Biomüxtəlifliyin qorunması...
11.01.2024 [11:30]
Milli parklar və qoruqların rolu
Bəzən insanlar iş yorğunluğundan, səs-küydən bezdikləri zaman sakit, havası təmiz olan, əsas da yaşıllıq yerlərdə dincəlməyə üstünlük verirlər. Təbiətin flora və faunanı qorumaq üçün mühafizə rejiminə ehtiyacı var. Bunun üçün qorunan təbii məkanlar mövcuddur. Belə məkanlar arasında milli parklar və qoruqlar üstünlük təşkil edir. Milli parklarda həm təbiət kompleks şəkildə qorunur, həm də insanların əraziyə girmələri, təbiətlə tanış olmaları, estetik zövq almalarına imkan yaradılır.
Yeri gəlmişkən, bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. 1997-ci ildən isə bu tarix Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il qeyd olunur.
Hazırda ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.
Ümumiyyətlə, ölkəmizdə milli parkların yaradılma tarixi 2003-cü ilə təsadüf edir. 2003-cü ildən başlayaraq Azərbaycanda Milli Park statuslu təbiət əraziləri yaradılıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasında əsas məqsəd unikal təbiət komplekslərinin, landşaftın, Qırmızı kitaba düşmüş, nəsli kəsilməkdə olan fauna flora növlərinin mühafizəsindən ibarətdir.
Hazırda ölkəmizdə 893 min ərazini əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi mövcudur. Bu, ölkə ərazisinin ümumilikdə 10.3 faizini təşkil edir. Bunun da 3.7 faizi Milli Parkların payına düşür. 1925-ci ildə Azərbaycanda ilk dəfə Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları, 1936-cı ildə Hirkan qoruğu təsis edilib. 1958-ci ildən, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilib və bir neçə ildən bir yeni qoruq təşkil edilib. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılıb. 2003-cü ildə Naxçıvanda Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə isə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulub. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilib. Onu da qeyd edək ki, ölkəmizdə 2003-cü ilə kimi Milli parklar mövcud olmayıb. 2003-cü ildən başlayaraq ETSN tərəfindən Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradılıb.
Milli parklarımızın hər birinin özünəməxsus zəngin bioloji müxtəlifliyi əhalinin ekoloji maariflənməsində böyük əhəmiyyət daşıyır. İnsanlar milli
parklarımızın bioloji resurslarının, zəngin flora və faunasının ətraf mühitə müsbət təsir göstərdiyinin, əhalidə ruh yüksəkliyi yaratdığının, onlara müsbət enerji verdiklərinin şahidi olub bu tarixi sərvətin, zənginliklərin qorunub saxlanılmasının həyati vacibliyini dərk edirlər.
Milli parklar və qoruqlar biomüxtəlifliyin qorunması, planetimizin ekosistemlərinin sağlamlıq və davamlılığının təmin olunmasında mühüm vasitədir. Onlar gələcəyə qoyulan sərmayədir. Milli parklar və qoruqlar həmçinin gələcək nəsillərin həyatın zənginliyi və müxtəlifliyindən faydalanmasını təmin edir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

