Avtomobil parkı yenilənir
24.11.2022 [10:39]
Köhnə avtomobillərin qarşılığında isə...
Nicat Dilqəmli
Ölkəmizdə avtomobil parkının yenilənməsi, başqa sözlə, istismar müddətini başa vuran avtomobillərin utilizasiya edilməsi məsələsi uzun zamandır aktuallığını qoruyub saxlayan mövzular sırasındadır. Məlum olduğu kimi, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın 7.3.7.1-ci bəndində də Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub.
Beynəlxalq təcrübəyə nəzər yetirdikdə aydın olur ki, istismar müddətini başa vuran avtomobillərin utilizasiyası prosesinin müxtəlif şərtləri mövcuddur. Qonşu ölkələrdə utilizasiya bir qədər zəif templə irəliləsə də, qabaqcıl ölkələrin bir çoxunda proses geniş vüsət alıb. Hətta avtomobillərin utilizasiyası ilə məşğul olan iri şirkətlər arasında rəqabət də formalaşıb. Məsələn, Amerikada hər il 15 milyondan çox avtomobil utilizasiya edilir. İri şirkətlərin sayı isə 200-dən çoxdur. Bundan başqa, 10 mindən çox kiçik müəssisə avtomobillərin hissələrə bölünməsi ilə məşğul olur. Ümumilikdə, ABŞ-da qeyd edilən sahədə çalışanların sayı 40 min nəfərdən artıqdır. Avtoutilizasiyanın geniş yayıldığı digər bir ölkədə - Hindistanda köhnə avtomobillərini təqdim edənlər nəqliyyat vergisini güzəştli qaydada ödəyirlər və avtomobil alışı vergisindən azad olunurlar. Avtomobil sənayesinin inkişaf etdiyi bəzi ölkələrdə nəqliyyat vasitələrinin utilizasiyası avtomobil istehsalçıları tərəfindən yaradılıb. Dünyada iki əsas utilizasiya sistemi formalaşıb ki, onlardan biri amerikan modeli, digəri isə avropa modelidir. Xarici medianın yazdığına görə, bu modellərin birincisi kommersiya yanaşmasına, özünü təmin etməyə əsaslanır, ikincisi isə tənzimləyici yanaşmaya və ətraf mühitə diqqət yetirir.
Dünyada avtomobillərin utilizasiyası prosesi hər gün bir az da aktuallaşır, tətbiq olunan qaydalar isə yenilənir. Azərbaycanda da avtomobillərin utilizasiyası üçün şərtlər müəyyənləşdirilir. Artıq bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb. Layihə nəticəsində yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələri utilizasiya ediləcək, yollarda şütüyən köhnə avtomobillər isə mərhələli şəkildə yeniləri ilə əvəzlənəcək. İstismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaitinin verilməsi və ya digər güzəştlərin tətbiq edilməsi məsələləri də istisna edilmir. İqtisadiyyat Nazirliyi tərəfindən mətbuata verilən açıqlamada bildirilir ki, “Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi” istiqamətində işlər davam etdirilir: “Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.
Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.
Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək”.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, utilizasiya prosesinin könüllülük əsasında reallaşacağı halda müsbət nəticələr əldə olunmayacaq: “Yəqin ki, utilizasiya ilə bağlı prosesə gələn ildən start veriləcək. İndiki mərhələdə açıqlanan detallar yalnız bundan ibarətdir ki, köhnə avtomobilini təqdim edərkən vətəndaşlara verilən sənəd əsasında yeni avtomobil alarkən güzəşt tətbiq olunacaq, yaxud avtomobilin dəyəri ödənilir. Amma hansı avtomobillər götürüləcək? Buraxılış ilinə görə, yaxud vizual görkəminə görə - bu detallar hələlik açıqlanmayıb. Pul verilərkən məbləğ hansı amillərə görə hesablanacaq? Bu kimi bir çox məsələlər hələ ki, müəyyənləşməyib. Yeganə dolanışıq yeri köhnə avtomobili olan insanlar var. Bəziləri də utilizasiya prosesində gəlir əldə etmək məqsədilə bir neçə köhnə avtomobil alıb, qazanc gözləyir. Bu şəxslərə yanaşma necə olacaq? Hesab edirəm ki, müvafiq qurumlar bu barədə ciddi planlar tərtib etməlidir, boşluqlar olmamalıdır. Fikrimcə, prosesin könüllülük əsasında reallaşacağı halda heç bir nəticə əldə edilməyəcək. Çünki heç kim könüllü şəkildə avtomobilini təqdim etməyəcək”.
Ekspertin sözlərinə görə, belə qərarların qəbul edilməsində ictimai fikirin öyrənilməsi, mütəxəssislərin müzakirələrə qoşulması olduqca vacibdir: “Düşünürəm ki, bütün detallar müzakirə olunmalıdır. Təklif edirəm ki, bu məsələlər ictimai müzakirəyə çıxarılsın. Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin fikirləri dinlənilməlidir. Əks halda, təzədən müdaxilələr, dəyişikliklər olunduğuna şahidlik edəcəyik”, - deyə E.Muradlı fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına bax
MEDİA
28 Yanvar 11:27

