/ / “Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib
“Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib
24.05.2024 [10:23]
YAP Yasamal rayon təşkilatında “Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə və “28 May-Müstəqillik Günü”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” elmi-praktiki seminar keçirilib.
Elmi-praktiki seminarda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnur Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Radif Mustafayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, rayon üzrə Partiyanın üzvləri və ali təhsil müəssisələrinin tələbələri iştirak edib.
Əvvəlcə Yasamal rayonu ərazisində Şəhidlərin Xatirə Kompleksi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Elmi-praktiki seminarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyev irsi: gənclərin vətənpərvərlik ruhunun formalaşdırılmasında rolu” adlı videoçarx nümayiş olunub.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, cəmiyyətimizin indiki durumunda qarşıda duran mühüm vəzifələrdən biri gənc nəsli milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir. Gənclik cəmiyyətin mühüm hissələrindəndir. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Ölkəmizdə dövlət gənclər siyasətinin banisi, Ümummilli Lider Heydər Əliyev ölkə gənclərinin milli ruhda tərbiyəsinə həsr olunmuş, bu gün də dəyərini saxlayan zəngin tövsiyələri ensklopedik zəkanın məhsulu kimi çox qiymətlidir.Dövlət gənclər siyasəti dövlətin daxili siyasətinin başlıca istiqamətlərindən olub. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması dövlət siyasətində gənclərin daha fəal iştirakının təmin edilməsində hüquqi sənəd oldu və bu qurum dövlət siyasətinin aparıcı qüvvəsinə çevrildi. Ümummilli liderimiz Heydər Əliyev 1996-cı il fevral ayının 2-də Azərbaycan Respublikası Gənclərinin I Forumundakı dərin məzmunlu çıxışında göstərirdi ki, müasir gənclərimiz milli və bəşəri dəyərlər ruhunda tərbiyə olunmalıdır, onlar tariximizi, dəyərlərimizi yaxşı bilməli, soykökümüzdəki, mədəniyyətimizdəki, adət-ənənələrmizdəki, milli-mənəvi varlığımızdakı müsbət və mütərəqqi cəhətlər dərindən öyrənməlidirlər. Ulu Öndər Heydər Əliyev gənclərdə milli ruhun tərbiyəsini, mənəviyyatımızı vətən əxlaqı ilə əlaqələndirməyi tövsiyə edib. Bu müasir gənclik üçün həyat devizidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığıyla fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün gərəkli təşəbbüslərin gerçəkləşməsində yaxından iştirak edirlər. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər bir gəncə, gənc ailəyə xüsusi diqqət və qayğısı isə danılmazdır. Qeyd edək ki, bu gün dövlət gənclər siyasətinin mühüm bir istiqamətə çevrilməsi Prezident cənab İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. Gənclərlə aparılan məqsədyönlü işin nəticəsidir ki, Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərdə ön cəbhədə qəhrəman əsgər, arxa cəbhədə isə informasiya cəbhəsinin döyüşçüsü kimi öz üzərinə düşən vəzifəni məharətlə icra etmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2021-ci ilin martın 20-də Şuşadan xalqa müraciətində bildirmişdir: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnur Allahverdiyev bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti,gənclərin ictimai-siyasi fəaliyyəti bir çox ölkələr üçün nümunədir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə baxmasına imkan verir. Gəncliyin inkişaf istiqamətində yeni nəslin dünyagörüşü, mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlətin bu sahədə siyasətinin başlıca prioritetlərini təşkil edir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, bundan güc alan Azərbaycan gəncliyi həm də vətənpərvərliyi, öz xalqına və dövlətinə bağlılığı ilə fərqlənir. Biz bu bağlılığa Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi Zəfərlərimizdə gənclərin müstəsna rol oynaması ilə bir daha şahid olduq.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev və 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxışlarında qeyd ediblər ki, Gənclərin milli ruhda tərbiyə edilməsi xalqın böyük milli sərvəti, xalqın varlığını yaşadan canlı abidədir. Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı və bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Qələbələrimizdə Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi.
Elmi-praktiki seminarda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları “Heydər Əliyev. 100 faktın tarixi” adlı kitablar tədbir iştirakçılarına təqdim olunub.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara üzvlük vəsiqəsi, Partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərənlərə fəxri fərmanlar, YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuran fəal gənclərə isə sertifikatlar təqdim olunub.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

