdir. “BMW” markasına aid olan modellərin maksimal qiyməti isə 100 min avroya qədər yüksəlir. Bu isə təxminən 185 min manat deməkdir.
Dəbdəbə və komfort anlayışlarını özündə cəmləyən əfsanəfi “Lexus” markasına aid olan modellər də bazarda liderliyini qoruyub saxlamaqdadır. Sözügedən markanın minimal satış qiyməti 51-53 min ABŞ dolları aralığında dəyişir. Bu qiymət əsasən sedan növü üçün hesablanır. İrihəcmli mühərrik və daha çox at gücünə sahib ciplərin qiyməti isə 168 min dollara qədər yüksəlir ki, bu da təxminən 286 min manat deməkdir.
Rusiya istehsalı olan avtomobillərin də satışı aktual olaraq qalır. Bu mövzuda fikirlər müxtəlif olsa da alıcılar hələ də Rusiyanın istehsal etdiyi avtomobillərdən imtina etmək niyyətində deyillər. Demək olar, hər kəsin yaxşı tanıdığı “LADA” markasının modelləri avtomobil bazarında liderliyini saxlayır. 17-18 min manat aralığında minimal qiymət təklif edən “LADA” şirkətinin illərdir ən çox maraq göstərilən “NİVA” modelinə 25-27 minə də rast gələ bilərsiniz.
İkinci əl avtomobillər
Araşdırmanın nəticələrini daha dəqiq analiz etmək üçün yuxarıda sadalanan avtomobillərin eynisini nümunə olaraq təqdim etmək yəqin ki, ən optimal variantdır. Ümumiləşdirmək məqsədilə 2012-2021-ci illərdə istehsal edilən avtomobillər qeyd edilib. Qeyd edək ki, siyahıya həm də hibrid avtomobillər daxildir.
“Toyota”- 16 000 - 110000 manat;
“Mercedes” - 25 000 - 150000 manat;
“BMW” - 15600 - 170000 manat;
“Lexus” - 40000 - 187000 manat;
“LADA” - 7000 - 24000 manat.
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bazarda hazırda aktivlik müşahidə edilir: “Həm birinci, həm ikinci əl avtomobil bazarlarında satışlar enməyib, stabil qaydada davam edir. May ayında aprel ayına nisbətən bazar daha aktiv olub. Belə ki, avtomobil idxalı və daxili bazarda alqı-satqı azalmayıb”.
Mütəxəssis qeyd edib ki, dünyanın bəzi iri avtomobil istehsalçısı ölkələrində istehsal həcmi bir qədər azalıb: “Belə ki, Yaponiya istehsalı hibrid avtomobillərin istehsalında bir qədər fasilələr yaranıb. Bu da həmin avtomobillərə lazım olan ehtiyat hissələrinin çatışmazlığı ilə əlaqələndirilir. Bu səbəbdən də dünya üzrə belə komfortlu, ekoloji təmiz avtomobillərin bir qədər defisiti yaranıb. Eyni zamanda, dünyada daşınma qiymətləri 50-70% civarında yüksəlib. Bu da özü-özlüyündə qiymətlərdə 2-5% civarında artıma səbəb olur. Qeyd etdiyimiz səbəbə görə ehtiyat hissələrinin qiymətlərində də 5-10% artım müşahidə edilir”.
“Ölkəmizə avtomobillər yalnız Qara dəniz vasitəsilə deyil, Rusiyadan, İran üzərindən də daxil olur. Eyni zamanda, Orta Asiyada və Çində istehsal edilən bəzi avtomobillər də Xəzər dənizindən bərə vasitəsilə ölkəmizə gətirilir. Onu da deyim ki, Rusiya-Ukrayna konfliktinin ölkəmizə avtomobil idxalına təsiri yoxdur”, - deyə E.Cəfərov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

