Əməkdaşlığın əsas məqsədi yaxşı nəticələrin əldə edilməsidir
13.05.2024 [13:12]
Azərbaycanın iştirkçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya təcrübəsinə əsasən belə bir çağırışı səsləndirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji diplomatiyasının əsasına çevrildi. O vaxtdan bu günədək ölkəmizin enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin həyata keçirdiyi layihələr iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirir, etibarlı tərəfdaş kimi söz sahibliyini artırır.
Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə rəsmi səfəri zamanı bir daha Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna diqqət yönəldildi. Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında iki ölkənin münasibətlərinin dünəninə baxış əsasında qarşıdakı dövrün hədəfləri açıqlandı. Ölkələr arasında əməkdaşlıqda enerji amilinin rolunu Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafında bir daha aydın gördük. Belə ki, cənab İlham Əliyev mətbuata bəyanatında “Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır” söyləyərək bunun əsas səbəbi kimi enerji sektorundakı əməkdaşlığı qeyd etdi. Vurğuladı ki, bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün bildirildi ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Hazırda hesablamalara görə, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanı Avropanın, o cümlədən ölkəsinin etibarlı tərəfdaşı adlandırdı. Onu da qeyd edək ki, əlaqələrin inkişafında imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanmışdır ki, onlardan biri iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamədir. Dövlət başçısı İlham Əliyev mətbuata bıyanatında bu sənədi xüsusi qeyd etdi: “Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.” Ölkə Prezidenti bu reallığı da diqqətə çatdırdı ki, Bolqarıstan Prezidenti ilə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də cənab İlham Əliyevin Bolqarıstana səfərləri olmuşdur. Eyni zamanda, Prezidentlər keçən il Bolqarıstan-Serbiya sərhədində görüşmüşdülər. Cənab İlham Əliyev bildirir ki, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Əməkdaşlığın əsas məqsədi yaxşı nəticələrin əldə edilməsidir. Artıq səfərin nəticələri haqqında danışmaq mümkündür. Əlaqələrin inkişafı üçün bütün imkanlar mövcuddur.
Azərbaycanın ikitərəfli əlaqləri yüksələn xətlə inkişaf edir. Bu sırada mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfərini qeyd edə bilərik. Səfər çərçivəsidə iki ölkə arasında strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması münasibətlərdə yeni səhifənin açılmasını şərtləndirir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür: “Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.”
Ümumilikdə hər iki səfər Azərbaycanın xarici siyasət uğurlarının təqdimatıdır. Ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri əlaqələrinin yeni prioritetlər üzrə inkişaf etməsində əhəmiyyətli rol oynayır. Hər bir səfər gündəmə gətirilən məsələlərlə, imzalanan sənədlərlə diqqətdə olur. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

