Qazaxda 28 May - Müstəqillik Günü qeyd olundu
27.05.2024 [18:24]
27 may 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatının “Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir” mövzusunda tədbirikeçirildi.
Tədbir Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulması ilə başlandı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa vaxt ərzində həyata keçirdiyi mühüm islahatlardan, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlardan və s. ətraflı danışdı. Rayon təşkilatının sədri eyni zamanda Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində göstərdiyi misilsiz xidmətlərdən, onun böyük xilaskarlıq missiyasından, Ulu Heydər Əliyev siyasətinin bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədriİlham Əliyev cənabları tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsdindən geniş bəhs etdi. A.Nəbiyev bu uğurlu siyasi kurs nəticəsində Qazağın işğal altında olan 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması münasibətilə tədbir iştirakçılarını da təbrik etdi. BunuMöhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın növbəti qələbəsi kimi qiymətləndirdi.
Tədbirdə partiya veteranlarından İsgəndər Qurbanov, Polad Ağakişiyev, partiya fəallarından Leyla Məmmədova, Şəhla Şəmilova, Qılınc Cəfərov, Murad Nəsibov, Elgün Manafov çıxış edərək 28 may Müstəqillik gününün tariximizin ən mühüm hadisələrindən biri olduğundan, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai - siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində görülən məqsədyönlü işlərdən, müstəqil dövlət quruculuğu istiqamətindəki atılan mühüm addımlardan, ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı imzalanan mühüm tarixi qərarlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində müstəsna xidmətlərindən, bu siyasi kursun Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən ətraflı danışdılar.Natiqlər 28 May - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

