Halal dərmanlar satılacaq...
03.11.2023 [11:10]
Yeni dövlət standartı qəbul edildi
Azərbaycanda halal dərman vasitələrinə dair dövlət standartı qəbul edilib. Qeyd edək ki, bu standart İslam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir. Standart halal dərman məhsulları üzrə “halal” statusunun qorunub saxlanmasını təmin edəcək, eyni zamanda, istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.
Ötən gün Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib ki, halal dərman istehsalı ilə bağlı qanun ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsini yüngülləşdirəcək. Onun sözlərinə görə, dərman vasitələri haqqında qanun qəbul olunub: “Bu qanunun tətbiqi ilə bağlı qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Hər kəsi səbirli olmağa çağırıram. Bu qanun bütün müasir tələblərə cavab verir və nəticə etibarı ilə ölkəmizə müasir, yüksək keyfiyyətli dərmanların gətirilməsini yüngülləşdirəcək”.
Halal dərman nədir?
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli halal dərman vasitələrinə dair dövlət standartını “Yeni Azərbaycan”a şərh edib. Onun sözlərinə görə, “halal” termini bir məhsulun istehsalı zamanı şəriət qaydalarının gözlənilməsini nəzərdə tutur: “Bu termin elə bu şəkildə də xarici dillərə daxil olub. Xaricdə “halal meat”-yəni halal ət yazılır. Müsəlmanlar bilirlər ki, məhsul halal qaydada hazırlanıb.
Halal dedikdə şəriətlə qadağan olunmamış heyvan mənşəli məhsullardan istifadə edilərək hazırlanan məhsullar nəzərdə tutulur. Qidada olduğu kimi, dərmanın inqridientləri, məsələn, kapsulu, bəzi substansiyaları heyvan mənşəli ola bilər. Bu heyvan da İslamda qadağan olunmamalıdır. Yəni donuzun əti, piyi və onun digər hissələri olmamalıdır”.
Dərmanın üzərində halal olduğu yazılacaq...
Deputatın sözlərinə görə, standart dərman istehsalında şəriət qaydaları ilə kəsilmiş və haram buyurulmamış heyvan mənşəli məhsullardan istifadəni nəzərdə tutur: “Ona görə də dərman istehsal edən şirkətlər onun üzərində qeyd edəcəklər ki, bu halaldır və ya halal deyil. Təbii ki, müsəlman ölkələrə idxal olunan məhsullarda bu nəzərə alınacaq”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07

