Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dövlət müstəqilliyimiz əbədi olacaq

Dövlət müstəqilliyimiz əbədi olacaq

24.05.2024 [11:13]

Məlumdur ki, 1918-ci il may ayının 28-də qədim Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Ölkə Prezidenti cənab İlham Əliyev Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verərək, öz çıxışlarının birində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqıyaradıbdır.” Təəssüflər olsun ki, Azərbaycan XalqCümhuriyyəti çox az bir müddət ərzində, cəmi 23 aymövcud oldu. Lakin buna baxmayaraq, hətta bu kiçikdövr ərzində də AXC böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna əhəmiyyət kəsb edən rol oynaya bildi. Belə ki, Cümhuriyyət dövründə müstəqil dövlət quruculuğu baxımından bir çoxmühüm qərarlar qəbul edildi. O cümlədən, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlətaparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dilielan edildi, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və millimədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. XX əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə istiqlaliyyətinielan etməklə Azərbaycan Xalq Cümhuriyyəti sübutetdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, özdövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

       Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə Ümummilli Liderimizn adı ilə bağlıdır. Ulu Öndər ötən əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirmişdir. 2001-ci il oktyabr ayının 18-də Milli müstəqillik günü münasibətilə etdiyi çıxışında Ümummilli Lider demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”. Bütün bunların nəticəsidir ki, Cümhuriyyətin Azərbaycanın şanlı dövlətçilik tarixindəki önəmli yeri və rolu bu gün də xalqımız tərəfindən daim ehtiramla xatırlanır, dövlətimiz tərəfindən bu tarixə böyük diqqət göstərilir. Təsadüfi deyil ki, hazırda 106 illiyini qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev və Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar.

         Onu da qeyd edək ki, ötən əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını da 1993-cü ildə AXC-nin aqibəti gözləyirdi və yalnız Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə ölkənin və xalqın başı üzərindən sovuşdu. 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan cəmi iki ildən sonra bu müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Əgər ötən əsrin əvvəllərində və sonlarında ölkəmizdə cərəyan edən hadisələr arasında bir paralel aparsaq, bu zaman görərik ki, məhz 1993-cü ilin birinci yarısında formalaşmış vəziyyət əsrin əvvəlində olduğundan daha ciddi və daha təhlükəli idi. Məsələ bundadır ki, 1920-ci ildə Azərbaycanın sovet bolşevik qoşunları tərəfindən işğalı ilə dövlətimizin faktiki müstəqilliyinə son qoyulsa da, ölkə öz sərhədləri daxilində, formal da olsa müstəqil respublika kimi SSRİ tərkibində varlığını davam etdirmişdi. 1993-cü ildə isə artıq parçalanmaq üzrə olan Azərbaycan sadəcə müstəqilliyini deyil, həm də vahid bir ölkə olaraq mövcudiyyətini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi. Həmin mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Bu gün Heydər Əliyev siyasi kursu, Ulu Öndərin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla inkişaf və davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan hazırda dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu cəmi 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizi geri qaytardı və bununla da işğala son qoyuldu. Ötən ilin sentyabr ayında keçirilmiş və heç bir gün də davam etməyən antiterror əməliyyatının nəticəsində isə, Qarabağda separatizmin kökü birdəfəlik kəsildi, Azərbaycan özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. 2023-cü il 15 oktyabr tarixində dövlət başçımızın Xankəndidə şəxsən ucaltdığı bayraq xalqımızın iradəsini, dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. 

        Ən əsası, Cənab Prezident İlham Əliyevin dediyi kimi, müstəqillik yolunda Azərbaycanın inkişafı davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq.

     Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30