Xəbər lenti
28 Yanvar 11:00

Xəbər lenti
28 Yanvar 10:55

Siyasət
28 Yanvar 10:45

Xəbər lenti
28 Yanvar 10:35

Sosial
28 Yanvar 10:33

Siyasət
28 Yanvar 10:30

Analitik
28 Yanvar 10:27

Xəbər lenti
28 Yanvar 10:25

Siyasət
28 Yanvar 10:20

Xəbər lenti
28 Yanvar 10:15

Analitik
28 Yanvar 10:10

Gündəm
28 Yanvar 10:05

Xəbər lenti
28 Yanvar 10:00

Xəbər lenti
27 Yanvar 23:26

Xəbər lenti
27 Yanvar 23:12

Xəbər lenti
27 Yanvar 22:22

Xəbər lenti
27 Yanvar 21:28

Xəbər lenti
27 Yanvar 21:13

Xəbər lenti
27 Yanvar 20:15

Xəbər lenti
27 Yanvar 20:06

Xəbər lenti
27 Yanvar 19:40

Xəbər lenti
27 Yanvar 19:24

Xəbər lenti
27 Yanvar 18:21

Siyasət
27 Yanvar 18:17

Xəbər lenti
27 Yanvar 17:53

Xəbər lenti
27 Yanvar 16:26

Dünya
27 Yanvar 16:18

Xəbər lenti
27 Yanvar 15:35

Xəbər lenti
27 Yanvar 15:14

Siyasət
27 Yanvar 15:06

Xəbər lenti
27 Yanvar 14:55

Gündəm
27 Yanvar 14:31

Xəbər lenti
27 Yanvar 14:21

Siyasət
27 Yanvar 13:48

Xəbər lenti
27 Yanvar 13:46

Siyasət
27 Yanvar 13:35

Siyasət
27 Yanvar 13:30

Xəbər lenti
27 Yanvar 13:19
.jpg&width=120)
Xəbər lenti
27 Yanvar 13:04

Gündəm
27 Yanvar 12:53

Xəbər lenti
27 Yanvar 12:49

Xəbər lenti
27 Yanvar 12:47

Xəbər lenti
27 Yanvar 12:36

Xəbər lenti
27 Yanvar 12:32

Xəbər lenti
27 Yanvar 12:30

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 11:57

Xəbər lenti
27 Yanvar 11:25

Siyasət
27 Yanvar 11:19

Xəbər lenti
27 Yanvar 11:12

Xəbər lenti
27 Yanvar 11:10
.jpg&width=120)
Maraqlı
27 Yanvar 11:01

Xəbər lenti
27 Yanvar 10:58

Analitik
27 Yanvar 10:54

Xəbər lenti
27 Yanvar 10:47

Siyasət
27 Yanvar 10:43

Xarici siyasət
27 Yanvar 10:37
.jpg&width=120)
Sosial
27 Yanvar 10:35

MEDİA
27 Yanvar 10:32

Sosial
27 Yanvar 10:30

Siyasət
27 Yanvar 10:23

Siyasət
27 Yanvar 10:16

Siyasət
27 Yanvar 10:12

Gündəm
27 Yanvar 10:05

Xəbər lenti
27 Yanvar 09:31

Xəbər lenti
27 Yanvar 09:29

Xəbər lenti
27 Yanvar 09:27

Xəbər lenti
26 Yanvar 22:38
