8 sentyabr - Beynəlxalq Savadlılıq Günü
08.09.2022 [10:40]
Yeganə BAYRAMOVA
Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. Beynəlxalq Savadlılıq Günü Birləşmiş Millətlər Təşkilatı (BMT) sistemində qeyd olunan beynəlxalq tarixlərdən biridir. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir. UNESCO-nun saytında qeyd olunan məlumata əsasən, bu il Beynəlxalq Savadlılıq Günü “İnsana yönəlmiş bərpa naminə savadlılıq: rəqəmsal uçurumu aradan qaldırmaq” devizi altında qeyd olunur.
COVID-19 böhranı, uşaqların, gənclərin və böyüklərin təhsilini görünməmiş miqyasda pozdu. Eyni zamanda, 773 milyon savadsız gənc və yaşlının savad öyrənmək imkanlarının əlçatanlığında əvvəllər mövcud olan bərabərsizliyi daha da artırdı. Pandemiyaya qarşı ilkin milli planların bir çoxunda gənclər və böyüklər arasında savadsızlığın aradan qaldırılması tədbirləri nəzərdə tutulmadı, bir çox savadlılıq proqramları normal fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı. Hətta qlobal böhran dövründə əyani təhsillə yanaşı distant təhsil də daxil olmaqla təhsilin fasiləsizliyinin təmin olunması istiqamətində alternativ yollar tapmaq üçün səylər göstərildi. Lakin savadlılıq imkanları hamı üçün eyni dərəcədə əlçatan deyil.
Distant təhsilə sürətli keçid qoşulma, infrastruktur və texnologiyadan istifadə bacarığı, həmçinin öyrənmə imkanlarını məhdudlaşdıran elektrik enerjisinə çıxış kimi digər xidmətlərdəki fərqlər baxımından davam edən rəqəmsal uçurumu üzə çıxardı.
Bununla belə pandemiya savadlılıq bacarıqlarının müstəsna əhəmiyyətini xatırlatdı. Savadlılıq təhsil hüququnun ayrılmaz bir hissəsi olmaqla yanaşı, insan hüquqlarını, imkanlarını genişləndirir. Onların qiymətləndirə biləcəkləri həyat tərzini seçməsi baxımından imkanlarını genişləndirərək həyatlarını yaxşılaşdırır. Savadlılıq dayanıqlı inkişafın hərəkətverici qüvvəsidir. Savadlılıq bacarıqları BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndində müəyyən edildiyi kimi, humanist təhsilin və ömür boyu öyrənmənin ayrılmaz hissəsidir. Beləliklə, savadlılıq COVID-19 böhranından sonra insanlara yönəlmiş bərpa istiqamətində mərkəzi rol oynayır.
2021-ci ildə Beynəlxalq Savadlılıq Günü savadsız gənclər və böyüklər üçün lazım olan savad və rəqəmsal bacarıqların qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirməklə, savadlılıq bacarıqlarının insana yönələn bərpa üçün möhkəm bir zəmin yaratmağa necə kömək edə biləcəyi araşdırılıb.
Beynəlxalq Savadlılıq Günü çərçivəsində heç kimin kənarda qalmaması üçün texnologiyanın köməyilə savad təliminin inklüzivliyi və əhəmiyyətliliyi məsələlərinə də baxılacaq.
Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.
Beynəlxalq ictimaiyyətin savadlılığın yayılması üzrə səylərini fəallaşdırmaq UNESCO-nun fəaliyyətinin əsas sahələrindən biridir və bu gün ayrı-ayrı fərdlərin, icmaların və birliklərin hüquq və imkanlarının genişlənməsi aləti ola bilər.
Savadlılıq insanın ana dilinin qrammatik normalarına uyğun olaraq oxuma və yazı vərdişlərinə müəyyən malik olma dərəcəsidir. Əhalinin sosial-mədəni inkişafının əsas göstəricilərindən biridir. Savadlılıq bəşəriyyət üçün əsl bayramdır. Lakin hamı üçün - uşaqlar, gənclər və yaşlılar üçün savadlılıq hələ də axıra kimi nail olunmamış bir hədəfdir.
Bir çox ölkələrin nəzərəçarpacaq uğurlarına baxmayaraq, UNESCO-nun məlumatlarına görə, dünyada 759 milyon yaşlı (onlardan 102 milyonu 15-24 yaşlı gənclərdir) hələ də savadlılığın əsas vərdişlərindən məhrumdur. Uşaq və yeniyetmələrin hər on nəfərindən altısı (617 milyon) oxuma və saymaq vərdişlərinin minimal səviyyələrinə çata bilmir. Təxminən 267 milyon uşaq məktəbə getmir.
Özünə xüsusi diqqət tələb edən obyektlər, ilk növbədə, məktəbdən kənarda qalan qadınlar və qızlar arasında savadlılığın yayılması proqramlarının genişləndirilməsinə ciddi ehtiyac var. Kişilərin və oğlanların keyfiyyətli təhsil almaq imkanlarından məhrum olduqları yerlərə də xüsusi diqqət ayrılmalıdır. Ona görə də bügünkü tarix mövcud problemlərin yeni həll yollarını təklif etməklə, gələcəkdə savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün meydandır.
Beynəlxalq Savadlılıq Gününü bütün dünya qeyd edir. Onun bayram edilməsində hökumətlər, çoxtərəfli, ikitərəfli və qeyri-hökumət təşkilatları, özəl sektor, icmalar, həmçinin müəllimlər, tələbələr və bu sahənin ekspertləri iştirak edirlər.
Bu gün Davamlı İnkişaf Gündəliyinin təhsil sahəsində 2030-cu ilə qədər məqsədlərinin mühüm hissəsi olan savadlılığın yayılmasının həyata keçirilməsini dəstəkləyəcək misilsiz ideyaları olan insanlara savadlılığın yayılmasına görə Beynəlxalq mükafatlar verilir.
Savadlılıq Günü hər il müəyyən mövzuya həsr edilir. Müxtəlif illərdə o, “Savadlılığın qadınlar üçün əhəmiyyəti”, “Savadlılıq şəxsi imkanları genişləndirir”, “Savadlılıq və sağlamlıq”, “Savadlılıq davamlı inkişafı təmin edir”, “Keçmişi oxumaqla, gələcəyi yazırıq”, “Rəqəmsal dünyada savadlılıq”, “Savadlılıq və vərdişlərin inkişafı”, “Savadlılıq və çoxdillilik” və s. şüarlar altında keçirilib.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

