Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Müzəffər Ali Baş Komandan şuşalıların 32 illik Vətən həsrətinə son qoydu

Müzəffər Ali Baş Komandan şuşalıların 32 illik Vətən həsrətinə son qoydu

20.05.2024 [11:23]

Otuz iki ildən sonra 20 ailədən ibarət 88 şuşalı öz doğma  yurdlarına qayıtdılar. Biz bu gözəl tarixi hadisənin şahidi oluruq. 32 il Vətən həsrəti ilə  yaşayan şuşalılar inanırdılar ki, bir gün Şuşaya qayıdacaqlar Bu inamı onlarda 2003-cü ildən başlayaraq möhtərəm Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yaratmışdı.

Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan hazırlaşırdı, ölkəmiz və iqtisadiyyatımız güclənirdi, güclü ordu potensialımız formalaşırdı. 2020-ci il 44 günlük Vətən müharibəsində və 2023-cü il 23 saatlıq antiterror tədbirlərində Müzəffər Ali Baş komandan öndərliyi ilə şanlı prdumuz torpaqlarımızı işğaldan azad elədi. Bütün torpaqlarımızın işğaldan azad olunmasına görə şanlı ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq.

2023-cü il 23 saatlıq antiterror əməliyyatlarını xüsusi vurğulamaq lazımdır.  Antiterror əməliyyatı nəticəsində şanlı ordumuz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdi, bir daha dövlətimizin gücünü və güclü siyasi iradəsini nümayiş etdirdi və Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir.

Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Heç də təsadüfi deyil ki, Ulu Öndərin doğum günlərində keçən il ikinci yaşayış kompleksininin, bu ildə üçüncü yaşayış kompleksinin təməli qoyuldu.  Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək.  Bütün bu işlər Ulu Öndər Heydər Əliyevin ruhunu şad edir.

Şuşada quruculuq işləri Vətən müharibəsi başa çatandan dərhal sonra başlamışdır. İlk növbədə, Şuşaya yol çəkildi. İşğala qədər olan dövrdə mövcud yol Xankəndi ərazisindən keçirdi və ona görə Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. Hazırda daha geniş magistral avtomobil yolu çəkilməkdədir. Şuşanın tarixi abidələrinin bərpası dərhal başlanılmışdır. Birinci, Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Ondan sonra Yuxarı Gövhər Ağa məscidi, daha sonra Saatlı məscidi bərpa olundu. Bu gün Mamayı məscidinin bərpadan sonra açılışını etdik. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Amma yenə o mehmanxana da ənənəvi Şuşa memarlığı üslubunda inşa edilmişdir. Bu gün, eyni zamanda, Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq.

Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.

Şuşa bu gün nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl, ən müasir və ecazkar yerlərindən biri çevrilir.

  

  Abbas Pənahov,

  Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30