Xaos düşkünlərinin növbəti uğursuzluğu...
04.06.2022 [10:47]
“Sığınacaq məsələsi”ndə şübhəli məqamlar
Yeganə BAYRAMOVA
Sevgisiz uşaqlar
İyun ayını səs-küylə qarşıladıq. 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü bir-iki qadının Milli Məclisin qarşısında uşaqpulu tələb edərək aksiya keçirməsi, iyunun 2-də isə “Sevgi Evi” adlı sığınacaqda uşaqların zorakılığa məruz qalması ilə bağlı xəbərlər ölkədə əks-səda doğurdu. Aparılan araşdırmalarla 2022-ci il fevral ayının sonundan mayın əvvəlinə qədər saxlanılan azyaşlının sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı məlum olub. Eləcə də o, sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinin şahidi olub. Belə ki, sığınacaqda saxlanılan digər iki azyaşlının bədənində də xəsarət izləri aşkarlanıb.
Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi açılıb. Hazırda istintaq davam edir.
Qeyd edək ki, iyunun 4-ü BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Aqressiya Qurbanı olan Uşaqlar Günüdür. Bu günün əsas məqsədi uşaqların fiziki, mənəvi və emosional istismarın qurbanı olaraq çəkdiyi əzabları və uşaq hüquqlarının qorunmasının əhəmiyyətini insanlara xatırlatmaq cəhdidir.
Uşaqların beynəlxalq müdafiəsi günü ərəfəsində 2 xoşagəlməz hadisənin baş verməsi fikrimizcə, heç də təsadüfi olmaya və təxribat sayıla bilər. Belə ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin keçirildiyi, Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasiminin baş tutduğu zamanda və “Formula 1” yarışları ərəfəsində dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir zaman kəsiyində uşaqlarla bağlı neqativ hadisələrin yaşanması, ictimailəşdirilməsi planlı fəaliyyətə bənzəyir. Paytaxtımızda kifayət qədər beynəlxalq əhəmiyyətli tədbirlərə start verildiyi vaxtda bu cür məsələlərin şişirdilməsi ilə bağlı müxtəlif suallar yaranır. Suallarımızı aiddiyyəti qurumlara ünvanladıq...
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Yeni Azərbaycan”a bildirilib ki, məlumatların ictimaiyyətə təqdim edilmə zamanı əvvəlcədən müəyyənləşdirilmir: “Monitorinq bir neçə qurumun iştirakı ilə aparılır və proses tam yekunlaşdıqdan sonra ictimailəşir. Yəni burada hansısa planlaşdırılma aparılmayıb, məsələnin Uşaqların Beynəlxalq Müdafiə Günü ərəfəsində ictimailəşdirilməsi, sadəcə təsadüfdən ibarətdir. Hazırda işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə daha ətraflı məlumat veriləcək”.
Ombudsman aparatından qeyd olunub ki, qurumda uşaq hüquqlarının müdafiəsi sektoru fəaliyyət göstərir. Müvəkkil uşaq hüquqlarının təmini məsələsinə xüsusi həssaslıqla yanaşır və hər hansı müraciət daxil olduqda buna dərhal reaksiya verilir. Müraciətlər əsasən uşaqların özlərindən, valideynlərindən, yaxınlarından, vəkillərindən daxil olur. Sözügedən məsələ ilə bağlı da araşdırma aparılır və yaxın günlərdə müvafiq orqanlarla birlikdə açıqlama veriləcək.
Sosial Xidmətlər Agentliyi “bizlik deyil” deyir...
Sosial Xidmətlər Agentliyi isə qəzetimizə açıqlamasında sözügedən sığınacaq təşkilatı ilə hansısa əməkdaşlıq edilmədiyindən mövzunun səlahiyyətlərindən kənar olduğunu qeyd etdi. Halbuki bu agentlik vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Agentliyə təkrar müraciət etsək də, sualımızı artıq cavablandırdıqlarını söylədilər: “Sözügedən hadisə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə aid olmadığı üçün tərəfimizdən cavablandırılması mümkün deyildir. Məsələ ilə bağlı müraciətiniz artıq cavablandırılmışdır. Nəzərə almağınız xahiş olunur!”.
Heç kəs yaxasını kənara çəkməməlidir!
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə baş verənləri dövlətin uşaqlarla bağlı siyasətinə kölgə salmaq kimi qiymətləndirməyib: “Əksinə, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü belə bir faktla bağlı açıqlama varsa, bu, o deməkdir ki, dövlət hər bir uşağın mənafeyini qoruyur, onu müdafiə edir və bu istiqamətdə qanun çərçivəsində ən düzgün addımlar atır. Nazirlər Kabinetinin monitorinq keçirməsi hər bir QHT-nin nəzdində olan sığınacaqlar və reabilitasiya mərkəzlərinə şamil olunub. Monitorinqlər aparılır ki, görəsən neqativ hallar varmı, uşaqlar sığınacaqda həqiqətən qorunurmu, doğrudan da onlarla peşəkar formada reabilitasiya işləri aparılırmı? Ona görə də baş verənləri dövlət siyasətinə kölgə salmaq kimi qiymətləndirməməliyik. Fikrimcə, bu gün həqiqətən də dövlətimiz tərəfindən ciddi nəzarət var. Bir təşkilat rəhbəri olaraq hansısa xoşagəlməz halları görürəmsə, deməli, birinci növbədə özümdə qüsur varsa, onu düzəltməliyəm, ondan sonra başqasının qüsuru varsa, bunu ona deməliyəm. Belə olmayacaqsa, o zaman hansı müdafiədən danışa bilərik?”.
K.Ağazadə vurğulayıb ki, Daxili İşlər Nazirliyi (DİN), Respublika Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Sosial Xidmətlər Agentliyi də bu sahədə xidmət göstərməlidir: “Heç kəs bu işdən yaxasını kənara çəkməməlidir. Qeyd etdiyim qurumlar da baş verənlərlə bağlı iş görməlidir. Konstitusiyamızda uşaqların hüquqlarını qoruyan valideynlə bərabər dövlətdir. Ailələrin özü kiçik dövlət olduğu halda, böyük dövlətimiz də uşaqların müdafiəsini qanun çərçivəsində qoruyur. Baş verənlər hər kəsə bir siqnal olmalıdır. Təkcə sosial xidməti olan qurumların deyil, digər QHT-lərin, vətəndaş cəmiyyətinin gələcəyimiz olan uşaqlara ciddi qayğısı və nəzarəti mütləqdir”.
3 ildən 7 ilə qədər həbs!
Hüquqşünas Adəm Məmmədovun sözlərinə görə, sığınacaqdakı uşaqların işgəncəyə məruz qaldığı tam sübuta yetirilərsə, bu işdə əli olanlar cinayət məsuliyyətinə cəlb ediləcəklər: “Həmin şəxslərin 309.1, 133.2.1, 133.2.4 maddəsi üzrə həbs olunacağı gözlənilir. Həbs olunduqdan sonra isə ilkin məhkəmə qarşısına çıxarılacaqlar. Təbii ki, onların ittiham edilməsi müvafiq sübutlar və şahidlərin verdiyi ifadələrdə təsdiq olunmalıdır. Ya da uşaqlar özləri etiraf etməlidirlər ki, bizi döyürlər. Təqsirləndirilən şəxsləri 3 ildən 7 ilə qədər, ağır işgəncələr olubsa 7 ildən 12 ilə kimi həbs gözləyir”.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

