Qız yükü, duz yükü...
12.05.2023 [11:17]
Valideynlərin oğul sevdası!
BMT-dən SOS: 2050-ci ilə qədər Azərbaycanda...
Sirr deyil ki, xüsusilə müsəlman ölkələrində oğlan uşaqları qızlara nisbətən daha yüksək qiymətləndirilib və arzu olunub. Təəssüf ki, bu ənənənin indi də mövcud olduğu bir dünyada yaşayırıq. Bəzən bu istək o qədər güclü olur ki, valideynlər gələcək uşağın cinsiyyəti sırf qız olduğu üçün ondan imtina etməyə qərar verir. Dünyaya gəlməyən qız uşaqlarının 13-14 həftəliyində ana bətnində öldürülməsi selektiv abort adlanır. Cəmiyyətimizdə hələ də oğlan uşaqlarının doğulması daha arzuolunandır. İnsanlar düşünür ki, oğlan uşaqları ailənin soyunu davam etdirir.
Belə görünür ki, valideynlər üçün övlad sahibi olmaq deyil, müəyyən bir embrionun xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır. Uşağın cinsiyyətini təyin etməyə imkan verən müasir texnologiyaların ortaya çıxması ilə vəziyyət daha da mürəkkəbləşib: Bir çox ailə qız övladı böyütmək istəmədiyi üçün döldən qurtulur. Selektiv abortlara görə “liderlik” edən ölkələr arasında Azərbaycanın da adı var.
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. Bu isə çox ciddi demoqrafik problemlərin anonsu kimi qəbul edilə bilər.
Qanunvericiliyə görə, Azərbaycanda selektiv abortların aparılması qadağandır. Cinayət Məcəlləsinin 141-ci maddəsinə görə, qanunsuz abortetmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır.
“Yeddi oğul istərəm, bircə dənə qız, gəlin”
Mövzu barədə “Yeni Azərbaycan”a danışan sosioloq Sahib Altayın sözlərinə görə, oğlan uşaqlarının sürətlə artması ölkədə ciddi şəkildə müşahidə olunan prosesdir: “Hətta belə bir deyimimiz var: “Yeddi oğul istərəm, bircə dənə qız, gəlin”. Yəni, bu məsələ tariximizdən bu günümüzə qədər gələn bir düşüncədir. Bu da onunla əlaqədardır ki, oğlan uşaqları təsərrüfat işlərində evə köməklik edirdi, vətənin qorunmasında iştirak edirdi. Əvvəlki cəmiyyətdə qız uşaqlarının vəziyyəti çox da yaxşı deyildi, bəzən onlar ailə qura bilmirdilər, bunun üçün “qız yükü, duz yükü” deyirdilər. Lakin son vaxtlar bura digər faktorlar daxil oldu. İlk səbəblərdən biri budur ki, ümumiyyətlə, son vaxtlar ailələrdə uşaqların sayında azalma var, daha çox 1 və ya 2 uşağa üstünlük verilir, halbuki ideal ailə modelində 3 uşağın olması arzuolunandır. Beləliklə, 1-2 uşaq olanda da çalışırlar ki, onlardan biri və yaxud elə ikisi də oğlan uşağı olsun”.
Mənəvi-əxlaqi faktorlar
S.Altay qeyd edib ki, sosial araşdırmalar indiki cəmiyyətdə bir sıra mənəvi-əxlaqi problemlərin yarandığını göstərir: “Valideynlər istəmir ki, qız uşaqları olsun. Çünki cəmiyyətdə gedən mənəvi-əxlaqi proseslər ənənəvi olaraq Azərbaycan mentalitetinə o qədər də uyğun deyil və Azərbaycan kişilərinin də bu məsələyə bir qədər konservativ münasibəti var. Düşünürlər ki, qızlar açıq-saçıq geyinir, atalarının sözünə baxmırlar və.s. Beləliklə, bu ideyanı həyata keçirməyə çalışırlar. Bu işi sürətləndirən əsasən USM aparatının ortaya çıxması oldu. İnsanlar əvvəlcədən ananın bətnindəkini qız olduğunu görüb ona təsir edir ki, abort etsin. Halbuki abort məsələsi şəriətdə də qəbul edilmir, qanunvericilikdə də”.
