Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Azərbaycandan Serbiyada təbii fəlakətdən zərər çəkmiş insanlara göndərilən humanitar yardım bu ölkənin aidiyyəti qurumlarına təhvil verilib

Azərbaycandan Serbiyada təbii fəlakətdən zərər çəkmiş insanlara göndərilən humanitar yardım bu ölkənin aidiyyəti qurumlarına təhvil verilib

21.05.2014 [09:19]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən Serbiyada təbii fəlakətdən zərər çəkmiş insanlara göndərilən humanitar yardım Belqrad hava limanında bu ölkənin aidiyyəti qurumlarına təhvil verilib.
Bu humanitar yardım yükünün qəbulunda Serbiyanın birinci xanımı Draqitsa Nikoliç, Baş nazirin müavini, dövlət idarəçiliyi və yerli özünüidarəetmə naziri Kori Udoviçki, Prezidentin müşaviri Yasmina Mitroviç-Mariç, Belqrad şəhər merinin müavinləri İrena Vuyoviç və Qoran Veşiç, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, burada yaşayan və təhsil alan azərbaycanlılar və KİV-lərin nümayəndələri iştirak ediblər.
Draqitsa Nikoliç Azərbaycan-Serbiya strateji tərəfdaşlığına sözdə deyil, əməldə verilən bu dəstəyin dost serb xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Diqqətə çatdırıb ki, bu dəstək iki dost xalq arasında uzun illər səmimi münasibətlərin təzahürü kimi yadda qalacaq.
Kori Udoviçki Azərbaycan tərəfdən Serbiyaya məhz ehtiyac duyulan avadanlıq və ləvazimatların göndərildiyini bildirib.
Səfirliyin müşaviri Anar Əcəmov vurğulayıb ki, qardaş serb xalqına göndərilən bu humanitar yardım Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, eləcə də qədim tarixə və zəngin mədəniyyətə malik xalqımızın sülh və yardımsevər olmasının növbəti göstəricisidir.
Serbiyanın tanınmış iş adamı, Serbiya-Azərbaycan Ticarət Palatasının sədr müavini Draqan Vuyoviç və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə Serbiyanın belə ağır günlərində Azərbaycan xalqının, Prezident İlham Əliyevin bu ölkəyə və serb xalqına göstərdiyi dəstəyi yüksək qiymətləndirib, əsl dostun dar gündə tanındığını bildirib və minnətdarlıqlarını ifadə ediblər.
Sonra Azərbaycan dövləti adından gətirilən humanitar yükün tərkibi barədə məlumat verilib.

Paylaş:
Baxılıb: 1540 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31