Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 1 milyon 600 min şagirdin ortaq problemi...

1 milyon 600 min şagirdin ortaq problemi...

09.07.2022 [11:45]

Məktəb bufetlərinin vəziyyəti nə vaxt düzələcək?

MÜŞFİQƏ

Bir çox məktəb bufetlərində ürəkaçmayan mənzərələr hələ də qalmaqdadır. Hər il mətbuatda bufetlərdə antisanitariyanın olması barədə məlumatlar yayılır. Azərbaycandakı 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə bu xidməti göstərən bufetdə, demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar satılır. Biz bilirik ki, məktəblərin ərzaqla təminatı Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada Məktəblərin İaşə Bazası tərəfindən həyata keçirilir. Lakin oradakı məhsullar heç bir səhiyyə qurumu tərəfindən yoxlanılmır.

Azərbaycanda məktəb bufetlərində yoxlamalara başlanılır

Məktəb bufetlərindəki vəziyyət valideynləri də qane etmir. Valideynlərin məktəb bufetlərinə etibar etməməsi şagirdlərin çantasının ağırlaşmasına səbəb olur. Həm şagirdlər, həm də valideynlər üçün ciddi narahatlıq yaradan bu problemin həlli yolu tapılıb.

Gələn ildən məktəblərin bufetlərinin yoxlanılması planlaşdırılır. Məktəblərin bufetlərinə, qida təhlükəsizliyi və sanitar qaydalarına ictimai nəzarət olacaq.  Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib. Onun sözlərinə görə, sağlam qidalanma ilə bağlı valideynlərlə də mütəmadi olaraq maarifləndirici işlər aparılmalıdır: “Hazırda 1 milyon 600 min şagird var. Onlar yalnız vaxtlarının bir hissəsini məktəbdə keçirirlər. Digər vaxtlarını isə onlar məktəbdə keçirmirlər. Ona görə də hesab edirəm ki, uşaqların sağlam qidalanması ilə bağlı valideynlərlə də sıx işlər görülməlidir”.

Məktəblilər arasında soğru keçirildi

AQTA və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırdığı “Məktəblilərin qida bələdçiləri” pilot layihə çərçivəsində məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə maarifləndirmə tədbirləri təşkil olunub və şagirdlər arasında sorğu keçirilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 5 və 9-cu sinif şagirdləri arasında keçirilən sorğuda ümumilikdə 16 məktəbdən 1 600 şagird iştirak edib. Anket formasında tərtib olunmuş sorğularda qida təhlükəsizliyi haqqında ümumi anlayışlar, sağlam qidalanma vərdişləri və qaydaları, gigiyenik tələblərə riayət olunması, düzgün maye qəbulu, fast-fud yeməkləri və zərərli alışqanlıqlara münasibət, və s. istiqamətlər yer alıb.

Sorğunun nəticəsinə əsasən, layihədən əvvəl sorğuda iştirak edən şagirdlərin 20%-i səhər yeməyi yemədiyini bildirmişdisə, layihədən sonra bu göstərici 7%-ə düşüb. Uşaqların 31%-i həftə ərzində heç balıq yemədiyini bildirib. Süd məhsulları qəbul etməyən uşaqlar isə 15% təşkil edib. Sorğudan sonra bu göstəricilər müvafiq olaraq 18% və 5%-ə qədər azalıb.

Testin nəticəsinə görə, layihədən sonra həftədə 5 gündən çox şəkərli içki qəbul edən məktəblilərin sayı isə 25%-dən 5%-ə düşüb. Layihədən sonra həftədə beş gündən çox şirniyyat yeyən şagirdlərin sayı 13%-ə, çips yeyən uşaqların sayı isə 4%-ə qədər azalıb.

Valideynlər soruşur: Şagird zəhərlənsə, məsuliyyəti kim daşıyacaq?

Əfsuslar olsun ki, bəzən bufetlərdə vaxtı keçən qidalar və qazlı içkilər, çipslər və s. kimi zərərli məhsulların satışına da rast gəlinir. Həkimlərin sözlərinə görə, belə qidalar uşaq orqanizmində ciddi fəsadlara səbəb ola, kökəlmə, allergik xəstəliklər və mədə-bağırsaq xəstəlikləri törədə bilər. Birmənalı olaraq həmin qidalara gələcəkdə xüsusi nəzarətin edilməsi təqdirəlayiqdir. Sabah bir şagird zəhərlənsə, məsuliyyəti kim daşıyacaq? Valideynlər bufetə məktəb rəhbərliyinin, məktəbin nəzarət etməli olduğunu deyirlər. Onların fikrincə, bufetlərə nə gəlirsə, məktəb direktorlarının bundan xəbəri olmalı və məsuliyyəti onlar daşımalıdır. Bir sözlə, övladının sağlamlığından narahat olan analar məktəbdə uşaqlara ev şəraitində, gigiyenik qaydalara riayət etməklə hazırlanan daha sağlam qidaların verilməsini istəyirlər. Lakin əksər məktəbin bufetinin sahəsi və maddi-texniki bazası buna imkan vermir.

Səngiməyən narazılıqlar və şikayətlər...

Mövzu ilə bağlı qəzetimizə danışan təhsil eksperti Nadir İsrafilov deyir ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bir çox normalar gözlənilmir: “Məktəb, sadəcə, bilik və bacarıq verməkdən ibarət deyil. Sağlam nəsil də yetişdirməlidir. Bu da qidalanmadan çox asılıdır. Uşaqların müəyyən hissəsi məktəb bufetində qidalanır. Bununla bağlı problem hər zaman aktual olub. Narazılıqlar və şikayətlər heç vaxt səngimir. Bura məktəb rəhbərliyinin nəzarəti də lazımı səviyyədə deyil. Bufetlər üçün lazım olan qidalar özəl şirkətlər tərəfindən təmin olunur. Müddəti keçmiş qidaların, eləcə də içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. Buna bir nəzarətin olması və layihələrin icrası şübhəsiz ki, ümumi işimizin xeyrinə olacaq”.

Paylaş:
Baxılıb: 173 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31