Bəşəriyyətin bəlası: Ağ ölüm Azərbaycanın narkomaniya ilə mübarizəsi!
21.06.2022 [10:42]
Yeganə BAYRAMOVA
Hazırda ən ciddi problemlərdən biri olan narkomaniyanın acı nəticələrindən əziyyət çəkməyən ölkə demək olar ki, yoxdur. Günümüzdə bu bəla bəzi gənc və yeniyetmələri öz toruna salıb. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Azərbaycanda narkotik vasitələrlə mübarizə geniş vüsət alıb, istər maarifləndirmə sahəsində, istərsə də narkotik vasitələri təbliğ edən, satan, onları əkib-becərən şəxslərə qarşı ciddi tədbirlər görülür. Buna baxmayaraq, açıqlanan rəqəmlər heç də xoşagələn deyil. Belə ki, bu ilin yanvar-may ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4853 cinayət faktı aşkarlanıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3 min 65 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır.
2022-ci ilin ötən beş ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 879 kiloqram 824,75 qram, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 89 milyon manat kimi qiymətləndirilir.
Yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 33 min 893 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1367 nəfərindən 974-nün istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni söyləyib ki, xüsusilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin bu istiqamətdə apardığı işlər təqdirəlayiqdir. R.Zeyni ölkəmizdə narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizənin dövlət səviyyəsində aparıldığını vurğulayıb: “Azərbaycanda narkobizneslə mübarizə günü-gündən güclənir. Aparılan tədbirlər nəticəsində tonlarla qanunsuz narkotik vasitə dövriyyədən çıxarılıb. Biz də MQF üzvü olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə daim əməkdaşlıq edirik”.
R.Zeyninin qənaətincə, narkobiznesə qarşı mübarizə aparan bütün dövlət qurumları və hüquq mühafizə orqanlarının hamısı sosial şəbəkələrdə aktivləşməlidir: “Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatı olaraq bu mübarizəni dəstəkləyirik. Artıq 12 qeyri-hökumət təşkilatı narkomaniyaya qarşı mübarizə üzrə QHT koalisiyası yaradıb. Həmin koalisiya çərçivəsində müəyyən işlər görürük. Fikrimcə, narkomaniya ilə mübarizə üzrə maariflənməni daha da gücləndirmək lazımdır. Xüsusilə gənclərimiz maariflənməlidir. Çünki bu gün narkomaniya bəşəriyyətin faciəsi olmaqla yanaşı, Azərbaycanda da gərgin vəziyyət yaradıb. Təcili və ciddi tədbirlər görməliyik ki, gələcəyimiz təhlükə altında qalmasın”.
MQF prezidenti qeyd edib ki, ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində də ardıcıl və məqsədyönlü addımlar atılıb: “Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilib. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMTnin 1988-ci il konvensiyasına qoşulub. Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” müvafiq fərman imzalamış və problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Narkobizneslə mübarizədə regional və beynəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi səmərəli addımlardan biri hesab olunur. Belə əlaqələrin və əməkdaşlığın qloballaşması, ilk növbədə, müvafiq ölkənin özünün, bilavasitə, milli təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Ona görə də milli təhlükəsizliyin təmin olunmasında narkomanlığın, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və belə təzahürlərin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər əsas yerlərdən birini tutur”.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33