Oğlanlar 55 faiz, qızlar 45 faiz olsa, yaxşıdır
Sosioloq onu da bildirdi ki, əslində oğlan, uşaqlarının sayının çox olması yaxşı haldır: “Bəzən həyəcan təbili çalınır ki, ölkədə oğlan uşaqlarının sayı artır, sonra oğlanlarımız evlənməyə qız tapmayacaq, bu da gələcəkdə böyük problem yaradacaq. Qeyd edim ki, məsələnin bu tərəfi bir qədər şişirtmədir. Bir sosioloq kimi deyə bilərəm ki, bizim kimi ölkədə oğlan uşaqlarının bir qədər artıq doğulması yaxşı haldır. Hətta oğlan uşaqları 55 faiz, qızlar isə 45 faiz olsa belə bu çox arzuolunan haldır. Çünki indiki mühit əsas ondan ibarətdir ki, oğlanlar orta məktəbi bitirdikdən sonra ölkədən çıxıb gedir. Hətta oğlan və qız uşaqlarının sayı 50-50-yə olduqda belə, gənclər 20 yaşa çatdıqda ölkədə qızların sayı həddən çox olur, demoqrafik problem bu zaman yaranır”.
İndi elə qızlar var ki, 10 oğuldan daha qoçaqdır
S.Altay ölkədə geniş vüsət alan cinsi selektiv abortların dözülməz mənəvi məsələ olduğunu vurğulayıb: “Əgər valideynlər qərar verirsə ki, ananın bətnindəki qız abort edilsin, bununla da hər ikisi qətl hadisəsində iştirak edir. Bu zaman həmin valideynlərdə mənəvi aşınma baş verir, onlar öz övladlarının qatilinə çevrilirlər. Ölkəmizdə problemin həlli üçün maarifləndirmə işləri aparılmalıdır. Xüsusən də televiziyalarda tez-tez göstərməliyik ki, indiki dövr yüz il bundan əvvəlki dövr deyil və yaxud indiki qız uşaqları 50 il bundan əvvəlki qız uşaqları deyil. İndi elə qız uşaqları var ki, 10 oğuldan da qoçaq, qeyrətlidir, vətəni və ailəsi üçün faydalı işlər görür. Həmçinin mətbuatda, mediada uğurlu qadınların təbliğatı çox aparılmalıdır”.
Şərq cəmiyyətinin şüuraltı düşüncəsi
Psixoloq Aytən Ələkbərova bildirib ki, oğlan uşaqları bütün Şərq dünyasında arzuediləndir. Onun sözlərinə görə, qız uşaqlarına antipatiya, oğlan uşaqlarına maraq Şərq cəmiyyətlərindən olan hər kəsin beynində şüuraltı olaraq mövcuddur: “İnsanlar oğlan uşağını ona görə arzulayır ki, oğlan soyadı daşıyır və nəslin davamçısı hesab edilir. Hər bir insan düşünür ki, ailədə oğlan uşağının dünyaya gəlməsi ailə təməlinin möhkəmlənməsinin zəmanətidir. Hətta bəzi insanlar düşünür ki, qadın yoldaşını daha çox sevərsə və hörmətlə yanaşarsa, oğlan uşağı dünyaya gətirə bilər. Bəzi qadınlar bu düşüncə ilə oğlan uşağına daha çox bağlı olurlar”.
Qız övladı həm də gələcəyin anasıdır
Psixoloqun fikrincə, bütün valideynlər oğlan uşağı ilə bağlı daha çox planlar qururlar. Hər bir kişi, oğlu olanda daha çox cavan qalmaq şansı əldə etdiyini düşünür: “Oğlu ilə futbol oynamaq, yeni dəblə geyinmək, sport üslublu avtomobillər, cavanların dinlədiyi musiqi nömrələrini yenidən kəşf edə bilmək düşüncəsi də atalarda oğul arzusunu daha da gücləndirir. Və oğlan uşağı dünyaya gəldiyi zaman bu arzular reallaşır. Qadınlara gəldikdə isə onlar “oğul anası”, qaynana olmağı arzulayırlar. Məhz bu arzulara görə qız övladları elə ana bətnində ikən məhv edilir, abortun qurbanı olurlar.
Cəmiyyətimizdə bir çox valideynlər düşünmək istəmirlər ki, qız övladı həm də gələcəyin anasıdır. Gələcək nəsil məhz qızların sayəsində artır. Əgər qadınların sayında bu formada kəskin azalma baş verərsə, cəmiyyət bunun acınacaqlı nəticələri ilə üz-üzə qalar. Ölkədə gender bərabərsizliyi, zorakılıq, erkən nikahlar, insan alveri, kriminal səviyyənin artması müşahidə olunar. Hətta daha betər xoşagəlməz halların sayı sürətlənər”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30

